Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə62/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   58   59   60   61   62   63   64   65   ...   86
Salam-olsun-İbrahimə-1

Allahın razılığı 
Abbas Hadi 
İbrahimin  xarakteri  elə  idi  ki,  adətən,  yanında  olub 
görənlərdən  başqa  heç  kim  işlərindən  xəbər  tutmurdu. 
Lakin  özü  zəruri  bildiyi  məqamlarda  bəzi  işlərindən 
danışırdı. Həmişə deyirdi ki, Allahın razılığı üçün görülən 
işi  deməyə  gərək  yoxdur.  Həmçinin  deyirdi:  "Bizim 
problemimiz  budur  ki,  hamının  razılığından  ötrü  iş 
görürük, Allahdan başqa". 
Həzrət  Əli  (ə)  buyurur:  "Kim  qəlbini  və  əməllərini 
Allahdan qeyrisindən təmizləsə, Allahın nəzərində olar".
1
 
Böyük ariflər də öz sözlərində bildirirlər ki, Allah üçün 
görülən iş dəyərli olar. Yaxud deyirlər ki, insan Allahdan 
qeyrisi  üçün  çəkdiyi  hər  bir  nəfəsə  görə  axirətdə  peşman 
olacaq. 
İbrahim  yaralananda  Tehranın  zorxanalarından  birinə 
gedib  bir  küncdə  oturduq.  Hər  bir  təcrübəli  idmançı  içəri 
girəndə mürşidin zəngi səslənir, idman bir neçə saniyəliyə 
dayanırdı.  O  da  uzaqdan  idmançılara  əl  yelləyir, 
gülümsəyir və otururdu. 
İbrahim diqqətlə insanların hərəkətlərinə baxdı və sonra 
dönüb  yavaşca  mənə  dedi:  "Gör  bunlar  zəngin 
səslənməsinə  necə  sevinirlər.  Bəzi  adamlar  zorxana 
zənginə aşiqdirlər. Onlar Allaha bu qədər aşiq  olsaydılar, 
daha  yer  üzündə  qalmaz,  göylərdə  yeriyərdilər.  Dünya 
belədir:  adam  nə  qədər  ki  dünya  aşiqidir  və  bu  dünyaya 
yapışıb, halı və günü budur. Lakin başını göyə qaldırsa və 
işlərini  Allahın  razılığı  üçün  görsə,  əmin  ol  ki,  həyatı 
dəyişər,  yaşamağın  mənasını  anlayar.  Zorxanada  çoxları 
                                                 
1
 "Qürər əl-hikəm", s. 538. 


 
 
170 
bilmək  istəyir  ki,  kim  daha  güclüdür  və  kim  daha  tez 
yorulur.  Əgər  bir  gün  miyandar  olsan  və  birinin 
yorulduğunu  görsən,  Allahın  razılığından  ötrü  tez  idmanı 
dəyiş". 
İbrahim deyirdi: "İnsan hər bir işi, hətta şəxsi işlərini də 
Allahın razılığından ötrü görməlidir". 
*** 
Cümə  səhəri  yaxınlaşırdı.  İbrahim  qanlı  köynəkdə  evə 
gəldi. Çox yavaşca paltarlarını dəyişdi. Namazını qılandan 
sonra dedi: "Abbas, mən yuxarıda yatmağa gedirəm". 
Günortaya  yaxın  həyətdən  səs  gəldi.  Kimsə 
dayanmadan  qapını  döyürdü.  Anam  gedib  qapını  açdı. 
Qonşu qadın idi. Hirslə salam verəndən sonra dedi: "Sizin 
bu  İbrahim  mənim  oğlumla  tay-tuşdur?!  Axşam  oğlumu 
motosikletlə  aparıb,  sonra  da  qəzaya  düşüblər,  oğlumun 
ayağı sınıb". 
Sonra  əlavə  etdi:  "Bax,  xanım,  mən  oğlumu  ən  yaxşı 
liseyə  qoymuşam  və  sənin  oğlun  kimilərlə  oturub-
durmasını istəmirəm". 
Anamızın  heç  nədən  xəbəri  yox  idi.  Çox  narahat  oldu, 
üzr  istəyib  dedi:  "Mən  nə  dediyinizi,  nədən  danışdığını 
bilmirəm,  amma  baş  üstə,  mən  İbrahimə  deyərəm,  siz 
bağışlayın..." 
Mən onların danışığını eşidib yuxarı mərtəbəyə qaçdım, 
İbrahimi oyadıb dedim: “Dadaş, nə etmisən?” 
– Nə olub ki? 
– Motosikletiniz qəzaya düşüb? 
Yerindən  hoppanıb  təəccüblə  soruşdu:  "Qəza?!  Nə 
danışırsan?!” 
– Bəs eşitmədin? Qapıdakı Məmmədin anası idi, haray-
həşir salmışdı... 


 
 
171 
Bir qədər fikirləşib dedi: "Yaxşı. Allaha şükür, mühüm 
bir şey deyil". 
Həmin gün axşamüstü Məhəmmədin ata-anası bir dəstə 
gül  və  bir  qutu  şirniyyatla  İbrahimi  görməyə  gəldilər. 
Qonşu  qadın  dayanmadan  üzr  istəyirdi.  Bizim  anamız 
təəccüblə  dedi:  "Hacı  xanım,  nə  səhərki  sözlərindən  bir 
şey anladım, nə də indiki işindən". 
-  Vallah,  xəcalətimdən  nə  deyəcəyimi  bilmirəm. 
Məhəmməd hər şeyi danışdı. Əgər ağa İbrahim olmasaydı, 
Allah bilir başına nə gələrdi! Məhəllə uşaqları biz narahat 
olmayaq 
deyə 
İbrahimlə 
Məhəmmədin 
qəzaya 
düşdüklərini  söyləmişdilər.  Hacı  xanım,  mən  tez 
mühakimə  yürütdüyümə  görə  üzr  istəyirəm.  Sən  Allah, 
məni  bağışla.  Atasına  da  dedim  ki,  çox  ayıbdır,  ağa 
İbrahim  neçə  aydır  yaralanıb,  bizsə  hələ  onu  görməyə 
getməmişik. Buna görə əziyyət verdik. 
- Məhəmmədə nə olub ki? 
-  Cümə  axşamı  gecə  məscidin  Bəsic  üzvləri  məhəllədə 
keşik  çəkirmişlər.  Məhəmməd  küçədə  digər  uşaqların 
yanında  imiş.  Birdən  əli  çaxmağa  keçir  və  səhvən 
silahından  açılan  güllə  öz  ayağına  dəyir.  O,  yaralanıb 
yıxılır və ayağından çoxlu qan axır. Bu zaman ağa İbrahim 
motosikletlə  gəlib,  uşaqların  köməyi  ilə  Məhəmmədin 
ayağının yarasını bağlayıb və sonra xəstəxanaya aparıb". 
Qonşu  qadının  söhbəti  bitəndən  sonra  dönüb  İbrahimə 
baxdım. Xüsusi soyuqqanlılıqla bir küncdə oturmuşdu. O, 
yaxşı  bilirdi  ki,  Allahın  razılığından  ötrü  bir  iş  görmüş 
adam camaatın sözlərinə fikir verməməlidir. 


 
 
172 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin