Xums
Mustafa Səffar Hərəndi
Mərhum atam Hacı ağa Hərəndi İbrahimin çox sevdiyi
din alimlərindən biri idi. O həm də parçasatan idi.
1982-ci il, yayın sonları idi. İbrahimlə birgə hacı ağanın
yanına getdik. O, iki köynəklik parça aldı. Sonrakı həftə
namaz vaxtı da məscidə gəlib hacı ağa ilə görüşdü. Mən
də onlara yaxınlaşdım. İbrahim illik gəlirlərini və
xumsunu hesablayırdı.
Məni gülmək tutdu. O özünə heç nə saxlamırdı, nəyi
vardısa, digərlərinə xərcləyirdi. Fikirləşdim ki, nəyin
xumsunu hesablayır.
Hacı ağa hesablayıb dedi ki, sizin xumsunuz 400
tüməndir. O da xumsunu verdi.
İbrahimin işi mənə İmam Sadiqin (ə) bir hədisini
xatırlatdı: "Allahın haqqını ödəməyən şəxs onun iki qatını
batil yolda sərf edər".
1
Namazdan sonra İbrahimlə birgə hacı ağanın
mağazasına getdik. O, hacıya dedi: "Qabaqkı kimi iki
köynəklik parça istəyirəm".
Hacı təəccüblə baxıb dedi: "Oğlum, sən o gün məndən
parça aldın. Bunlar dövlət parçasıdır, mən bir nəfərə bu
qədər verə bilmərəm”.
İbrahim heç nə demədi, mənsə məsələdən xəbərdar
olduğuma görə dedim: "Hacı ağa, ağa İbrahim öncəki
parçaları başqalarına bağışlayıb. Zorxananın bəzi
uşaqlarının maddi durumu yaxşı deyil, İbrahim köynəyi
onlara verir".
1
"Asar əl-sadiqin", c. 5, s. 466.
181
Hacı sözlərimi təəccüblə dinləyə-dinləyə İbrahimin
üzünə baxıb durdu və dedi: "Bu dəfə parçanı sənin üçün
kəsirəm, kiməsə bağışlamağa haqqın yoxdur. Kim istəsə,
göndər bura".
|