Salam olsun İbrahimə



Yüklə 1,08 Mb.
səhifə61/82
tarix10.01.2022
ölçüsü1,08 Mb.
#109450
1   ...   57   58   59   60   61   62   63   64   ...   82

İxlas

Abbas Hadi


İdmandan söhbət edərkən dedi: "İdmana və yarışa gedəndə həmişə dəstəmazlı olurdum. Güləş yarışından öncə də həmişə iki rəkət namaz qılırdım”.

– Nə namazı?

– İki rəkət müstəhəb namaz qılıb Allahdan istəyirdim ki, yarışda kiminsə qəlbinə dəyməyim.

İbrahim əsla günaha yaxınlaşmazdı. Elə buna görə bütün dostlara örnək idi. Hətta günahdan söz düşəndə tez mövzunu dəyişdirirdi.

Uşaqların kiminsə qeybətini etdiyini görəndə tez-tez deyirdi: "Salavat deyin". Və ya başqa bir yolla mövzunu dəyişdirirdi. O heç vaxt kiminsə pis əməlindən danışmazdı.

İbrahim heç vaxt dar köynək geyinməzdi, həmişə özünü ağır işlərə verərdi. Bunun səbəbini soruşanda deyirdi: "Bu işlər insan nəfsi üçün lazımdır".

Şəhid Cəfər Cəngru deyirdi: "Əzadarlıq bitəndən sonra oturub birlikdə söhbət edirdik. İbrahim isə başqa bir otaqda öz halında idi. Uşaqlar gedəndən sonra İbrahimin yanına keçdim. O hələ mənim gəlişimi duymamışdı, hər neçə saniyədən bir iynəni üzünə və kirpiyinin arxasına vururdu. Birdən təəccüblə dedim: "Nə edirsən, dadaş İbrahim?!"

Orada olduğumu bilib yerindən qalxdı və özünə gəldi. Bir az sonra dedi: "Heç nə, heç nə. Bir şey deyil".

– Sənin canın üçün olmaz, gərək iynəni nə üçün üzünə vurduğunu deyəsən.

Bir az sükut etdi və qəhərli adamlar kimi çox sakitcə danışmağa başladı.

– Naməhrəmi görən gözün cəzası budur.

O vaxt İbrahimin nə dediyini və bu sözün mənasının nə olduğunu anlamadım, amma sonralar böyük insanların tarixini oxuyanda gördüm ki, onlar da günaha düşməmək üçün özlərini tənbeh edərmişlər.

Onun şəxsiyyətinin əsas xüsusiyyətlərindən biri də naməhrəmdən uzaq gəzmək idi. Hətta qohumlardan bir naməhrəm qadınla danışanda əsla başını qaldırmazdı. Dostları deyirdilər ki, İbrahimin naməhrəmə allergiyası var.

Və İmam Baqir (ə) necə gözəl buyurmuşdur: "Naməhrəm qadınla danışmaq şeytanın oxlarındandır".

***

İbrahim ehsan verməyə də çox əhəmiyyətli yanaşırdı, həmişə dostlarını yeməyə dəvət edirdi.



Yaralanıb evdə müalicə aldığı dövrdə hər gün yemək hazırlayır və ziyarətə gələnləri süfrəyə dəvət edirdi. O bu işdən hədsiz həzz alır, dostlarına deyirdi: "Biz vasitəçiyik. Bu, sizin ruzinizdir. Möminlərin ruzisi bərəkətlidir".

Əzadarlıqda və dini məclislərdə də belə idi. Ev sahibinin ehsan verməyə çətinlik çəkdiyini görəndə heç bir söz demədən bütün qonaqlara xörək təşkil edirdi. O deyirdi: "İmam Hüseyn (ə) məclisi hər cəhətdən gözəl olmalıdır".

Cümə axşamları Bəsicin proqramından sonra uşaqlara şam yeməyi hazırlayırdı. Yeməkdən sonra kollektiv şəkildə həzrət Əbdüləzimin ziyarətinə və ya Behişti-Zəhra (ə) məzarlığına gedirdik. Bəsic və heyət uşaqları o dövrü heç vaxt unutmazlar. Hərçənd o gözəl və unudulmaz dövr çox sürmədi.

Bir dəfə İbrahimə dedim: "Dadaş, bu qədər pulu haradan gətirirsən? Məktəbdən ayda 2000 tümən maaş alırsan, amma dəfələrlə artığını digərlərinə xərcləyirsən".

Üzümə baxıb dedi: "Ruzini yetirən Allahdır. Mən bu işlərdə yalnız vasitəçiyəm. Mən Allahdan istəmişəm ki, cibim heç vaxt boş olmasın, Allah da güman etmədiyim yerdən xeyir işlərə şərait yaradır".


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin