Salam olsun İbrahimə



Yüklə 1,59 Mb.
səhifə21/49
tarix17.11.2018
ölçüsü1,59 Mb.
#84206
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

Çəfiyə

Abbas Hadi


1982-ci ilin martı idi. İbrahim məzuniyyətə gəlmişdi.

Gecə evə gəldi və bir qədər söhbət etdik. Cibində böyük bir pul dəstəsi var idi.

Doğrudan, dadaş, bu qədər pulu haradan gətirirsən? Mən neçə dəfə camaata kömək etdiyini, əzadarlıq heyətinə pul xərclədiyini görmüşəm. İndi də cibində bu qədər pul var.

Sonra zarafata keçdim.

– Düzünü de, xəzinə tapmısan?!

Güldü.


– Yox əşi. Bunları dostlar verirlər, özləri də deyirlər ki, hansı işə xərcləyim.

Ertəsi gün İbrahimlə bazara getdik. Bir neçə döngədən keçib bir mağazaya girdik.

Təxminən böyük bir mağaza idi. Mağazanın qoca sahibi və onun gənc köməkçisi İbrahimlə görüşüb öpüşdülər. Bildim ki, onu yaxşı tanıyırlar.

Bir qədər söhbətdən sonra İbrahim dedi: "Hacı, inşallah sabah Gilanqərbə gedirəm".

- İbrahim can, uşaqların nəyəsə ehtiyacı var?

İbrahim cibindən bir kağız çıxarıb qocaya verdi.

- Bunlardan əlavə bir videokameraya ehtiyacımız var. Çünki bu qəhrəmanlıqlar qeyd olunmalıdır. Gələcək nəsillər bu dinin və bu ölkənin necə qorunduğunu bilməlidirlər.

Sonra əlavə etdi: "Döyüşçü uşaqların özlərinə də bir qədər çəfiyə lazımdır".

Bu yerdə qocanın oğlu yaxınlaşıb dedi: "Kamera heç, amma ağa İbrahim, çəfiyə nə üçündür? Məgər siz lotu kimi boynunuza dəsmal atırsınız?”

İbrahim bir qədər dayanıb dedi: "Qardaş, çəfiyə boyun dəsmalı deyil. Döyüşçülər dəstəmaz alanda çəfiyə dəsmaldır, namaz qılanda səccadədir, yaralananda sarğıdır..."

Qoca İbrahimin sözünü kəsib dedi: "Baş üstə, ağa İbrahim, onu da həll edərik".

Ertəsi gün günortadan öncə həmin qoca yük dolu bir vanetlə1 gəldi. Tez İbrahimi çağırdım.

Qoca İbrahimə bir videokamera və digər şeylər verib dedi: "İbrahim can, bu da bir vanet çəfiyə".

İbrahim sonralar dedi ki, o çəfiyələrdən Fəthülmübin əməliyyatında istifadə etdik.

Get-gedə çəfiyədən istifadə İslam döyüşçülərinin simvoluna çevrildi.

Zarafatcıllıq

Əli Sadiqi, Əkbər Növcavan


Ciddi məsələlərdə çox ciddi, zarafat zamanı da çox zarafatçı idi. Çoxları onu buna görə sevirdilər.

Xörək yeməkdə xüsusi xarakteri vardı. Xörək bol olanda yaxşı yeyib deyirdi: "İdmana və ağır fiziki fəaliyyətə görə bədənimizin yaxşı qidaya çox ehtiyacı var".

Bir dəfə Gilanqərbin yerli uşaqlarının biri ilə birgə Kermanşaha kəlləpaça yeməyə getdilər. Onlar iki nəfərə üç heyvanın bütün kəlləpaçasını yemişdilər. Uşaqların biri İbrahimi nahara dəvət edib üç nəfərə altı yumurta, çoxlu düyü və digər yeməklər hazırlamışdı. Və təbii ki, heç bir xörəkdən artıq qalmadı.

***


İbrahim yaralananda onu görməyə getdim. Oradan motosikletlə dostların birinin evinə iftara yollandıq.

Ev sahibi İbrahimin yaxın dostlarından idi, tez-tez xörək təklif edirdi. İbrahimin isə təklifə ehtiyacı yox idi. Qısası, İbrahim əlindən gələni etdi və süfrədən təxminən heç nə qayıtmadı.

Bizim dostlarımızdan olan Cəfər Cəngru da orada idi. İftardan sonra tez-tez yandakı otağa keçib qonaqları çağırır, bir-bir İbrahimin yanına gətirib deyirdi: "İbrahim can, bu qardaş səni görmək istəyir”.

İbrahim həm çox yemişdi, həm də yaralı olduğuna görə ayağı ağrıyırdı. Lakin gələnlərə hörmət olaraq, ayağa qalxıb görüşməyə məcbur olurdu. Cəfər də arxada səssizcə gülürdü.

İbrahim oturanda Cəfər gedib başqa birini gətirirdi. Bu iş bir neçə dəfə təkrar olundu.

Çox əziyyət çəkən İbrahim xüsusi soyuqqanlılıqla dedi: "Eybi yox, Cəfər can, bizim də növbəmiz çatar".

Gecə qayıdanda İbrahim mənim motosikletimə minib dedi: "Tez getdik".

Cəfər də öz motosikletinə minib arxamızca gəlirdi. Onunla məsafəmiz çoxaldı. Yoxlanış yerinə çatanda dayandım. İbrahim ucadan dedi: "Qardaş, buraya gəl".

Silahlı gənclərin biri yaxınlaşdı.

– Əziz dost, mən müharibə əliliyəm. Bu sürücü də korpus uşaqlarındandır. Bizim arxamızca bir motosiklet gəlir...

Sonra bir qədər dayanıb əlavə etdi: "Mən bir söz deməsəm, yaxşıdır. Lakin çox ehtiyatlı olun. Məncə, silahlıdır".

Sonra icazə aldı və yolumuza davam etdik. Bir qədər irəliləyib səkidə dayandıq və ikimiz də gülməyə başladıq. Cəfərin motosikleti çatanda dörd əlisilahlı ətrafını sardı. Sonra belindəki tapançanı gördülər. Daha nə deyirdisə, heç kim əhəmiyyət vermirdi.

Təxminən yarım saat sonra başçıları gəlib Hacı Cəfəri tanıdı, çox üzr istədi və postun uşaqlarına dedi: "Bu, Seyyidüş-şühəda diviziyasının komandirlərindən olan Hacı Cəfər Cəngrudur".

Keşikçilər utanıb ondan üzr istədilər. Cəfər çox hirslənmişdi. Bir söz demədən silahını təhvil aldı və motosikletə minib yola düşdü.

Bir qədər irəlidə İbrahimin səkidə dayanıb ürəkdən güldüyünü görəndə nə baş verdiyini anladı.

İbrahim yaxınlaşıb Cəfəri qucaqladı və öpdü. Cəfər də gülməyə başladı.


İki qardaş kimi

Əli Sadiqi


Şəhid Şahbazinin yas məclisində iştirak etmək üçün sərhəd şəhərlərindən birinə yollandıq. Oranın adət-ənənəsinə uyğun olaraq, yas məclisi səhərdən günortaya qədər keçirilirdi.

Günorta qonaqlara aftafa-ləyən gətirdilər. Əllərini yuyandan sonra nahar yeməyi yeyəcəkdilər və bununla məclis bitəcəkdi.

İçəri girəndə gördüm ki, Cavad məclisin başında oturub, İbrahim də yanında. Mən də gedib İbrahimin yanında oturdum.

İbrahimlə Cavad iki qardaş kimi çox səmimi dost idilər. Onların zarafatları da maraqlı idi.

Məclisin sonunda şəhidin yaxınlarından ikisi su gətirdi. Onlar birinci Cavada yaxınlaşdılar.

Cavad bu mərasim barədə bir şey bilmirdi. İbrahim onun qulağına nəsə pıçıldadı. Cavad təəccüblə ucadan soruşdu: "Ciddi deyirsən?" İbrahim astadan dedi: "Yavaş!"

Sonra İbrahim üzünü mənə tutub çox ürəkdən, amma səssiz güldü. Mən dedim: "Nə olub, İbrahim? Ayıbdır, gülmə".

- Cavada dedim ki, aftafa ilə başını yumalısan.

Bir neçə saniyədən sonra elə də oldu. Cavad əllərini yuyandan sonra başını suyun altına tutdu. Üz-başından su axa-axa təəccüblə ətrafına baxırdı.

Dedim: "Nə etdin, Cavad?! Bura hamamdır?!"

Sonra çəfiyəmi verdim, başını quruladı.

***


İbrahim, Cavad və Rza Qudini bir neçə günlük kəşfiyyatdan qayıdırdılar. Sağ olduqlarını bilib çox sevindik və onları qarşılamaq üçün Şəhid Əndərzqu qərargahının önünə toplaşdıq. Bir neçə dəqiqədən sonra maşınla gəldilər. İbrahimlə Rza düşdü. Uşaqlar sevincək onlara yaxınlaşdılar, görüşüb-öpüşdülər.

Uşaqların biri soruşdu: "Ağa İbrahim, Cavad haradadır?"

Bir anlığa hamı sakit oldu. İbrahim də bir qədər dayandı, sonra kədərlə "Cavad..." - deyib maşının arxasına baxdı.

Orada bir nəfər uzanmışdı, üstünə ədyal sərmişdilər. Bütün uşaqları sükut bürüdü.

İbrahim yenə dilləndi: "Cavad... Cavad...” Birdən gözlərindən yaş axdı. Uşaqların bir neçəsi ağlamağa başladı: "Cavad! Cavad!" Sonra maşının arxasına keçdilər. Hamının ağladığı yerdə birdən Cavad yuxudan oyanıb oturdu və dedi: "Nədi? Nə olub?" O, mat-məəttəl ətrafına baxırdı.

Gözüyaşlı uşaqlar hirslə İbrahimi axtarmağa başladılar. O isə artıq içəri girmişdi.



Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin