Gəlirlərin bölgüsü üzərindəki təsiri
Vergilərin məqsədlərindən biri də gəlirlərin yenidən bölüşdürülməsini təmin etməkdir. Bu mənada, artan nisbətli gəlir vergisi bütün OECD ölkələrində, eləcə də digər inkişaf etməkdə olan ölkələrdə effektiv vasitə kimi istifadə olunur (OECD, 2006b; Tanzi & Zee, 2000).Artan nisbətli gəlir vergisi sistemi yüksək gəlirli qruplara daha çox vergi yükü qoymaqla vergi sonrasındakı gəlirin vergi öncəsindəki gəlirə nisbətən ədalətli bölgüsünü təmin edir.Ancaq ümumi olaraq artan nisbətli gəlir vergisinin ədalətli bölgüsünü təmin etməkdə effektiv siyasət aləti olmadığı sezilmişdir.İnkişaf etməkdə olan ölkələr üzərində aparılan araşdırmalar nominal artan nisbətli vergi sisteminin gəlir bölgüsünü təmin etməkdə təsirinin zəif olduğunu göstərir.İnkişaf etməkdə olan ölkələrdə gəlir vergisi artan nisbətli kimi görünsə də sadəcə bəzi gəlir vergisi növlərində istifadə olunur və yüksək gəlirli qruplar üçün bəzi istisnalar olduğuna görə effektiv olmur.İnkişaf etmiş ölkələrdə isə gəlir vergisi bölgüdəki ədalətsizliyi aradan qaldırmaqla inkişaf etməkdə olan ölkələrə nisbətən daha effektikdir.
Gəlir vergisinin gəlirlərin bölüşdürülməsinə təsiri, həqiqətdə kimin tərəfindən ödənildiyi ilə sıx bağlıdır.Buna görə də gəlir vergisinin kimə necə təsir etdiyi böyük əhəmiyyət daşıyır.Əgər bu təsir nəticəsində vergini vergi ödəməli olan şəxs ödəmirsə vergitutmanın ədalətlilik prinsipi pozulmuş olur. Bu mənada gəlir vergisi, verginin əks etdirilə bilməyəcəyi ehtimalına görə gəlirlərin bölüşdürülməsəndə ən uyğun vergilərdən biri hesab edilir.
Dostları ilə paylaş: |