Son günlər
Əli Sadiqi, Əli Müqəddəm
Dekabrın ortalarında İbrahimlə birgə Tehrana qayıtdıq.
Yorğun olsa da, çox sevinirdi.
– Düşmən bölgəsində heç bir şəhid və yaralı qalmadı,
hamısını gətirdik. Bu axşam nə qədər yolda qalmış gözləri
sevindirdik. Hansı şəhidin anası övladının qəbri üstünə
getsə, bizə də savab çatacaq.
Mən dərhal fürsətdən yararlanmağa çalışdım.
– Ağa İbrahim, bəs nə üçün özün dua edirsən ki, cəsədin
tapılmasın?!
Bu sualı gözləmirdi. Bir qədər dayanıb dedi: "Mən
anamı hazırlamışam, demişəm ki, məni gözləməsin. Hətta
itkin şəhid olmağım üçün dua etməsini də istəmişəm".
Yenə istədiyim cavabı vermədi.
Bir neçə həftə Tehranda qaldıq. Uşaqlar hər axşam
İbrahimin yanında idilər; hara gedirdisə, heyət uşaqları və
döyüşçülər də oraya gedirdilər.
***
Yanvar ayı idi. İbrahimin halı çox dəyişmişdi,
avamcasına sözləri və zarafatları azalmışdı.
Əksər uşaqlar onu Şeyx İbrahim çağırırdılar.
Saqqalını qısaltsa da, üzünün nurluluğu əvvəlki kimi
idi. Şəhadət uşaqların hamısının arzusu idi, İbrahim üçün
isə başqa bir aləm idi.
Axşam gəzişəndə soruşdum: "Sənin arzun şəhid
olmaqdır, eləmi?!”
Güldü. Bir neçə saniyədən sonra dedi: "Şəhadət mənim
arzularımın bir zərrəsidir. İstəyirəm ki, məndən heç nə
qalmasın, kəfənsiz ərbabım İmam Hüseyn kimi tikə-tikə
olum. Cənazəmin qayıtmasını da istəmirəm".
189
Bu sözünün səbəbini əvvəllər eşitmişdim. O deyirdi:
"Seyidlər anasının qəbri olmadığı kimi, mən də qəbrimin
olmasını istəmirəm".
Sonra zorxanaya getdik və bütün uşaqları ertəsi gün
nahar yeməyinə dəvət etdi.
Günorta onlara getdik. Yeməkdən öncə camaat namazı
qılındı. İbrahimi irəli göndərdik. Namazda qəribə halı
vardı. Sanki bu dünyada deyildi, bütün vücudu ruhani
aləmdə pərvaz edirdi.
Namazdan sonra gözəl səslə Fərəc duasını oxudu.
Uşaqların biri dedi: "İbrahim çox qəribə olub, indiyə qədər
namazda belə ağladığını görməmişdim".
Heyətin əzadarlıqlarında həzrət Fatimeyi-Zəhraya (ə)
təvəssül edirdi. Məddahlıq zamanı həmişə cəbhələri və
döyüşçüləri xatırlayır, seyidlər anası kimi məzarı və
ünvanı olmayan bütün itkin şəhidləri yada salırdı.
***
Fevralın əvvəlləri idi. Axşam saat 9-da bir nəfər küçədə
qışqırdı: "Hacı Əli, evdəsən?" Pəncərəyə yaxınlaşdım.
İbrahimlə Əli Nəsrullah idi. Sevinib küçəyə çıxdım.
Əvvəl İbrahimi, sonra da Əlini qucaqlayıb öpdüm. Evə
gəldik. Hava çox soyuq idi. Evdə tək idim. Onlara dedim:
"Şam yemisiniz?" İbrahim dedi: "Yox, zəhmət çəkmə".
– Sizə yumurta bişirəcəyəm.
Sonra yüngül bir şam yeməyi hazırladım.
– Bu axşam uşaqlar evdə deyillər, bir işiniz yoxdursa,
burada qalın, soba da qızıb.
İbrahim qəbul etdi. Sonra gülərək dedim: "Dadaş
İbrahim, bu soyuqda kürd şalvarı ilə gəzirsən?!
Üşümürsən?"
O da güldü.
- Yox, axı dördünü üst-üstə geyinmişəm.
190
Şalvarlardan üçünü çıxarıb sobaya yaxınlaşdı. Mən də
Əli ilə danışmağa başladım.
Bilmirəm İbrahim yuxulamışdı, yoxsa yox, amma
birdən yerindən qalxıb üzümə baxdı və dedi: "Hacı Əli,
sən mənim canım, düzünü de, mənim üzümdə şəhadət
əlaməti görürsən?"
Belə bir sual gözləmirdim. Bir qədər üzünə baxıb
sakitcə dedim: "Şəhadət zamanı bəzi uşaqlarda qəribə hal
olur, amma İbrahim can, sən həmişə bu haldasan".
Otağı sükut bürüdü. Ayağa qalxıb Əliyə dedi: "Qalx,
gərək tez yola düşək".
Təəccüblə dedim: "Ağa İbrahim, hara?"
– Gərək tez məscidə gedək.
Sonra şalvarlarını geyindi və Əli ilə getdi.
|