Belə həyat tərzi şairin qəlbini çıxır, onun varlığını sarsıdır, o, sinədolu nəfəs almaq və öz daxili aləmi ilə tənha qalmaq üçün geniş səhraya üz tutub getmək istəyir:
Saibin bu fikri Məjnunun insanlardan qaçıb «azadlıqda» yaşamaq fəlsəfəsi ilə səsləşir. Çünki Məjnunu səhraya qaçıran hijranın özündə də zəmanənin qəddarlığı vardı.
Lakin Saib sonrakı şerlərində bu «yer dəyişmək» ideyasından əl çəkir. Çünki məkanı əvəz etmək «bir zindandan başqa zindana düşmək kimidir».
Saib həyatın ağırlığını, iqtidar adamlarının, yəni hökmdarlarının qəddarlığını yalnız bədii surətlərin və ya lirik qəhrəmanın dili ilə deməklə kifayətlənmir. O, böyük sələfi Nizami kimi, hökmdarı nəsihət yolu ilə ədalətli olmağa, rəiyyətlə yaxşı rəftar etməyə çağıran beytlər yazır, bəzən örtülü, bəzən də açıqjasına xatırladır ki, zülmlə hökmdarlıq etmək olmaz, çünki «rəiyyətə zülm edən hakim öz budunun ətindən kabab çəkən sərxoşa bənzər…», yəni sərxoş ayılandan sonra öz tutduğu əməlindən peşman olduğu kimi, hökmdar da etdiyi zülmün barını dadajaqdır.
Saib təkrar olaraq xatırladır ki, hakim təbəqənin ləyaqətsizliyi və kütbeyinliyi üzündən xalqın güzaranı ağır keçir. Adamlar ömürlərindən keçən hər günə təəssüf etmək əvəzinə, sevinirlər. Ölkədə köhnə ilin yola salınıb yeni ilin qarşılanması mərasimi də bunun nümunəsidir: