Sabah qruplari



Yüklə 455,47 Kb.
səhifə13/34
tarix01.01.2022
ölçüsü455,47 Kb.
#105151
1   ...   9   10   11   12   13   14   15   16   ...   34
Laffer əyrisi

Laffer əyrisinin yaranması amerikan iqtisadçısı Artur Lafferin adı ilə bağlıdır. Bu əyri "Təklif iqtisadiyyatı"nın ən vacib simvollarından biri kimi göstərilir.Laffer yaratdığı bu əyridə vergi dərəcələri ilə vergi daxilolmaları arasında əks əlaqəni təsvir etməyə çalışmışdır.Onun fikrinə görə fərdlər hər növ vergi artımına reaksiya veri r. Vergi səviyyəsindəki müəyyən bir nöqtəyə qədər artım dövlətin büdcə gəlirlərinin artmasını şərait yaradır. Vergilərin artırılması isə fərdlərin vergi ödəməkdən yayınma meyli göstərməsinə və işləməməsinə səbəb olur.Belə olan təqdirdə isə dövlətin vergi daxilolmalarının həcmi azalır.



Qrafikə görə T*(optimal) nöqtəsinə qədər vergi dərəcəsindəki artım vergidən gələn daxilolmaları artıracaq .Lakin  T* nöqtəsi aşıldıqdan sonra vergi dərəcələrində edilən artım vergi daxilolmalarını azaldacaqdır. T*nöqtəsində vergi dərəcəsində vergi daxilolmaları ən yüksək nöqtəyə,yəni (R*) -ə çıxacaqdır. Laffer əyrisinə əsasən vergi dərəcələri 0% olduğu təqdirdə vergi daxilolmaları sıfıra bərabər olacaqdır. Bu isə ancaq dövlətin mövcud olmadığı zaman baş verir (0% x R=0). Vergi dərəcəsi 100% olduqda isə fərdlərin əldə etdiyi gəlirlər vergi formasında dövlət tərəfindən alınacaqdır .Belə olan təqdirdə,yəni vergi dərəcələrinin pik həddə şatdığı dövrdə heç kəs qazandığının hamısını dövlətə vergi şəklində verməyə maraqlı olmadığına görə heç kəs işləməyəcək.(R=0). Laffer əyrisinin zəif cəhəti ayrı-ayrı ölkə iqtisadiyyatları üçün vergi daxilolmalarının və vergi dərəcəsinin optimal səviyyəsinin (M) müxtəlif olmasıdır.İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə vergi dərəcələrinin təyin olunması fərqlidir. İnkişaf etməkdə olan ölkələrdə vergi dərəcələri nisbətən aşağı olur.Bu ölkələrdə vergi dərəcələrinin yüksək olması ölkədəki iqtisadi vəziyyətə neqativ təsir göstərir.Buda öz növbəsində vergidən yayınmalara səbəb olur.Bunun əksinə olaraq inkişaf etmiş ölkələrdə isə vergilərin yüksək olması müşahidə olunur.Amma bu iqtisadiyyata mənfi təsir göstərmir.Çünki bu ölkələrdə insanların ödədikləri vergilər onların sosial maraqlarının təmin olunması məqsədilə istifadə olunur.

   Laffer öz əyrisini İbn Xaldunun "Müqəddimə" adlı əsərindən ilhamlanaraq yaratmışdır.. İbn İbn Xaldun həmin əsərində yazır: "Bilinməlidir ki, imperiyanın (sülalənin) başlanğıcında aşağı dərəcədən böyük həcmli vergi əldə olunur. İmperiyanın (sülalənin) sonunda isə yüksək dərəcədən az həcmli vergi toplanır."Bu fikirlər vergi dərəcələrinin hələ qədim dövrlərdə də diqqət mərkəzində olmasının sübutudur.


Yüklə 455,47 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin