Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə58/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   54   55   56   57   58   59   60   61   ...   86
Salam-olsun-İbrahimə-1

Yay 
Mürtəza Parsaian 
Yaralandığına  görə  Tehranda  müalicə  olunan  İbrahim 
1982-ci ilin  yayında məktəb məsələləri ilə maraqlandı. O, 
xidmətlə  yanaşı  təkmilləşdirici  kurslara  qatıldı  və  həmin 
qısa müddətdə bir neçə dini-mədəni fəaliyyətlə çıxış etdi. 
*** 
Onu əsa ilə maarif şöbəsinin pilləkənlərindən qalxarkən 
gördüm. Yaxınlaşıb salam verdim. 
–  Ağa  İbrahim,  nə  olub?  Əgər  bir  işin  varsa,  de,  biz 
görək. 
– Yox, özüm həll edəcəm. 
Bir  neçə  otağa  girib  imza  aldı.  İşləri  bitəndən  sonra 
soruşdum:  "Bu  kağız  nə  idi?  Nə  üçün  özünü  bu  qədər 
əziyyətə saldın?” 
–  Bir  Allah  bəndəsi  var,  iki  il  müəllim  işləyib,  amma 
hələ işədüzəlmədə problem yaşayır. Onun işini gördüm. 
– Cəbhə uşaqlarındandır? 
– Güman etmirəm. Məndən xahiş elədi, mən də gördüm 
ki, bacararam. Ona görə gəldim. 
Sonra sözünə davam etdi: "Adam gərək Allah bəndələri 
üçün  bacardığı  işi  görsün.  Xüsusən  də  belə  yaxşı 
xalqımıza  gərək  əlimizdən  gələni  edək.  İmam  Xomeyni 
buyurub ki, xalq bizim nemət sahibimizdir". 
*** 
Məhəllədə İbrahimi hamı tanıyırdı. Hamı bir ünsiyyətlə 
onun rəftar və düşüncələrinə aşiq olurdu. 
İbrahimgilin  evi  həmişə  dostları  ilə  dolu  olurdu. 
Cəbhədən  gələn  uşaqlar  öz  evlərindən  öncə  onlara  gedib 
İbrahimə baş çəkirdilər. 


 
 
159 
Bir  gün  Məhəmmədiyyə  məscidinin  imamı  sübh 
namazına gəlməmişdi. Camaat israrla İbrahimi önə çıxardı 
və onun arxasında namaz qıldı. 
Hacı ağa bunu eşidəndə çox sevinib dedi: "Əgər mən də 
olsaydım,  məmnuniyyətlə  ağa  Hadinin  arxasında  namaz 
qılardım". 
*** 
İbrahim  əsa  ilə  küçədən  keçirdi.  Bir  neçə  dəfə  göyə 
baxıb başını aşağı saldı. 
Yaxınlaşıb soruşdum: "Ağa İbrahim, nə olub?" 
Əvvəlcə  cavab  vermək  istəmədi.  İsrarımdan  sonra  isə 
dedi:  "Hər  gün  bu  vaxta  qədər  ən  azı  bir  Allah  bəndəsi 
bizə  yaxınlaşırdı  və  birtəhər  problemini  həll  edirdik.  Bu 
gün isə səhərdən indiyə qədər heç kim müraciət  etməyib. 
Qorxuram ki, hansısa əməlimə görə Allah Öz bəndələrinə 
xidmət səadətini məndən almış olar". 


 
 
160 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin