Salam olsun İbrahimə


Yaralanma  Mürtəza Parsaian, Əli Müqəddəm



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə55/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   51   52   53   54   55   56   57   58   ...   86
Salam-olsun-İbrahimə-1

Yaralanma 
Mürtəza Parsaian, Əli Müqəddəm 
Bütün  batalyonlar  öz  istiqamətlərindən  irəlilədilər.  Biz 
qarşımızdakı  mövqelərdən  və  ətraf  səngərlərdən  keçməli 
idik.  Hava  işıqlananda  isə  iş  çox  çətinləşdi.  Rəfaiyyə 
körpüsünün  yaxınlığında  vəziyyət  mürəkkəbləşdi.  Bir 
səngərin içindən pulemyot dayanmadan atəş açır, heç kim 
irəliləyə  bilmirdi.  Nə  qədər  çalışdıqsa,  pulemyotun  beton 
səngərini vura bilmədik. 
İbrahimi  çağırıb  uzaqdan  səngəri  göstərdim.  Diqqətlə 
baxıb  dedi:  "Yeganə  yol  yaxınlaşıb  içəri  qumbara 
atmaqdır". 
Sonra  məndən  iki  əl  qumbarası  alıb  sürünə-sürünə 
düşmən  səngərlərinə  yaxınlaşdı.  Mən  də  onun  arxasınca 
yola düşdüm. 
Səngərlərin birində mövqe seçdim, İbrahim isə irəlilədi. 
O,  pulemyotçuya  yaxın  səngərlərin  birində  münasib  bir 
yer  tapdı.  Bu  zaman  qəribə  bir  hadisə  baş  verdi.  Oradakı 
azyaşlı  bir  Bəsic  üzvü  psixoloji  müvazinətini  itirdi, 
kalaşnikov  avtomatını  İbrahimin  sinəsinə  dirəyib 
dayanmadan  qışqırmağa  başladı:  "Səni  öldürəcəyəm, 
iraqlı!" 
İbrahim oturub əllərini yuxarı qaldırdı. Heç nə demirdi. 
Hamı yerində donub qalmışdı. Həqiqətən, nə edəcəyimizi 
bilmirdik.  Bir  neçə  saniyə  keçdi.  Düşmən  pulemyotunun 
səsi kəsilmirdi. 
Ehtiyatla sürünə-sürünə irəliləyib özümü həmin səngərə 
çatdırdım.  Yalnız  dua  edib  Allahdan  kömək  istəyirdim; 
deyirdim  ki,  dünəndən  bəri  düşmənlə  problemimiz 
olmayıb, bu problemi də Özün həll elə. 


 
 
150 
Birdən  İbrahim  həmin  Bəsic  üzvünün  üzünə  bir  sillə 
vurub  silahını  aldı,  sonra  da  onu  qucaqladı.  Sanki  özünə 
gəlmiş gənc ağlamağa başladı. İbrahim məni çağırıb gənci 
təhvil  verdi  və  dedi:  "İndiyə  qədər  heç  kimin  üzünə 
vurmamışdım, amma burada lazım idi". Sonra pulemyota 
doğru getdi. 
Bir  neçə  saniyədən  sonra  ilk  qumbaranı  atdı,  amma 
nəticəsiz  oldu.  Ayağa  qalxıb  qaça-qaça  ikinci  qumbaranı 
atdı. Bir andan sonra isə pulemyot səngəri dağıldı. Uşaqlar 
"Allahu-Əkbər" qışqırıb hücuma keçdilər. Mən də sevinib 
uşaqlara baxırdım. Birdən dönüb səngərin yanına baxdım. 
Gülümsədiyim  yerdə donub qaldım.  İbrahim qanın içində 
yerə yıxılmışdı. Silahımı atıb ona sarı qaçdım. 
Düz  partlayış  anında  bir  güllə  üzünə,  bir  güllə  də 
ayağının  arxasına  dəymişdi.  O,  çoxlu  qan  itirmişdi  və 
təxminən huşsuz halda idi. Qışqırdım: "İbrahim!" 
Uşaqların  köməyi  ilə  onu  və  digər  bir  neçə  yaralını 
maşına  qoyub  ordunun  Dezfuldakı  tibb  məntəqəsinə 
çatdırdıq. 
İbrahim son mərhələsinə qədər əməliyyatda iştirak etdi, 
düşmənin son səngərlərini alanda yaralandı. 
Yolboyu  ağlayırdım,  narahat  idim  ki,  birdən  İbrahim... 
Yox,  Allah  eləməsin!  İbrahim  əməliyyatın  birinci 
gecəsində  də  yaralanmışdı,  onda  da  bədəni  çox  qan 
itirmişdi.  Bilmirdim  ki,  indi  müqavimət  göstərə  biləcək, 
yoxsa yox. 
Dezfulda  həkim  dedi:  "Üzünə  dəyən  güllə  möcüzəvi 
şəkildə  boynundan  çıxıb  və  bir  yerə  xəsarət  yetirməyib. 
Ayağına dəyən güllə isə arxa sümüyünü parçalayıb. Digər 
tərəfdən,  böyrünün  yarası  da  açılıb  və  qanayır.  Bu 
baxımdan, müalicə üçün Tehrana göndərilməlidir". 


 
 
151 
İbrahim  Tehranın  Nəcmiyyə  xəstəxanasında  bir  ay 
müalicə  olundu.  Onu  bir  neçə  dəfə  cərrahiyyə  əməliyyatı 
edib bədənindən bir neçə qəlpə çıxardılar. 
İbrahim  xəstəxanada  verdiyi  müsahibədə  demişdi: 
"Uşaqlar  bu  əməliyyatdan  ötrü  aylarla  zəhmət  çəkmiş  və 
kəşfiyyat  işləri  görmüşdülər.  Lakin  biz  Allahın  lüftü  ilə 
Fəthülmübində  əməliyyat  keçirmədik,  yalnız  "ya  Zəhra" 
şüarı ilə  yürüş etdik. Orada baş verənlər həzrət  Fatiməyi-
Zəhranın (ə) duasının nəticəsi idi". 
İbrahim həmçinin demişdi: "Səhrada uşaqları o tərəf-bu 
tərəfə aparanda və hamısı yorulanda səcdəyə gedib İmam 
Mehdiyə  (ə)  təvəssül  etdim.  Başımı  qaldıranda  uşaqlar 
artıq istirahətdə idilər, çoxu yatmışdı. Sərin meh də əsirdi. 
Mən mehin əsdiyi istiqamətə getdim, bir qədər irəlidə isə 
artilleriya düşərgəsinin ətrafındakı istehkama çatdım". 
Sonda  jurnalistin  "Xalqa  bir  sözünüz  varmı?"  sualına 
İbrahim belə cavab vermişdi: "Biz bu xalqdan xəcalətliyik. 
Onlar  öz  süfrələrindən  kəsib  döyüşçülərə  göndərirlər.  Bu 
xalqa  borcumu  ödəmək  üçün  gərək  onun  uğrunda  parça-
parça olum". 
Ayağının  sümüyü  sındığına  görə  yeriyə  bilmirdi.  Bir 
müddət xəstəxanada qalandan sonra evə getdi və təxminən 
altı ay cəbhədən uzaq düşdü. O, bu müddətdə məhəllə və 
məscid  uşaqları  arasında  ictimai  və  dini  fəaliyyətlər 
göstərirdi. 


 
 
152 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin