192
Qürub çağı nəzarət postlarından birinə getdik. İbrahim
xüsusi durbinlə əməliyyat bölgəsinə baxdı və kağıza bəzi
qeydlər etdi.
Uşaqların bir qismi posta gəlib deyirdilər: "Ağa, tez ol,
biz də baxmaq istəyirik".
İbrahim hirslənib dedi: "Məgər bura kinoteatrdır?! Biz
sabah üçün plan hazırlayırıq, hərəkət yolunu müəyyən
etməliyik".
Sonra da hirslə oranı tərk etdi.
Mənə dedi: "Ürəyim çox həyəcanlıdır".
Qədr korpusunun komandirlərindən birinin yanına
getdik. İbrahim dedi: "Hacı, bu bölgə başqa cürdür. Yer
yumşaq qumdur, şəxsi heyətin hərəkəti çox çətin olacaq.
Düşmən də bu qədər maneə düzəldib. Səncə, bu əməliyyat
uğurlu olacaq?"
Komandir dedi: "İbrahim can, bu, komandirlərin
əmridir. Biz onu yerinə yetirəcəyik, nəticəsi Allaha
aiddir".
***
Ertəsi gün axşamüstü batalyonların şəxsi heyəti hazır
oldu. Həzrət Rəsul (s) diviziyasından on bir batalyon
özünün son ərzaq payını təhvil aldı. Hamı Fəkkəyə
hazırlaşırdı.
Uzaqdan İbrahimin üzünü görən kimi ürəyim üzüldü.
Üzü çox nurlanmışdı, həmişəkindən ağ idi. Başına ərəb
çəfiyəsi atmış, əyninə yaraşıqlı gödəkcə geyinmişdi.
Bütün
uşaqlara əl verib salamlaşdı. Onu kənara çəkib dedim:
"Dadaş İbrahim, çox nurani olmusan".
Dərin nəfəs alıb həsrətlə dedi: "Doktor Behişti şəhid
olanda çox narahat oldum, amma öz-özümə dedim ki, xoş
halına, şəhadətlə getdi. Onun təbii ölümlə dünyadan
köçməsi heyf olardı. Əsgər Vüsali, Əli Qurbani, Qasim
193
Təşəkküri və dostlarımızdan çoxları da gediblər. İndi
bizim Tehrandan çox Behişti-Zəhrada (ə) dostumuz var".
Bir qədər dayanıb əlavə etdi: "Xürrəmşəhr də azad
edildi. Qorxuram ki, müharibə bitər və şəhadət şansı əldən
çıxar. Hərçənd, təvəkkülümüz Allahadır".
Sonra dərin ah çəkib dedi: "Şəhid olmağı çox sevirəm,
amma ən qəşəng şəhadəti istəyirəm".
Təəccüblə ona baxdım. Sözünün davamını gözləyirdim.
Gözlərindən yaş damlaları axdı.
- Heç kimin əlinin çatmadığı bir yerdə qalasan, səni heç
kim tanımaya, ağa ilə özün olasan. Mövla da gəlib başını
dizinin üstünə qoya. Bu, ən qəşəng şəhadət olar.
- Dadaş İbrahim,
sən Allah, belə danışma.
Sonra söhbəti dəyişməyə çalışdım.
- Gəl komandir heyəti ilə gedək. Beləsi daha yaxşıdır;
harada ehtiyac olsa, kömək edərsən.
- Yox, mən Bəsic üzvləri ilə getmək istəyirəm.
Sonra birlikdə yola düşüb ilk hücuma keçən
batalyonlara yaxınlaşdıq. Onlar son hərbi hazırlıqlarını
görürdülər.
- Dadaş İbrahim, silah-sursatdan sənə nə götürüm?
- Yalnız iki əl qumbarası götür. Silah lazım olsa,
iraqlılardan alarıq.
Hacı Hüseyn Allahkərəm uzaqdan gözlərini İbrahimə
dikmişdi. Ona yaxınlaşdıq. Hacı gözlərini İbrahimin
üzündən çəkmirdi. O, ixtiyarsız olaraq İbrahimi qucaqladı,
bir neçə saniyə o vəziyyətdə qaldı. Sanki bunun son görüş
olduğunu bilirdi.
Sonra da İbrahim qol saatını açıb dedi: "Hüseyn, bu da
sənə yadigar olsun".
Hacı Hüseynin gözü yaşardı.
- Yox, İbrahim can, özündə qalsın, ehtiyacın olar.