Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,2 Mb.
səhifə26/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   22   23   24   25   26   27   28   29   ...   133

ƏMƏL SÖZÜN TƏSİRİ ÜÇÜN ŞƏRTDİR


Doğru məzhəb təbliğində təbliğatçının sözü əməli ilə uyğun gəlməlidir. Əgər nur tədricən mülayim şəkildə başqalarına təsir edirsə, od yandırıb-yaxır. Təbliğat zamanı od yox, nur kimi olmaq lazımdır. Tünd danışmaqla dinləyiciyə əziyyət vermək olmaz. Mülayim rəftar insana təsir üçün mühüm amildir. İmam Sadiq (ə) hədisin davamında buyurur: «Onlar (Əhli-beyt dostları) öz əməlləri və var qüvvələri ilə xalqı bizə tərəf dəvət edirlər».

Qeyd edildiyi kimi, bəzən insanın rəftarı başqalarının ona meyl etməsinə səbəb olur. Hətta bu rəftar diqqəti insanın danışığındakı zəif cəhətlərdən də yayındırır. Nəsihət zamanı əməlin tə’siri danışıqdan heç də az deyil.

Bizim vəzifəmiz İslam göstərişlərinə fərdi surətdə əməl etmək deyil. İnsan üçün ən böyük vəzifələrdən biri başqalarını doğru yola çağırmaqdır. İstər ruhani olsun, istər qeyri-ruhani, hər kəs öz qüvvəsi daxilində bu vəzifəyə əməl etməlidir.

Kor quyuya düşən zaman görən göz,

Günahkardır, susub deməzsə bir söz.

Yolunu azan insanın əlindən tutub doğru yola çəkmək hər birimiz üçün Allahın vacib etdiyi vəzifədir. Bu iş o zaman müyəssər olur ki, nəsihət edənin rəftar və əməli dediyi sözlərə uyğun olsun. Hətta əgər insan ağzını açıb bir kəlmə söz demədən gözəl rəftar nümayiş etdirsə, onun bu hərəkəti ətrafındakılara çox təsir edər. Bəli, insan ailəsi, övladı, dostları və yaxınları üçün nümunə ola bilər.

İmam Sadiq (ə) öz buyuruğunda sözü təsirsiz qalan təbliğatçıları dolayı yolla qınayaraq onların təbliğat zamanı Əhli-beyt sirlərini açmalarını nöqsan tutur. Belələri doğru üsulla təbliğ əvəzinə Əhli-beyt sirlərini açaraq insanları azdırırlar. Hər bir müsəlman öz rəftarı və sözü ilə başqalarına təsirli olmağa çalışmalıdır.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin