21.ƏSASLI TİKİNTİ VƏ TENDER.
Tikinti-quraşdırma işlərinin ən mühüm mərhələsi tikinti-quraşdırma işlərinin layihəsinin işlənib hazırlanmasından ibarətdir. Bu layihədə tikiləcək obyektlər müəyyənləşdirilir, onların zəruriliyi və məqsədəuyğunluğu texniki-iqtisadi cəhətdən əsaslandırılır.
Müəssisənin uzunmüddətli tikinti-quraşdırma maliyyə planlarının hazırlanması ancaq müəyyən layihələr üzərində işlərin aparılması ilə həyata keçirilir. Layihələr planların hazırlanıb ortaya çıxarılmasısında əsas rol oynayır. Bir layihənin tətbiqə əlverişli olub-olmadığını, xətalı ünsürlərin meydana gəlib-gəlmədiyini, iqtisadi və texniki dövrü ərzində özünü ödəyib-ödəməyəcəyini, ya da mənfəətlilik dərəcəsini ölçmək üçün aparılan prosesə layihə deyilir.
İnvestisiya layihələri hər hansı bir investisiyanın ehtiyac dərəcəsinin, tələb səviyyəsi ilə istehsal gücünün, maya dəyərinin və mənfəətin əldə edilməsi ilə dəyərləndirilir. Başqa sözlə, investisiya layihəsi investisiyanın hüquqi, iqtisadi, texniki və maliyyə təhlillərinin planlı şəkildə hazırlanmasıdır. Layihənin hazırlanması bu əsas dörd bölümdən ibarətdir və biri digərini tamamlayır.
Layihənin bu bölmələrində texniki-iqtisadi əsaslandırılmasında tikiləcək obyektin yeri, investisiya qoyuluşunun kəmiyyəti, tikinti-quraşdırma işlərinin həcmi və yerinə yetirilməsi müddəti, tikinti üçün ayrılmış sahədən – ərazidən istifadə olunması, təsərrüfat əlaqələri və s. həlletmələri müəyyən edilir.
Rabitə müəssisələrində tikinti-quraşdırma işlərini yüksək səviyyədə həyata keçirmək üçün xüsusi şöbə –əsaslı tikinti şöbəsi yaradılır və bu şöbə tikinti-quraşdırma işlərini sənədləşdirir və onun yerinə yetirilməsinə nəzarət edir.
Tikinti-quraşdırma işlərinin layihələşdirilməsində tikinti smeta dəyərinin müəyyənləşdirilməsi, işlənib hazırlanması mühüm yer tutur. Çünki bu sənədlərə əsasən tikinti-quraşdırma işləri həyata keçirilir.
Tikinti-quraşdırma işləri iki üsulla: podrat və təsərrüfat üsulu ilə həyata keçirilir.
Podrat tikinti üsulu – müstəqil, daimi fəaliyyətdə olan tikinti-quraşdırma təşkilatlarının sifarişçi təşkilatlarla podrat müqaviləsi üzrə həyata keçirdikləri tikinti tsiklinin təşkili formasıdır.
Təsərrüfat-tikinti üsulunda tikinti quraşdırma işləri podratçı təşkilatlar cəlb edilmədən, bilavasitə müəssisənin özü tərəfindən həyata keçirilir. Bu üsul kiçik həcmli tikinti-quraşdırma işlərinin aparılmasında iqtisadı baxımdan daha sərfəlidir.
Tender- xidmətlərin göstərilməsi və tikinti işlərinin yerinə yetirilməsinin, məhsul çatdırılmasının rəqabətli seçım formasıdır. Müqavilə tenderdə sənədləşməyə uyğun olaraq təklif verilmiş tərəflə bağlanır. Tender açıq və ya qapalı, 1 və ya 2 mərhələli, müsabiqə və ya hərrac formasında olur. Tenderin təşkilatçısı həm dövlət, həm də qeyri dövlət təşkilatları ola bilər. Dövlət səviyyəli tender 1 mərhələli olur. İştirakçılar isə fiziki və hüquqi şəxslər ola bilər. Tenderin məqsədindən asılı olaraq almaq və satmaq üçün tenderlərə bölünür. Əgər tenderin predmeti tikinti və ya texniki məsələdirsə, təşkilatçılar müsabiqə keçirirlər. Əgər predmeti qiymətdirsə hərrac keçiriləcəkdir.
Dostları ilə paylaş: |