Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə60/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   56   57   58   59   60   61   62   63   ...   86
Salam-olsun-İbrahimə-1

Düzgün rəftar 
Şəhidin dostları 
17  Şəhrivər  xiyabanı  ilə  gedirdik.  Motosikletdə 
İbrahimin  arxasında  oturmuşdum.  Birdən  küçədən  sürətlə 
bir  motosiklet  çıxdı,  qarşımıza  keçib  sərt  şəkildə  əyləcə 
basdı. 
Zahiri görkəmi dinə çox da uymayan gənc motosikletçi 
qışqırdı: "Huu! Nə edirsən?!" Sonra da dayanıb hirslə bizə 
baxdı. 
Hamı  onun  günahkar  olduğunu  bilirdi.  Mənim  də 
ürəyimdən  keçirdi  ki,  İbrahim  aşağı  enib  onun  dərsini 
versin.  Lakin  o,  cavanın  kobud  rəftarına  cavab  olaraq 
təbəssümlə dedi: "Salam. Yorulmayasınız!" 
Hirsli  motosikletçi  belə  bir  rəftar  gözləmədiyinə  görə 
yerində donub qaldı. Bir qədər duruxub dedi: "Salam. Üzr 
istəyirəm".  Sonra  yola  düşüb  getdi,  biz  də  yolumuzu 
davam etdirdik. 
İbrahim  yolda  danışmağa  başladı  və  beynimdəki 
suallara cavab verdi. 
– Gördün nə baş verdi?! Bir salamla hirsi soyudu, hələ 
üstəlik  üzr  də  istədi.  Əgər  mən  də  qışqırıb  dalaşsaydım, 
əsəblərimi  və  əxlaqımı  korlamaqdan  başqa  bir  iş  görmüş 
olmayacaqdım. 
İbrahimin  yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmə 
üsulu çox gözəl  idi. Bir işdən çəkindirmək istəyəndə onu 
dolayısı  ilə  deyirdi.  Məsələn,  həmin  işin  tibbi,  ictimai  və 
digər  mənfi  nəticələrini  sayırdı  ki,  qarşı  tərəf  özü  nəticə 
çıxarsın. Sonda da dindən dəlil gətirirdi. 
İbrahimin dostlarından biri şorgöz idi, daim qeyri-əxlaqi 
rəftarlarla  məşğul  olurdu.  Dostlarından  bir  neçəsi 


 
 
164 
qışqırmaq  və  küsməklə  onun  bu  vərdişinin  qarşısını  ala 
bilməmişdi. 
Elə  bir  şəraitdə  onu  az  adam  saya  salırdı.  İbrahim  isə 
onunla  çox  yaxın  münasibətini  davam  etdirirdi;  onu  özü 
ilə  zorxanaya  gətirir,  digərlərinin  yanında  ona  hörmət 
edirdi. 
İbrahim  bir  müddətdən  sonra  onunla  danışdı.  Əvvəlcə 
onda  qeyrət  hissini  oyadıb  dedi:  "Əgər  kimsə  sənin  ana-
bacını baxışları ilə incitsə, nə edərsən?" 
Həmin oğlan hirslə dedi: "Gözlərini çıxararam". 
İbrahim  çox  soyuqqanlılıqla  dedi:  "Yaxşı,  oğlan,  öz 
namusun üçün bu qədər qeyrətin var, nə üçün həmin səhv 
işi görürsən?" 
Sonra əlavə etdi: "Bax, əgər hamı başqasının namusuna 
baxsa, cəmiyyətdə nizam-intizam pozular". 
Sonra  İbrahim  naməhrəmə  baxmağın  haramlığından 
danışıb  Peyğəmbərin  bu  hədisini  söylədi:  "Gözlərinizi 
naməhrəmdən qoruyun ki, qeyb aləmini görəsiniz".
1
 
Sonra  başqa  səbəblər  də  göstərdi  və  həmin  oğlan 
təsdiqlədi. 
–  Özün  qərara  gəl.  Əgər  bizimlə  dost  qalmaq 
istəyirsənsə, bu işi tərk etməlisən. 
İbrahimin  yaxşı  rəftarı  və  dəlilləri  onun  vərdişini  tərk 
etməsinə səbəb oldu. Sonra o, bütün yanlış işlərini kənara 
qoyub  məhəllənin  yaxşı  uşaqlarından  birinə  çevrildi.  O, 
İbrahimin  yaxşı  rəftarla  və  yerində  gətirdiyi  dəlillə 
dəyişdirdiyi insanlardan yalnız biridir. 
İndi  məhəlləmizin  küçələrindən  birinə  həmin  oğlanın 
adı verilib. 
                                                 
1
 "Mizan əl-hikmə", c. 10, s. 72. 


 
 
165 
1982-ci ilin payızı idi. Motosikletlə Azadlıq meydanına 
gedirdik.  İbrahim  cəbhəyə  gedirdi  və  mən  onu  Qərb 
avtovağzalına aparırdım. 
Yanımızdan bahalı bir maşın keçdi. Sürücünün yanında 
düzgün hicabı olmayan bir qadın oturmuşdu. O, İbrahimə 
baxıb kobud bir ifadə işlətdi. 
İbrahim dedi: "Tez onun ardınca sür". 
Mən də sürətlə həmin maşını təqib etdim. Ona işarə ilə 
sağa  çəkməsini  bildirdik.  Öz-özümə  dedim  ki,  bu  dəfə 
mütləq dava olacaq. 
Avtomobil  xiyabanın  kənarında  dayandı.  Biz  də 
motosikleti onun yanında saxladıq. 
İbrahimin nə edəcəyini gözləyirdim. O, oturduğu yerdən 
sürücüyə salam verib hal-əhvalını soruşdu. 
- Mən çox üzr istəyirəm. Sizin xanımınız mənə və bütün 
saqqallılara pis bir söyüş söydü. Bilmək istəyirəm ki... 
Sürücü İbrahimin sözünü kəsib dedi: "Mənim yoldaşım 
qələt elədi, səhv elədi". 
-  Yox,  ağa,  mən  yalnız  bilmək  istəyirəm  ki,  onun 
mənim boynumda bir haqqı qalıbmı, yaxud mən haradasa 
yanlış bir iş görmüşəmmi belə deyir? 
Sürücü  əsla  belə  rəftar  gözləmirdi.  Maşından  enib 
İbrahimin üzünü öpdü və dedi: "Yox, əziz dost, siz heç bir 
səhv etməmisiniz. Biz səhv etdik və çox üzr istəyirik". 
Çox üzrxahlıqdan sonra bizdən ayrıldılar. 
 
İbrahimin  özü  də  elə  bir  zamanda  belə  rəftarları  bizə 
çox  qəribə  gəlirdi.  Lakin  o,  bu  işlərlə  bizə  insanlarla 
düzgün  davranış  qaydalarını  öyrədirdi.  O  həmişə  deyirdi 
ki, digərlərinin qəzəbi qarşısında səbirli olub məntiqsiz iş 
görməyən adam həyatda daha böyük uğurlar qazanar". 


 
 
166 
Onun  belə  davranış  tərzi  mənə  bir  Quran  ayəsini 
xatırladırdı: "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar 
yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara 
söz atdıqları zaman salam deyərlər".
1
 
                                                 
1
 Furqan, 63. 


 
 
167 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin