20.İNVESTİSİYA ONUN MALİYYƏLƏŞMƏ MƏNBƏLƏRİ.
Müəssisələrin maliyyələşdirilməsi mənbələri qeyd etdiyimiz kimi geniş və çox istiqamətlidir. Odur ki, maliyyələşmə mənbələrinə görə investisiya qoyuluşları dörd qrupa bölünür: mərkəzləşdirilmiş investisiya qoyuluşu (dövlət büdcəsindən ayrılan vəsait hesabına yaradılır), qeyri – mərkəzləşdirilmiş investisiya qoyuluşu (əsasən, müəssisələrin mənfəəti hesabına yaradılır), xarici ölkələrin investisiya qoyuluşu və müəssisədaxili ehtiyatlar hesabına əldə edilən vəsait. Son illərdə mərkəzləşdirilmiş şəkildə istehsalın inkişafına ayrılan investisiya qoyuluşunun həcmi xeyli azalmış, xarici ölkələrin investisiya qoyuluşları isə artmışdır.
Dövlət investisiyaları vergilər, dövlət müəssisələrinin mənfəəti, yeni pul emissiyası, daxili və xarici istiqrazlar buraxılmasından hökumətin əldə etdiyi gəlirlər hesabına həyata keçirilir.
Xüsusi investisiyalar bölünməz xüsusi mənfəət, amortizasiya fondu, xaricdən cəlb edilən uzunmüddətli kredit, xüsusi kapitalı artırmaq məqsədi ilə səhmlərin, istiqrazların, digər qiymətli kağızların satışından alınan vəsait hesabına həyata keçirilir.
Müəssisənin maliyyələşdirmə mənbəyi kimi borc və səhm kapitalından da istifadə edilir. Ümumiyyətlə borc kapitalı səhm kapitalından ucuz olur, çünki borca görə ödənilən faiz tutumuna aid olan məbləğdən çıxılır. Beləliklə, böyük borclar yüksək risklə bağlı olur, müəssisələr faizi ödəmək və borcu qaytarmaq imkanını itirə bilər.
İnvestisiya qoyuluşunda iki başlıca xarici maliyyələşdirmə mənbəyini: borc kapitalı və səhm kapitalından istifadə edilir. Hər iki mənbə dörd müxtəlif istiqamətdən: a)uzunmüddətli ssudalardan: b) lizinqlərdən (uzunmüddətli icarədən), v) istiqrazlardan: q) səhmlərdən maliyyələşir.
Dostları ilə paylaş: |