Həzrət Zəhra (ə) məclisi
Şəhidin dostları
Hacı Əbülfət məscidində məclisə getmişdik. Məclisdə
İbrahimin həzrət Zəhra (ə) barədə yazdığı şeirlər oxundu,
sonda Hacı Əli İnsani rövzə oxudu.
İbrahim özündə deyildi, şeir dəftərçəsini bağlayıb
ucadan ağlayırdı. Mən onun bu rəftarına çox
təəccübləndim. Məclisdən sonra evə gedəndə yolda dedi:
"Adam həzrət Zəhra (ə) məclisinə daxil olanda gərək onu
orada hiss etsin, çünki məclis o həzrətə məxsusdur".
***
Bir dəfə mənim israrımla eydi-Zəhra məclisinə getdik.
Həzrət Fatimə aşiqi olduğuna görə çox sevinəcəyini zənn
edirdim.
Məclisin məddahı guya həzrət Zəhranı (ə) sevindirmək
üçün bəzi səhabələrə qarşı kobud sözlər işlədirdi. Məclisin
ortasında İbrahim mənə işarə verdi və birlikdə məclisdən
çıxdıq. Yolda soruşdum: "Deyəsən narahat oldun, eləmi?"
O, həmişəki kimi soyuqqanlı deyildi. Üzünü mənə tutdu
və əlini hirslə tərpədib dedi: "Bu məclislərdə Allahı
tapmaq olmaz. Həmişə elə yerə get ki, Allahdan və Əhli-
beytdən danışsınlar".
Bu cümləni bir neçə dəfə təkrarladı. Sonralar din
alimlərinin o məclislər barədə, habelə müsəlmanların
birliyini qorumaq haqda fikirləri ilə tanış olanda İbrahimin
dəqiqliyini alqışladım.
***
Fəthülmübində yaralananda onu cəld Dezfula, ordunun
tibb məntəqəsinə apardıq. Zalda çox adam vardı, yaralılar
zarıyırdılar. Nəhayət, küncdə bir yer tapıb onu yerə
qoyduq. Tibb işçiləri onun boynunun və ayağının yarasını
157
bağladılar. O şəraitdə hamının əsəbi pozulmuşdu,
yaralıların səs-küyü olduqca çox idi. Birdən İbrahim
ucadan oxumağa başladı.
O, həzrət Zəhranı (ə) vəsf edən gözəl bir şeir oxudu.
Həmin əməliyyatın parolu da o həzrətin adından ibarət idi.
Bir neçə dəqiqə zalı qəribə sükut bürüdü, heç bir yaralı
sızlamadı, sanki hər şey qaydasına düşdü.
Hər tərəfdən rahatlıq yağır, yaralıların və tibb işçilərinin
gözlərindən yaş damlaları axırdı.
İbrahim oxuyub qurtaranda digərlərindən yaşlı olan və
hicabı kamil olmayan bir xanım doktor ona yaxınlaşdı. O,
çox təsirlənmişdi. Yavaşca dedi: "Sən də mənim oğlum
kimisən. Siz gənclərə qurban olum!"
Sonra oturub İbrahimin başından öpdü. İbrahimin üzü
qulaqlarına qədər qızardı. Sonra xəcalətindən mələfəni
üzünə çəkdi.
İbrahim həmişə deyirdi: "Allaha təvəkküldən sonra
məsumlara, xüsusən də həzrət Zəhraya (ə) təvəssül etmək
problemlərin açarıdır”.
***
İbrahimi görmək üçün Nəcmiyyə xəstəxanasına
getmişdim. Bir yerdə oturmuşduq. İbrahim icazə alıb
həzrət Zəhra (ə) haqda rövzə oxumağa başladı. İki həkim
uzaqdan bizə baxırdı. Yaxınlaşıb soruşdum ki, bir şey
olub?
- Yox. Biz təyyarədə onun yanında idik. Tez-tez huşunu
itirirdi, amma o vəziyyətdə də gözəl səslə həzrət
Fatimənin (ə) mədhinə yazılmış şeirlər oxuyurdu.
|