Sahə iqtisadiyyatı və menecment fənninə giriş. İqtisadiyyat anlayışının yaranması İqtisadiyyatın sahələri


İstehsalın rentabelliyi və  onun yüksəldilməsi yolları



Yüklə 124,6 Kb.
səhifə45/67
tarix01.01.2022
ölçüsü124,6 Kb.
#104154
1   ...   41   42   43   44   45   46   47   48   ...   67
2 .İstehsalın rentabelliyi və  onun yüksəldilməsi yolları

Rentabellik – mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən iqtisadi subyektin müəssisənin, təşkilatın, fiziki şəxs kimi təsərrüfat subyektinin fəaliyyətinin iqtisadi səmərəliliyinin göstəricisidir.

Rentabellik Əmsalı ( məhsulun rentabelliyi ) – əmtəə vahidinin satışından əldə olunan ümumi mənfəətin maya dəyərinə (istehsal və tədavül məsrəflərinə) nisbəti ilə ölçülür.

Bazar iqtisadiyyatı biznes üçün yeni qaydalar diktə edir və mənfəət təsərrüfat fəaliyyətinin uğurlu olmasının başlıca göstəricisi hesab olunur.  Mənfəət gəlirləri, xərcləri, itkiləri xarakterizə edərək, təsərrüfat fəaliyyətinin bütün göstəricilərini ümumiləşirir. Mənfəət sayəsində müəssisəsinin fəaliyyətinin effektivliyini və rentabelliyini öyrənmək və onu qiymətləndirmək olar. Mənfəət müəssisənin gələcək fəaliyyətini stimullaşdırcaq mənbə, onun inkişafına təkan verəcək başlıca qüvvə və onun şəxsi kapitalını artırmaq üçün əsas vasitədir.


Sahibkarlıq fəaliyyətinin səmərəliliyinin iqtisadi göstəriciləri içərisində rentabellik göstəricisi xüsusi rol  oynayır. Əgər mənfəətin müəssisənin mütləq gəlirliyini əks etdirirsə, rentabellik nisbi gəlirliliyi  göstərir və mənfəətin müəyyən bazaya nisbəti ilə ifadə olunur. Müəssisə o halda rentabelli hesab olunur ki, məhsulun satışından əldə edilən mədaxil məhsulun istehsalı və satışı xərclərini ödəməklə bərabər müəyyən mənfəəti də təmin etsin. Beləliklə rentabellik müəssisənin işinin səmərəliliyini səciyyələndirir, müəssisənin kapitalı artırmaq qabiliyyəti haqqında təsəvvür yaradır.

Rentabellik müxtəlif qaydalarda hesablanır. Əsas göstərici ümumi rentabellik və ya aktivlərin rentabelliyi göstəricisidir və aşağıdakı düsturla hesablanır:

                     Rüm = (Mb:A)•100 ,

burada   Mb  – balans mənfəəti; A  –  müəssisənin aktivlərinin (əsas istehsal fondları ilə dövriyyə vəsaitlərinin ) dəyəridir.

Rentabelliyin bu  göstəricisi qoyulmuş kapitalın bir manatına düşən mənfəətin məbləğini  göstərir.

Aktivlərin rentabelliliyi ilə yanaşı sahibkarlıq fəaliyyətinin təhlili prosesində məhsulun rentabelliyi göstəricisindən yeni istifadə olunur. Həmin göstərici aşağıdakı düsturla hesablanır:

   Rm = (Ms:M )•100

burada       Ms  – məhsulun satışından əldə edilən mənfəət;


M  – satılmış məhsulun tam maya dəyəridir.

Yüklə 124,6 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin