Biz səni sevirik
Cavad Məclisi
1982-ci ilin payızı idi. Yenidən İbrahimlə birgə
əməliyyat bölgəsinə yollandıq. İbrahimin həzrət Zəhraya
(ə) təvəssülləri dillər əzbəri olmuşdu, hara gedirdiksə,
mövzu bu idi.
Uşaqların
çoxu
onun
əməliyyatlardakı
qəhrəmanlıqlarından danışırdı. Onların hamısı həzrət
Fatiməyə (ə) təvəssüllə baş tutmuşdu.
Sumar bölgəsinə getdik. Hansı səngərə baş çəkirdiksə,
İbrahimdən məddahlıq etməsini və həzrət Zəhradan
oxumasını xahiş edirdilər.
Axşam idi. İbrahim bir batalyonun şəxsi heyəti arasında
məddahlığa başladı. Yorğun olduğuna və məclislərin uzun
sürdüyünə görə səsi tutulmuşdu.
Mərasimdən sonra dostlarımızın bir-ikisi İbrahimlə
zarafat edib səsini yamsıladılar. Sonra da bəzi sözlər
dedilər və o, çox narahat oldu.
Həmin gecə yatmazdan öncə hirsli idi. Mənə dedi:
"Mən önəmli deyiləm, bunlar həzrət Zəhranın (ə) məclisini
ələ salırlar. Buna görə daha oxumayacağam".
Dedim ki, onların sözlərinə fikir vermə, sən öz işini gör.
Razılaşmadı.
Gecə vaxtı öz qərargahımıza qayıtdıq. Yenidən and içdi
ki, daha oxumayacağam. Gecə saat 1 idi. Yorğun halda
yatdıq.
Sübh azanından qabaq kiminsə qolumu tərpətdiyini hiss
etdim. Gözlərimi çətinliklə açıb başım üstə İbrahimin
nurlu üzünü gördüm. Məni səsləyib dedi: "Qalx, indi azan
veriləcək".
183
Mən qalxdım. Öz-özümə dedim ki, deyəsən bu adam
yorğunluğun nə demək olduğunu bilmir.
Digər uşaqları da səslədi, sonra azan verdi və sübh
namazını cəm halda qıldıq.
İbrahim namaz və zikrdən sonra dua, sonda da həzrət
Zəhranın (ə) mədhinə şeirlər oxumağa başladı. Onun gözəl
şeirləri hamını ağlatdı. Gecə and içdiyini gördüyümə görə
çox təəccübləndim, amma heç nə demədim.
Səhər yeməyindən sonra uşaqlarla birgə Sumara
qayıtdıq. Bütün yolboyu onun qəribə işləri haqda
düşündüm.
İbrahim mənə mənalı tərzdə baxıb dedi: "Soruşmaq
istəyirsən ki, and içdiyim halda nə üçün oxudum?!"
– Hə. Sən gecə and içdin ki...
Sözümü kəsdi.
– Səbəbini deyirəm, amma nə qədər ki sağam, heç yerdə
danışmayacaqsan.
Sonra bir qədər dayanıb əlavə etdi: "Gecə gözümə yuxu
getmirdi, amma sonra bir qədər yata bildim. Yuxuda
həzrət Fatimeyi-Zəhranı (ə) gördüm. Mənə dedi:
"Oxumayacağam" - demə. Biz səni sevirik. Kim "oxu"
desə, sən də oxu!"
Onu ağlamaq tutdu və daha danışa bilmədi.
|