Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə49/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   45   46   47   48   49   50   51   52   ...   86
Salam-olsun-İbrahimə-1

Azanın möcüzəsi 
Hüseyn Allahkərəm 
Nar  dağında  idik.  Hava  tam  işıqlanmışdı.  Tibb  işçisi 
İbrahimin  boynunun  yarasını  bağladı.  Şəxsi  heyəti 
mövqelərə bölür və ratsiyaya cavab verirdim. 
Birdən  uşaqların  biri  qaçaraq  gəldi  və  dedi:  "Hacı! 
Hacı! Bir neçə iraqlı əllərini qaldırıb bu tərəfə gəlir". 
Onunla  birlikdə  təpənin  göründüyü  səngərlərin  birinə 
getdik.  Qarşıdakı  təpədən  təxminən  iyirmi  düşmən 
hərbçisi əllərində ağ parça bizə doğru gəlirdi. Tez dedim: 
"Uşaqlar, silahlı dayanın, bu, hiylə ola bilər". 
Bir  neçə  saniyədən  sonra  biri  zabit  olmaqla  on  səkkiz 
düşmən  hərbçisi  təslim  oldu.  İstiqamətimizdə  əsir 
tutduğumuza  görə  sevindim.  Öz-özümə  düşündüm  ki, 
uşaqların yaxşı hücumu onları qorxudub və təslim olublar. 
Onların  arasındakı  zabiti  səngərə  apardım.  Ərəbcə  bilən 
uşaqlardan birini çağırdım. 
– Adın nədir? Rütbəni və vəzifəni de. 
Özünü  təqdim  edib  dedi:  "Mayoram,  təpədə  və  onun 
ətrafındakı  şəxsi  heyətin  komandiriyəm.  Biz  Bəsrədəki 
ehtiyat diviziyasındanıq”. 
– Təpədə nə qədər canlı qüvvəniz var? 
– İndi heç nə. 
Təəccübləndim. 
– Heç nə?! 
–  Biz  idik  və  təslim  olduq.  Digərlərini  də  geriyə 
göndərdim. İndi təpə boşdur. 
Yenidən təəccüblə ona baxdım. 
- Nə üçün? 
– Çünki təslim olmaq istəmirdilər. 
Təəccübüm daha da artdı. 


 
 
128 
– Necə yəni? 
İraqlı  komandir  mənə  cavab  vermək  yerinə  soruşdu: 
"Azançınız hanı?" 
Daha çox təəccübləndim. 
– Azançı?! 
Gözləri  yaşardı,  boğazını  qəhər  tutdu  və  danışmağa 
başladı. Tərcüməçi də cəld tərcümə edirdi. 
- Bizə demişdilər ki, siz məcusi və atəşpərəstsiniz və biz 
İslamdan ötrü hücum edib iranlılarla vuruşuruq. İnanın ki, 
bizim 
hamımız 
müsəlman 
və 
şiəyik. 
Biz 
komandirlərimizin  araq  içdiyini  və  namaz  qılmadığını 
görəndə  sizinlə  vuruşmağa  çox  tərəddüd  etdik.  Bu  gün 
səhər  sizin  döyüşçünün  azan  səsini  eşidəndə  vücudum 
titrədi,  həzrət  Əmirəlmömininin  (ə)  də  adını  çəkəndə  öz-
özümə  dedim  ki,  sən  öz  qardaşlarınla  vuruşursan.  Birdən 
Kərbəla hadisəsi kimi... 
Qəhərdən  danışa  bilmədi.  Bir  neçə  dəqiqədən  sonra 
sözünə davam etdi: "Buna görə qərara gəldim ki, günahımı 
ağırlaşdırmayıb  təslim  olum.  Əmr  etdim  ki,  heç  kim  atəş 
açmasın.  Hava  işıqlananda  da  hamını  toplayıb  dedim: 
"Mən  iranlılara  təslim  olacağam,  kim  istəyirsə,  mənimlə 
gəlsin".  Bu  gələnlər  mənim  əqidə  dostlarımdır,  digərləri 
geri  qayıtdılar.  Mən  azançıya  atəş  açan  əsgəri  də 
gətirmişəm.  Əmr  etsəniz,  onu  öldürərəm.  İndi  xahiş 
edirəm, de görüm azançı sağdır, ya yox?” 
Başını  itirmiş  adamlar  kimi  iraqlı  komandiri 
dinləyirdim.  Heç  bir  söz  deyə  bilmədim.  Bir  müddət 
sükutdan  sonra  dedim:  “Hə,  sağdır”.  Birlikdə  səngərdən 
çıxıb İbrahimin yanına getdik. 
On  səkkiz  iraqlının  hamısı  İbrahimin  əlini  öpdü. 
Axırıncısı  onun  ayağına  düşüb  ağlayır  və  deyirdi:  "Məni 
bağışla. Mən atəş açdım". 


 
 
129 
Boğazımı  qəhər  tutmuşdu.  Əməliyyat  və  şəxsi  heyət 
yadımdan  çıxmışdı.  Əsirləri  geri  göndərmək  istəyəndə 
komandirləri  məni  səsləyib  dedi:  "O  tərəfə  bax.  Xüsusi 
təyinatlı batalyon və bir neçə tank gəlir". Sonra əlavə etdi: 
"Tez gedib təpəni tutun". 
Əndərzqu  uşaqlarından  bir  neçəsini  təpəyə  göndərdim. 
Ora  azad  ediləndən  sonra  Nar  bölgəsində  əməliyyat 
tamamlandı. 
Xüsusi  təyinatlı  batalyon  hücuma  keçdi,  amma  bizim 
lazımi  hazırlığımız  olduğundan  şəxsi  heyətin  çoxunu 
məhv  etdik.  Sonrakı  günlərdə  Mərivanda  "Məhəmməd 
Rəsulullah  (s))  əməliyyatı  baş  tutdu  və  İraq  ordusunun 
Gilanqərbə təzyiqi azaldı. 
Hər  halda,  Vəlfəcr-hazırlıq  əməliyyatı  özünün  bir  çox 
məqsədlərinə  nail  oldu,  ölkəmizin  bir  sıra  bölgələri  azad 
edildi.  Baxmayaraq  ki,  Qulaməli  Piçək,  Camal  Tacik  və 
Həsən  Balaş  kimi  komandirlər  bu  əməliyyatda  şəhid 
oldular. 
İbrahim  bir  neçə  gündən  sonra  tam  sağalıb  yenidən 
dəstəyə  qatıldı.  Həmin  gün  belə  bir  elan  verildi:  "Ey 
Mehdi,  imdada  yet"  parolu  ilə  baş  tutan  Vəlfəcr-hazırlıq 
əməliyyatında İraq ordusuna məxsus on dörd batalyondan 
artıq  canlı  qüvvə  məhv  edildi,  düşmən  tərəfi  ümumilikdə 
iki min ölü və yaralı verdi, iki yüz hərbçisi əsir tutuldu və 
iki təyyarəsi vuruldu". 
*** 
Vəlfəcr-hazırlıq əməliyyatından beş il ötdü. 1987-cı ilin 
qışında  Şələmçədə  Kərbəla-5  əməliyyatında  iştirak 
edirdik. 
Diviziyaların  və  əməliyyat  kəşfiyyatının  əməkdaşlıq 
işinin bir qismi bizə tapşırılmışdı. Mən Bədr diviziyasının 
uşaqları ilə danışmaq üçün oraya getdim. 


 
 
130 
Qərara  görə,  hamısı  ərəbdilli  uşaqlardan  və  Səddama 
müxalif iraqlılardan ibarət olan bu diviziyanın batalyonları 
əməliyyatın ikinci mərhələsində hərəkətə keçəcəkdilər. 
Diviziya  və  batalyon  komandirləri  ilə  söhbətdən  sonra 
lazımi  məsələləri  razılaşdırıb  hərəkətə  hazırlaşdım.  Bu 
zaman  Bədr  diviziyasının  uşaqlarından  birini  gördüm. 
Uzaqdan  baxa-baxa  mənə  yaxınlaşırdı.  Bəsic  üzvü  idi. 
Mənə  çatıb  salam  verdi  və  ərəb  ləhcəsilə  dedi:  "Siz 
Gilanqərbdə deyildiniz?" 
Təəccüblə dedim: "Bəli". 
Fikirləşdim ki, yəqin qərb bölgəsinin uşaqlarındandır. 
– Vəlfəcr-hazırlıq yadınızdadır? Nar dağı, axırıncı təpə? 
Bir az fikirləşib dedim: "Aha". 
– Əsir düşən on səkkiz iraqlını xatırlayırsınız? 
– Bəli. 
Sevincək cavab verdi: "Onların biri mənəm". 
Təəccübüm daha da artdı. 
– Burada nə edirsən? 
–  Hamımız  bu  batalyondayıq.  Biz  Ayətullah  Həkimin 
zəmanəti  ilə  azad  olunduq.  O,  məni  yaxşı  tanıyırdı. 
Danışdıq ki, cəbhəyə gələk və bəəsçilərlə vuruşaq. 
Mənə çox qəribə gəldi. 
– Bərəkallah! Sizin komandiriniz haradadır? 
–  O  da  bu  batalyonda  fəaliyyət  göstərir.  İndi  təmas 
xəttinə gedirik. 
–  Özünüzün  və  batalyonunuzun  adını  bu  kağıza  yazın. 
İndi  tələsirəm,  əməliyyatdan  sonra  gəlib  hamınızla 
görüşərəm. 
O,  uşaqların  adlarını  yaza-yaza  soruşdu:  "Sizin 
azançının adı nə idi?" 
– İbrahim; İbrahim Hadi. 


 
 
131 
–  Bizim  hamımız  bu  müddətdə  onu  axtarmışıq. 
Komandirimizdən  xahiş  etdik  ki,  onu  mütləq  tapsın.  O 
Allah adamını bir də görmək istəyirik. 
Dinmədim. Boğazımı qəhər tutdu. Başını qaldırıb mənə 
baxdı. 
– İnşallah cənnətdə bir-birinizi görərsiniz. 
Çox  narahat  oldu.  Kağızı  mənə  verdi.  Mən  də  tez 
sağollaşıb  yola  düşdüm.  Bu  gözlənilməz  görüş  mənə  çox 
maraqlı gəldi. 
Əməliyyat  1987-ci  ilin  martında  başa  çatdı  və  şəxsi 
heyətin  çoxu  məzuniyyətə  yollandı.  Bir  gün  əşyalarımın 
arasından  həmin  iraqlı  əsirin,  daha  doğrusu  Bədr 
diviziyasının  Bəsic  üzvünün  yazısını  görüb  Bədr 
uşaqlarının yanına getdim. Diviziyanın başçılarından birini 
görüb  kağıza  yazılmış  batalyonu  soruşdum.  Cavab  verdi 
ki, bu batalyon buraxılıb. 
– Mən o uşaqları görmək istəyirəm. 
–  Bu  batalyon  diviziya  komandiri  ilə  birgə  Şələmçədə 
İraqın ağır əks-hücumlarının birinin qarşısında müqavimət 
göstərdi, düşmənə ağır zərbə vurdu, amma geri çəkilmədi. 
Bir neçə saniyə dayandı. 
– O batalyondan heç kim sağ qayıtmadı. 
–  Bu  on  səkkiz  nəfər  iraqlı  əsirlərdən  idilər,  onların 
adları burada yazılıb. Mən onları görməyə gəlmişəm. 
Yaxınlaşıb  siyahını  məndən  aldı,  başqa  birinə  verib 
harasa  yolladı.  Həmin  adam  bir  neçə  dəqiqədən  sonra 
qayıdıb dedi: "Bunların hamısı şəhid olub". 
Daha  heç  bir  sözüm  yox  idi.  Eləcə  oturub  fikirləşir  və 
öz-özümə  deyirdim:  Gör  İbrahim  bir  azanla  nə  etdi:  Bir 
təpə  azad  olundu,  bir  əməliyyat  qələbə  çaldı,  on  səkkiz 
nəfər də Hürr kimi cəhənnəmdən çıxıb cənnətə getdi. 


 
 
132 
Sonra  həmin  iraqlı  döyüşçüyə  sözümü  xatırladım: 
"İnşallah cənnətdə bir-birinizi görərsiniz". 
İxtiyarsız  olaraq  gözlərimdən  yaş  axdı.  Sağollaşıb 
oradan çıxdım. 
Şübhəm  yoxdur  ki,  İbrahim  harada  azan  verməli 
olduğunu  yaxşı  bilirdi.  O  bununla  hələ  qəlblərində  iman 
işığı qalmış insanları hidayət edirdi. 


 
 
133 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin