Yerdən ayağını
quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?
A) təşbeh B) epitet C) metafor D) kinayə
2. Nümunədəki fikir ifadəli oxu zamanı hansı intonasiya ilə çatdırılmalıdır?
Ovçu,
insaf eylə, keçmə bu düzdən!
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı
keçə ürəyimizdən,
Qıyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır Muğana ceyran!
A) fərəh B) sevinc C) xahiş D) kədər
3. Əsər hansı mövzuda yazılmışdır?
A) əmək B) təbiət C) vətənpərvərlikD) qəhrəmanlıq
4. " Uçarda turacdır, qaçarda ceyran " misrasında hansı fikir ifadə olunmuşdur?
A) Ceyranın və turacın gözəlliyi B) Turacın
sürətli uçuşu,ceyranın iti qaçışı
C) Turacın ceyrandan cəld olması D) Ceyranın turacdan cəld olması
II SƏVİYYƏ. 3 SUAL – hər sual – 10 bal (cəmi 30 bal)
5. Şair nə üçün ovçunun ceyrana güllə atmasını istəmir?
____________________________________________________________________________________________
6. " Ceyran " şeiri nadir heyvanlara mərhəmət baxımından hansı əsərlə daha çox səsləşir?
A) " Kiş haqqında hekayət " B) " Yetim İbrahimin nağılı" C) " Ana maral " D) "İlan və Qurbağa"
7. Ovçuya müraciəti şairin hansı cəhətini göstərir?
A) Təvazökarlığını B) ovçuluğa həvəsini C) əməksevərliyini D) təbiətə qayğısını
III SƏVİYYƏ. 2 SUAL – hər sual – 15 bal (cəmi 30 bal)
8. Şeirdəki bədii təsvir vasitəsi hansı məqsədlə işlədilmişdir?
Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?
A)Ceyranın
xüsusiyyətləri, qaçışı haqqında daha aydın təsəvvür yaratmaq üçün B) Ceyranın görünüşünü təsvir etmək üçün C) Ceyranın sayının azaldığını bildirmək üçün D) Ceyranın ovlanması səhnəsini təsvir etmək üçün
9. Şeirdəki başlıca fikir nədir?
A) Təbiətdəki nadir heyvanları qorumaq lazımdır. B) Ceyran öz gözəlliyi ilə insanı heyran edir.
C) Yurdumuzun təbiəti gözəldir. D) Ceyran bütün heyvanlardan yaraşıqlıdır.
II SƏVİYYƏ. 1 SUAL –20 bal (cəmi 20 bal)
10. Bənddəki fikirlərə əlavə olaraq siz ovçuya daha nə demək istərdiniz? Fikirlərinizi bir neçə cümləylə ifadə edin.
Ovçu, insaf eylə, keçmə bu düzdən!
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən,
Qıyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır Muğana ceyran!
Doğru cavabların sayı: ________
Bal: _______ Qiymət: ______