RüSTƏM İbrahiMBƏyov ultimatum iki hissəli ölüm dastanı Başlıca iştirakçılar: O, bir də Onun üç Məni


O. Sevgi işlərinə də sən baxırsan? Birinci Mən



Yüklə 310,52 Kb.
səhifə19/59
tarix04.01.2022
ölçüsü310,52 Kb.
#55533
1   ...   15   16   17   18   19   20   21   22   ...   59
O. Sevgi işlərinə də sən baxırsan?

Birinci Mən. Bəli. Sevgi işləri ilə də mən məşğulam.

O. Elə isə, mən hansı işlərlə məşğul oluram?

Birinci Mən. Bunların hamısı sənin öz əlindədir. Biz yalnız elə sənin Məninin hissələriyik. Burada son qərarı sən verirsən. Eləcə də bütün elədiklərinə görə də sən məsuliyyət daşıyırsan!
Səhnəyə üstüörtülü furqon gəlir, onu boyunduruqlara qoşulmuş dörd aktyor çəkib gətirir: Piyero, Arlekin, Qozbel, bir də Kolombina. Onlar alabəzək kostyumlar geyiniblər, üzləri oynadıqları rollara aid maskalara uyğun boyanıbdır.
Piyero. Gəlib çıxdıq.
Aktyorlar boyunduruqlarını soyunurlar. Piyero, hələ də ayaqlarını isti suya qoyub, fikirə dalaraq oturub qalmış Birinci qonşuya yaxınlaşır.
Salam, ata.

Birinci qonşu (diksinir, aktyorun maskasına baxır, sıçrayıb ayağa qalxır). Oğlum! Sənin başına nə oyun açıblar? Arvad! Arvad! Qızlar, tez olun, tez olun, buraya gəlin!
Evdən onun gombul arvadı ilə qızları qaçaraq gəlirlər.
Bir baxın, görün uşaq nə günlərə qalıb! Mənim yazıq uşağım!
Qadınlar Piyeronun başına yığışırlar, səs-küy qopur: “oğlum mənim”, “qardaşım” deyə səslənirlər. Birinci qonşu, oğlunu bağrına basıb fəryad qoparmağına davam eləyir. Aktyorlar maraqla bu səhnəyə tamaşa eləyirlər.
Birinci qonşu. Haralarda itib batmısan? Özünü niyə bu kökə salmısan?


Yüklə 310,52 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin