Vəlfəcr-hazırlıq
Hüseyn Allahkərəm
Bəni-Sədrin
Ali
Baş
Komandanlıqdan
ixrac
edilməsindən bir müddət keçdi. İraq ordusunun qürurunu
sındırmaqdan ötrü cənub, qərb və şimal cəbhələrində
zəncirvari əməliyyatlar keçirildi.
Noyabrın 29-da ilk böyük əməliyyat olan Qüds yolu
əməliyyatı baş tutdu və Bəəs qüvvələri ilk dəfə ağır
məğlubiyyətlə üzləşdilər.
Komandirlərin razılaşmasına əsasən, ikinci əməliyyat
Gilanqərbdən Bağdad şəhərinə ən yaxın cəbhə olan Sərpol
Zəhaba qədər bir bölgədə aparılacaqdı. Buna görə bir
müddət öncədən kəşfiyyat işlərinə və şəxsi heyətin
hazırlığına başlandı.
Müvafiq istiqamətdə əməliyyat rəhbərliyi Gilanqərb
korpusunun komandirlərinə tapşırıldı. Əndərzqu dəstəsinin
bütün uşaqları fəaliyyətdə idilər. Düşmən bölgəsini
öyrənmək işinə İbrahim başçılıq edirdi. Bu iş qısa
müddətdə qüsursuz şəkildə baş tutdu. İbrahim məlumat
toplamaqdan ötrü kürdlərin biri ilə düşmən mövqelərinə
keçirdi. Onlar bir dəfə bir həftə ərzində Neftşəhrə qədər
gedib-gəldilər.
İbrahim bu müddətdə əməliyyat bölgəsinə dair yaxşı
xəritələr hazırladı, sonra da əsir tutduqları dörd iraqlı ilə
düşərgəyə qayıtdılar.
İbrahim
əsirləri
dindirib
lazımi
məlumatları
təkmilləşdirəndən
sonra
əməliyyat
xəritələrini
yekunlaşdırdı və komandirlərin iclasında təqdim etdi.
Ordunun Zülfüqar briqadasından polkovnik-leytenant
Əliyari və mayor Salami də korpus qüvvələri ilə birgə
hərəkət edirdilər. Bir çox yerli qüvvələr Sərpol Zəhabdan
124
Gilanqərbə qədər müəyyən batalyonlara bölünmüşdülər.
Əndərzqu dəstəsinin əksər uşaqları bu birləşmələrə
rəhbərlik edirdilər.
Korpusdan və könüllü qüvvələrdən ibarət bir neçə
batalyon əməliyyata başlayıb ilk hücuma keçəcəkdilər.
Yekun iclasında komandirlər İbrahimi orta cəbhənin,
Səfər Xoşrəvanı sol cinahın və qardaş Daryuş Rizəvəndini
də sağ cinahın komandiri seçdilər. Əməliyyatın məqsədi
də elan olundu: Gilan şəhərinə baxan dağları təmizləmək,
sərhəd yüksəkliklərini, Hacian və Görk boğazlarını və
zastavaları ələ keçirmək.
Əməliyyat bölgəsi 70 km.-ə yaxın idi. Qərargahdan
xəbər gəldi ki, bu əməliyyatdan dərhal sonra Mərivan
bölgəsində üçüncü hücum başlanacaq.
İşlər nəzərdə tutulduğu kimi gedirdi. Lakin
əməliyyatdan bir neçə gün öncə korpus komandanlığından
belə bir bildiriş gəldi: İraq tərəfi Bostanı yenidən ələ
keçirmək üçün geniş əks-hücum hazırlayıb. Siz əməliyyatı
tezləşdirməlisiniz ki, düşmənin diqqəti oradan yayınsın.
Bu səbəbdən əməliyyat ertəsi günə, yəni 10 dekabr
1981-ci il tarixinə salındı. Qəribə halda idik; bir gündən
sonra ölkənin qərbindəki dağlarda ilk geniş əməliyyat
keçiriləcəkdi. Heç nəyi proqnoz eləmək olmurdu. Həmin
gecə uşaqların bir-birilə vidalaşması möhtəşəm səhnə
yaratdı.
Nəhayət, deyilən gün gəldi. Uşaqların müxtəlif
istiqamətlərdən geniş hücumu nəticəsində Hacian və Görk
boğazları, Bəraftab bölgəsi, Sərtətan, Çərmiyan, Dizəkeş
və Firidun Huşyar dağları, Şiyakuh yüksəkliklərinin bir
qismi kimi bir çox mühüm və strateji bölgələr və Gilan
düzünün bütün kəndləri azad olundu.
125
Orta cəbhədə bir neçə təpə və çayı ələ keçirəndən sonra
qüvvələrimiz Nar təpələrinə doğru yola düşdü. Düşmən
dəli kimi atəş yağdırırdı.
Bəzi batalyonlar təpələrdən keçib Şiyakuh dağlarına
çatdılar, hətta dağların başına çıxdılar. Düşmən bilirdi ki,
Şiyakuhu əldən verməsi İraqın Xaniqin şəhərini əldən
verməsi demək idi. Buna görə də, çoxlu canlı qüvvəsini
oraya yönəltdi.
Gecə yarısı ratsiyadan elan olundu: "Həsən Balaş,
Camal Tacik və digər qüvvələr orta cəbhədən Şiyakuha
çatmışlar və kömək istəyirlər. Bir qədər sonra İbrahim
əlaqə saxlayıb dedi: "Bütün Nar yüksəklikləri azad olunub,
yalnız mühüm mövqeyə malik bir təpə güclü müqavimət
göstərir. Bizim də sayımız azdır".
İbrahimə dedim: "Sübh azanına qədər köməkçi
qüvvələrlə sizə qoşulacağam. Ordu komandirləri ilə əlaqə
saxlayın və nə olur-olsun, o təpəni də azad edin".
Köməkçi batalyonla orta cəbhəyə doğru yola düşdük.
Yolda korpus komandirliyindən bizə dedilər: "Düşmən
Bostana əks-hücum fikrindən daşınıb çoxlu canlı
qüvvəsini sizin cəbhənizə yönəldib. Müqavimət göstərin
ki, Hacı Əhməd Mütəvəssilianın komandirlik etdiyi
Mərivan korpusu tezliklə növbəti əməliyyatlara başlasın”.
Həmçinin ordu və korpus uşaqlarının yaxşı əməkdaşlığına
görə təşəkkür edib dedilər: "Gələn xəbərlərə görə, sizin
əməliyyat istiqamətinizdə düşmən çox ağır itkilər verib.
Onlar ehtiyat qüvvələrinin həmin bölgəyə getməsini əmr
ediblər”.
Hava işıqlanmaqda idi. Sübh namazını yolda qıldıq.
Hələ Nar bölgəsinə çatmamış Qulaməli Piçəkin Gilanqərb
cəbhəsində şəhid olduğunu eşitdik.
126
Nar dağlarına çatan kimi uşaqların biri mənə yaxınlaşıb
Məşhəd ləhcəsi ilə dedi: "Hacı Hüseyn, xəbərin var?
İbrahimi vurublar!"
Bütün bədənim titrədi, boğazım qurudu.
– Nə olub?!
– İbrahimin boğazına güllə dəyib.
Rəngim qaçdı. Qeyri-ixtiyari olaraq irəlidəki səngərlərə
qaçdım. Yolda İbrahimlə bağlı bütün xatirələr gözlərim
önündə canlandı. Təcili yardım səngərinə girib başının
üstə dayandım.
İbrahimin boyun əzələsinə bir güllə dəymiş və o, çoxlu
qan itirmişdi. Cavadı tapıb soruşdum: "İbrahimə nə oldu?"
Bir qədər dayanıb dedi: "Nə deyəcəyimi bilmirəm".
– Necə yəni?!
– Təpəyə necə hücum etmək barədə ordu komandirləri
ilə danışdıq. İraqlılar güclü müqavimət göstərirdilər,
təpənin başında və ətrafında çoxlu canlı qüvvələri vardı.
Nə plan cızdıqsa, alınmadı.
Sübh azanına yaxın fikirləşdik ki, nə isə etməliyik,
amma hansı işin daha yaxşı olduğunu bilmirdik. Birdən
İbrahim səngərdən çıxıb təpəyə doğru getdi, böyük bir
daşın üstündə üzüqibləyə dayanıb ucadan azan verməyə
başladı. Biz qışqırırdıq ki, İbrahim, geri qayıt, indi səni
vuracaqlar; o isə qulaq asmırdı.
Təxminən azanı sonuna qədər dedi. Düşmənin atəşi də
dayanmışdı. Lakin sonda bir güllə atıldı və İbrahimə
dəydi. Biz onu geri gətirdik”.
|