Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə70/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   66   67   68   69   70   71   72   73   ...   86
Salam-olsun-İbrahimə-1

Vəlfəcr-hazırlıq 
Əli Nəsrullah 
Kumeyl  batalyonu  cənub  istiqamətindən,  zastava 
tərəfdən 
hücuma 
keçəcəkdi. 
Komandirlərin 
biri 
batalyonun uşaqları ilə danışmağa başladı: 
"Qardaşlar! Bu axşam Vəlfəcr əməliyyatı üçün Fəkkəyə 
yola  düşəcəyik.  Düşmən  sizin  yolunuzda  sərhədlə  paralel 
olaraq üç böyük kanal  qazıb.  Başqa maneələr də var. Siz 
inşallah,  bu  maneə  və  kanallardan  keçəcəksiniz  və 
əməliyyat  baş  tutacaq.  Siz  Tavusiyyə  və  Rüşeydiyyə 
zastavalarının  ətrafında  yerləşəndə  əməliyyatın  birinci 
mərhələsi  bitmiş  olacaq.  Sonra  Seyyidüş-şühəda 
diviziyasının  təzə  nəfəsli  uşaqları  və  digər  döyüşçülər 
sizin  yanınızdan  keçib  əməliyyatı  İraqın  əl-Ümarə 
şəhərinə doğru davam etdirəcəklər". 
Komandir hərəkət tərzi, maneə və  yollar haqda danışıb 
dedi:  "Siz minalanmış  sahələrin  içindəki  ensiz  bir  yoldan 
keçəcəksiniz.  Hamınız  Fəkkənin  cənub  istiqamətinin 
mövqe  yaran  hücumçularısınız  və  inşallah,  nəzərdə 
tutulmuş məqsədlərə çatacaqsınız". 
Onun sözləri bitəndən dərhal sonra İbrahim məddahlığa 
başladı,  amma  həmişəki  kimi  yox,  çox  qəribcəsinə  rövzə 
oxuyur, özü də ağlayırdı. 
O,  həzrət  Zeynəb  rövzəsinə  başladı,  sonra  uşaqlar  sinə 
vurdular. Mən bu gözəl beyti ilk dəfə onda eşitdim: 
Aman Zeynəbin ürəyindən! 
Necə qan oldu Zeynəbin ürəyi! 
Uşaqlar  da  sinə  vururdular.  İbrahim  sonra  həzrət 
Zeynəbin  əsirliyindən  və  Kərbəla  şəhidlərindən  rövzə 
oxudu  və  axırda  dedi:  "Uşaqlar!  Bu  gecə  ya  yarın 


 
 
196 
görüşünə  gedəcəksiniz,  ya  da  seyidlərin  bibisi  kimi  əsir 
düşüb qəhrəmancasına müqavimət göstərməlisiniz”.
1
  
İbrahimin  gözəl  məddahlığından  sonra  uşaqlar  yaş 
üzlərlə  ayağa  qalxıb  şam  namazlarını  qıldılar.  İbrahim 
gələndən bəri kölgə kimi arxasınca gəzirdim, ondan bir an 
da ayrılmırdım. 
İkimiz  ağır  hərəkətli  körpülərin  birini  götürüb  yola 
düşdük. 
Fəkkənin qumları üzərində getmək çox çətin idi. Hər bir 
döyüşçünün  iyirmi  kilodan  artıq  yükü  vardı,  biz  isə  bu 
yükdən  əlavə  ağır  bir  körpünü  də  tabut  kimi  çiynimizə 
qoymuşduq. 
Hamı  bir  sıra  ilə  minalanmış  sahələrin  arasındakı 
yoldan  keçirdi.  Təxminən  12  km.  piyada  yol  gedəndən 
sonra  Fəkkənin  cənubundakı  birinci  kanala  çatdıq. 
Uşaqlarda taqət qalmamışdı. 
Fevralın 6-sı, axşam saat 21:30 idi. Hərəkətli körpüləri 
və  nərdivanları  düzüb  kanaldan  keçdik.  Bölgəni  qəribə 
sükut bürümüşdü. İraqlılar bir güllə də atmırdılar. 
15  dəqiqədən  sonra  ikinci  kanala  çatdıq.  Onu  da 
keçəndən sonra ratsiya ilə komandirə xəbər verildi. 
Bir neçə dəqiqədən sonra üçüncü kanala çatdıq. İbrahim 
hələ  ikinci  kanalın  yanında  idi  və  uşaqlara  kömək  edirdi. 
Kanalların  ətrafı  minalanmış  sahələrlə  və  müxtəlif 
maneələrlə dolu idi.  
Üçüncü  kanala  çatmaq  sərhəd  zastavalarının  yanında 
olmaq  və  əməliyyatın  başlanması  demək  idi.  Lakin 
batalyon  komandiri  uşaqları  saxlayıb  dedi:  "Xəritədə 
göstərilənlərə  görə,  daha  çox  yol  getməli  idik,  amma 
qəribədir ki, həm tez çatdıq, həm də zastavalar yoxdur”. 
                                                 
1
  Qəribədir  ki,  həmin  Kumeyl  batalyonunun  təxminən  bütün  uşaqları 
ya şəhid oldular, ya da əsir düşdülər. 


 
 
197 
Təxminən  bütün  uşaqlar  ikinci  kanaldan  keçdilər. 
Birdən  Fəkkənin  səması  gündüz  kimi  aydın  oldu.  Sonra 
atəş açmağa başladılar. Onlar pulemyotdan tutmuş bomba 
və raketlərə qədər hər şey atırdılar. Hər tərəfdən üstümüzə 
atəş  yağırdı.  Sanki  düşmən  bütün  qüvvəsini  toplayıb  bizi 
gözləyirmiş. 
Uşaqlar  heç  bir  iş  görə  bilmirdilər.  Günəşəbənzər 
istehkam  milləri  və  mina  sahələri  hər  bir  hərəkətin 
qarşısını alırdı. 
Uşaqların kiçik bir qismi üçüncü kanala girdi, çoxu isə 
qumların üzərində qaldı. Hamı oyan-buyana gedirdi. 
Bəzi  uşaqlar  istehkam  millərindən  keçib  düzənlikdə 
mövqe seçmək istəyirdilər, amma minalara düşüb şəhadətə 
qovuşdular. 
Yolun  ətrafı  mina  ilə  dolu  idi.  İbrahim  bunu  bilirdi. 
Buna  görə  də,  üçüncü  kanala  qaçdı  və  qışqırıb  heç  kimi 
ətrafa  səpələnməyə  qoymadı.  Əlimizdən  heç  nə  gəlmirdi. 
İraq  artilleriyası  bizim  hansı  yerdən  keçəcəyimizi  yaxşı 
bilir və oranı vururdu. 
Aləm  bir-birinə  dəymişdi.  Hərə  bir  tərəfə  qaçırdı. 
Vəziyyətin  idarəsi  mümkün  deyildi.  Nisbətən  təhlükəsiz 
yer  kanalların  içi  idi.  O  qaranlıqda  və  qarışıqlıqda 
İbrahimi itirdim. 
Üçüncü  kanala  qədər  getdim,  amma  kimisə  tapmaq 
mümkün  deyildi.  Dostlardan  birini  görüb  İbrahimi 
soruşdum. Dedi: "Bir neçə dəqiqə öncə buradan keçdi". 
Eləcə  oyan-buyana  qaçırdım.  Komandirlərin  birini 
gördüm.  Məni  tanıyıb  dedi:  "Tez  keçidə  get,  yoldakı 
uşaqları  geri  göndər.  Kanalın  içində  nə  yer  var,  nə  də 
təhlükəsizlik. Get və tez qayıt". 


 
 
198 
Komandirin  əmrinə  uyğun  olaraq,  ikinci  kanalın 
ətrafındakı və yoldakı uşaqları geri qaytardım. Hətta çoxlu 
yaralılara da kömək edib geriyə çatdırdıq. 
Bu iş iki-üç saat sürdü. Qayıtmaq istəyəndə diviziyanın 
uşaqları  dedilər:  "Qayıda  bilməzsən".  Təəccüblə 
soruşdum: "Nə üçün?" 
Dedilər:  "Geri  çəkilmə  əmri  verilib,  irəli  getməyin 
faydası  yoxdur.  Digər  uşaqlar  da  səhərə  qədər 
qayıdacaqlar". 
Bir  saatdan  sonra  sübh  namazımı  qıldım.  Hava  yavaş-
yavaş işıqlanırdı. Yorulmuşdum və ümidsiz idim. Qayıdan 
bütün  uşaqlardan  İbrahimi  soruşurdum,  amma  heç  kimin 
xəbəri  yox  idi.  Bir  neçə  dəqiqədən  sonra  Müctəbanı 
gördüm. Üz-başı tozlu və yorğun halda əməliyyat yerindən 
qayıdırdı.  Məyus  səslə  soruşdum:  "Müctəba,  İbrahimi 
görmədin?" 
Mənə  yaxınlaşa-yaxınlaşa  dedi:  "Bir  saat  öncə  birlikdə 
idik". 
Sevindim. 
- Bəs indi haradadır? 
– Bilmirəm. Ona dedim ki, geri çəkilmə əmri verilib, nə 
qədər  ki  hava  qaranlıqdır,  gəl  qayıdaq.  O  isə  dedi  ki, 
uşaqlar  kanaldadırlar,  mən  onların  yanına  gedirəm, 
hamımız birlikdə qayıdarıq. 
Müctəba  əlavə  etdi:  "Mən  İbrahimlə  danışanda  Aşura 
diviziyasının bir batalyonu oraya gəldi. İbrahim tez onların 
komandiri  ilə  danışıb  geri  çəkilmə  əmrini  çatdırdı.  Yolu 
tanıdığıma  görə,  məni  onlarla  geri  göndərdi.  Özü  isə  bir 
RPG minomyotu və bir neçə mərmi götürüb kanala getdi. 
Daha ondan xəbərim olmadı". 
Bir  saatdan  sonra  Meysəm  Lətifini  gördüm,  bir  neçə 
yaralı ilə geri qayıdırdı. Onlara kömək etdim. Meysəmdən 


 
 
199 
vəziyyəti  soruşanda  dedi:  "Biz  bu  yaralı  uşaqlarla  birgə 
kanaldan  irəlidə  təpələrin  arasında  qalmışdıq.  İbrahim 
Hadi bizə yardım etdi". 
Birdən təəccüblə dedim: "Dadaş İbrahim?! Yaxşı, sonra 
nə oldu?" 
–  Çətinliklə  bizi  toplayıb  alatoranlıqda  geri  gətirdi. 
Yolda bir kanala çatdıq. Çox enli kanal idi, içi də palçıqla 
dolu.  İbrahim  iki  xərək  tapıb  körpüyə  bənzər  bir  şey 
düzəltdi, bizi keçirib geri göndərdi, özü isə qayıtdı". 
Səhər  saat  10-da  komandirlər  diviziyanın  Fəkkədəki 
qərargahına  get-gəl  edirdilər.  Deyirdilər  ki,  bir  neçə 
batalyon düşmən mühasirəsində qalıb. 


 
 
200 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin