Salam olsun İbrahimə



Yüklə 1,59 Mb.
səhifə2/49
tarix17.11.2018
ölçüsü1,59 Mb.
#84206
1   2   3   4   5   6   7   8   9   ...   49

Həyatı


İbrahim 21.04.1957 tarixində Tehranın Xorasan meydanının yaxınlığındakı Şəhid Ayətullah Səidi məhəlləsində dünyaya göz açıb.

Ailənin dördüncü övladı olsa da, atası onu çox sevirdi. Məşədi Məhəmmədhüseyn kiçik ərzaq dükanı işlədib övladlarını ən yaxşı şəkildə tərbiyə edə bilmişdi.

İbrahim yetim qalanda isə hələ yeniyetmə idi. Və o zamandan böyük kişilər kimi həyatına davam etdi.

İbtidai siniflərini Taliqani məktəbində oxudu, sonra isə Əbu Reyhan və Kərim xan Zənd məktəblərində təhsilini davam etdirdi.

O, 1976-cı ildə orta təhsilini bitirdi və elə o zamandan əlavə mütaliələrə başladı.

İslam birliyi heyətində iştirakı və Əllamə Məhəmmədtəqi Cəfəri kimi bir müəlliminin olması onun şəxsiyyətinin formalaşmasında çox böyük rol oynadı.

O, inqilabın qələbəsi üçün böyük rəşadətlər göstərmişdi.

İbrahim təhsillə yanaşı Tehran bazarında da çalışırdı. İnqilabdan sonra Bədən Tərbiyəsi Komitəsində, daha sonra isə məktəbdə işləməyə başladı. O, fədakar bir müəllim kimi vətən övladlarını yetişdirirdi.

O, idmançı idi, klassik idman növü olan pəhləvanlıqla məşğul olurdu. Voleybolda da misli yox idi. Ümumiyyətlə, heç bir sahədə geri çəkilmir, mərdliklə çıxış edirdi.

Onun mərdliyini Bazideraz və Gilanqərbin hündür təpələrindən tutmuş cənubun yandırıcı səhralarına qədər hər yerdə müşahidə etmək mümkündür.

Onun qəhrəmanlıqları qədim cəbhə dostlarının yadından çıxmır.

Vəlfəcr-hazırlıq əməliyyatında Kumeyl və Hənzələ batalyonlarının uşaqları ilə birgə beş gün Fəkkə kanallarında müqavimət göstərdi, amma təslim olmadı.

Nəhayət, 1983-cü ilin 11 fevralında bütün uşaqları geri yollayandan sonra Allahla tək-tənha qaldı və daha heç kim onu görmədi. O, həmişə Allahdan tanınmaz qalmasını istəyirdi. Çünki tanınmazlıq Allahın sevimli dostlarının xüsusiyyətidir.

Allah da onun duasını qəbul etdi. İbrahim illərdir tanınmaz və qərib halda Fəkkədə qalıb cəbhə bölgələrinin ziyarətçilərinə günəş kimi işıq saçır.


Ata məhəbbəti

Rza Hadi


Tehranın Xorasan meydanının yaxınlığında kirayəyə götürdüyümüz kiçik bir evdə yaşayırdıq. 1957-ci il, aprelin sonları idi. Atam bir neçə gün idi çox sevinirdi. Allah ona bir oğul nəsib etmişdi. O, tez-tez Allaha şükür edirdi.

O vaxt evdə üç oğul və bir qız olsaq da, atam yeni doğulmuş bu uşağa görə çox sevinirdi. Bu, təbii idi. O, çox şirin uşaq idi.

Atamız ona dözümlülük timsalı, tövhid və təvəkkül qəhrəmanı olan bir peyğəmbərin adını verdi: İbrahim. Bu ad ona həqiqətən, yaraşır.

Dost və qohumlar onu görəndə təəccüblə deyirdilər: "Hüseyn ağa, sənin başqa üç uşağın da var, bu oğlana görə nə üçün bu qədər sevinirsən?"

Atam xüsusi inamla cavab verirdi: "Bu oğlanda qəribəlik var. Mən əminəm ki, İbrahimim Allaha yaxşı bəndə olacaq və mənim adımı da yaşadacaq".

Doğru deyirdi. Ondan sonra Allah bizim ailəmizə daha bir oğul və bir qız bağışlasa da, atamın İbrahimə sevgisi azalmadı.

***

İbrahim orta məktəbi Ziba xiyabanında yerləşən Taliqani ibtidai məktəbində oxudu. Onun xüsusi xarakterləri vardı. İbtidai məktəbdə də namazını tərk etmirdi.



Orada oxuyarkən bir dəfə dostuna belə demişdi: "Mənim atam çox yaxşı adamdır. İndiyə qədər bir neçə dəfə İmam Mehdini (ə) yuxuda görüb. Kərbəlanı ziyarət etməyi çox arzulayanda isə həzrət Əbəlfəzli yuxuda görüb; yanına gəlib onunla danışıb".

Dördüncü sinifdə oxuyanda dostlarına demişdi: "Atam deyir ki, şahın sürgünə göndərdiyi ağa Xomeyni çox yaxşı adamdır. Atam deyir ki, hamımız onun sözlərinə qulaq asmalıyıq. Onun sözləri İmam Mehdinin (ə) əmrlərinə bənzəyir”.

Dostları ona demişdilər: "İbrahim, daha belə danışma, direktor bilsə, səni məktəbdən qovar".

Bu sözlər İbrahimin dostlarına qəribə gəlirdi, amma o, atasına çox inanırdı.


Halal ruzi

Şəhidin bacısı


Böyük Peyğəmbərimiz buyurur: "Yaxşı adam olmaq üçün övladlarınıza yardım edin, çünki insan istəsə, itaətsizliyi övladından uzaqlaşdıra bilər".1

Atamız İbrahimi və digər uşaqlarını düzgün tərbiyə etmək işində əsla səhlənkarlıq etmirdi. O, çox təqvalı bir insan idi: məscidə gedirdi, halal ruziyə çox əhəmiyyətli yanaşırdı. O, Peyğəmbərimizin belə buyurduğunu bilirdi: "İbadət on qisimdir ki, doqquzu halal ruzi qazanmaqdır".2

Buna görə də, bəzi quldurlar onu incidib ozamankı Əmiriyyə məhəlləsində halal ruzi qazanmağa qoymayanda atasından miras qalmış dükanı satıb şəkər zavodunda işləməyə getdi.

Orada səhərdən axşama qədər sobanın önündə dayanıb fəhləlik edirdi. Həmin ərəfədə kiçik bir ev aldı.

İbrahim dəfələrlə deyirmiş: "Atamın yaxşı övladlar tərbiyə etməsinin səbəbi halal ruzi üçün çəkdiyi əziyyətlərdir".

Öz uşaqlığını xatırlayanda da deyərmiş: “Atam mənə Quran əzbərlətdirir, məni həmişə özü ilə məscidə aparırdı. Biz çox vaxt Sərçeşmə dördyolunun aşağısındakı Ayətullah Nuri məscidinə gedirdik. Orada həzrət Əli Əsğər heyəti vardı. Atam o heyətdə xidmət edirdi”.

Yadımdadır, üçüncü-dördüncü sinifdə oxuyanda atam İbrahimə hirslənib dedi: "İbrahim, çıx bayıra, axşama qədər də gəlmə".

İbrahim axşama qədər evə gəlmədi. Hamımız onun günorta ac qalmasından ötrü narahat idik, amma heç kim atamın sözünün üstünə bir söz demədi. İbrahim axşam qayıtdı, hörmətlə hamıya salam verdi. Tez soruşdum: "Günortaya nə yedin, dadaş?" Atam hələ də özünü hirsli göstərsə də, İbrahimin cavabını gözləyirdi.

İbrahim çox sakitcə dedi: "Küçədə bir qoca qadın gördüm. Bazardan gəlirdi, çox şey almışdı, amma evinə apara bilmirdi. Gedib ona kömək etdim, əşyalarını evinə apardım. Qadın da çox təşəkkür etdi və mənə bir beşriallıq verdi. Almaq istəmirdim, amma çox israr etdi. Mən də əmin idim ki, bu pul halaldır, çünki onun üçün zəhmət çəkmişdim. Günorta həmin pulla çörək alıb yedim”.

Atam əhvalatı eşidib təbəssüm etdi. Sevinirdi ki, oğlu atasının dərsini yaxşı öyrənib və halal ruziyə əhəmiyyətli yanaşır.

Atamın İbrahimə məhəbbəti ata-oğul əlaqəsindən üstün idi. Onların arasında qəribə sevgi vardı və bu, İbrahimin şəxsiyyətinin inkişafında özünü göstərdi. Lakin bu münasibət çox çəkmədi.

İbrahim hələ yeniyetmə olanda atasını itirdi, qəmli bir qürub çağı ağır yetimlik kölgəsi başının üstünü aldı. Ondan sonra isə kişi həyatına davam etdi. Həmin illərdə çoxlu dost-tanış ona idmanla məşğul olmasını tövsiyə edirdi. O da bu yolu seçdi.



Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin