140
– Hansı Məhəmməd?
– Cəbhədən
təzə gəlib, təxminən 20 yaşı var.
Qadın gülümsəyib dedi: "Gəlin bura". Sonra evinə girdi.
Maşını kənara çəkib biz də evə girdik.
Qadın bizə rəngarəng səhər yeməyi hazırladı.
– Siz İslam əsgərlərisiniz, yeyin ki, güclü olasınız.
Sonra əlavə etdi: "Məhəmməd mənim nəvəmdir, bizdə
yaşayır. İndi isə şəhərə gedib, axşama qədər də
qayıtmayacaq".
İbrahim dedi: "Nənə, bağışlayın, sizin bu nəvəniz
elə bir
iş
tutub ki, cəbhədən buraya qədər gəlmişik".
Qadın təəccüblə soruşdu: "Məgər nə edib?"
– Məndən tapança alıb, təhvil verməyib, özü ilə gətirib.
İndi
də mənə deyirlər ki, o silahı tapıb təhvil verməlisən.
Qadın ayağa qalxıb dedi: "Bu oğlanın işlərinə bax!"
– Ana,
zəhmət çəkmə, biz əziyyət verməyəcəyik.
– Buraya gəlin.
İbrahimlə bir otağa girdik. Qadın dedi: "Məhəmmədin
əşyaları bu şkafdadır. Mən gördüm, bir neçə gün öncə bir
şey gətirib buraya qoydu. İndi özünüz qıflını açın".
İbrahim dedi: "Ana, icazəsiz kiminsə əşyalarını
qurdalamaq yaxşı deyil".
– Bacarsaydım, özüm açardım.
Sonra gedib, bir vintaçan gətirdi və mən şkafın kiçik
qıflını açdım.
Qapı açılan kimi əşyaların üstündə ağ parçaya
bükülmüş tapança uzaqdan bilindi. Silahı götürüb çıxdıq.
Sağollaşanda İbrahim soruşdu: "Ana, bizə nə üçün
inandın?"
– İslam əsgəri yalan danışmaz. Məgər siz bu nurani
sima ilə yalan deyərsiniz?!
142
Lakin mənim bütün öyrəndiklərimi sual altına aparan
adamlar var".
Sonra bir misal çəkdi: "Dünya müharibələrinin qanunu
deyir ki, hücum etdiyiniz yerdə yüz nəfər varsa, siz üç yüz
nəfər olmalısınız; silah-sursatınız da onlardan çox
olmalıdır".
Komandir bir qədər dayandı və sonra əlavə etdi: "Bu
ağa Hadi və onun dostları çox qəribə işlər görürlər. Bunlar
bir əməliyyatda yüz nəfərdən az şəxsi heyətlə düşmənə
hücum etmiş, öz saylarından artıq düşmən öldürmüş və
əsir tutmuşlar. O zaman mən onlara hava dəstəyi verirdim.
Yadımdadır, bir dəfə Bazideraza hücuma keçmək
istəyirdilər. Mən onların vəziyyətini görəndə dostuma
dedim ki, mütləq məğlub olacaqlar. Lakin həmin
əməliyyatda düşmən mövqelərini ələ keçirməkdən əlavə,
öz saylarından da artıq düşmən qüvvəsini məhv etdilər".
İclasdakı gənc zabitlərin biri dedi: "Ağa Hadi,
əməliyyatlarınızın hansı formada baş tutduğunu açıqlayın,
biz də öyrənək".
İbrahim başını aşağı salıb oturmuşdu.
– Yox, qardaş, biz bir iş görməmişik. Ağa Məddah çox
təriflədi,
biz bir karə deyilik, hamısı Allahın lütfü olub.
Ağa Məddah dilləndi: "Onun və dostlarının bizə
öyrətdiyi budur ki, şəxsi heyətin və silah-sursatın sayı əsas
deyil, müharibədə birinci sözü deyən döyüşçülərin
ruhiyyəsidir. Bunlar bir təkbirlə düşmənin canına elə
qorxu salırdılar ki, yüz top və tankdan təsirli olurdu".
Sonra əlavə etdi: "Bunların fiziki baxımdan kiçik, amma
qüvvə və cəsarətcə böyük olan bir dostları vardı. Adı
Əsğər Vüsali idi. O, müharibənin ilk günlərində öz
adamları ilə düşmənin qarşısını aldı və şəhadətə qovuşdu.
Mən Bəsic üzvü olan bu ixlaslı uşaqlardan bu Quran