Scientific histori


eynil zamanda, Azərbaycanın son orta əsr arxeologiyasının ayrıca bir saho kimif



Yüklə 0,89 Mb.
səhifə2/2
tarix01.01.2022
ölçüsü0,89 Mb.
#105494
1   2
eynil zamanda, Azərbaycanın son orta əsr arxeologiyasının ayrıca bir saho kimif formalaşmasına təkan vermişdir.

Şəmkir rayonunda, Kürün sağ sahilində arxeoloji qazıntılarla öyrənilmijt Muncuqlutəpə yerli əhəmiyyətə malik kiçik şəhərləri səciyyələndirmək ba-i xımından böyük maraq doğurur. Burada Yenikənd HES inşaatı ilə əlaqədari 1985-1986-cı illərdə abidənin Narınqala hissəsində arxeoloji qazıntılar apa-i rılmış, zəngin maddi mədəniyyət qalıqlan üzə çıxarılmışdır (11; 12).

Toplanmış faktiki materiallar tədqiqatçılara yazılı mənbə məlumatmil cəlb etməklə ümumiləşdirmələr aparmağa, şəhərlərin sosial-iqtisadi və mə-l dəni inkişafının müxtəlif istiqamətlərini səciyyələndirən samballı monoqra-1 fık tədqiqat əsərlərinin yazmasına imkan verdi. 1964-cü ildə Sara Aşurbəyli-I nin Bakı şəhərinin orta əsrlər tarixinə həsr olunmuş kitabının nəşr olımmasi Şirvanın orta əsr şəhərlərinin öyrənilməsində mühüm bir hadisə oldu. Btl əsərdə yazılı mənbələrlə yanaşı Içərişəhərdə aparılmış arxeoloji qazmtılantJ materiallarından da geniş istifadə olunmuşdur (13). 1979-cu ildə Qara Əhl mədovun yazılı qaynaqların məlumatı cəlb olunmaqla arxeoloji qazıntılardaal əldə olunmuş faktiki materialların təhlili əsasında yazdığı «Orta əsr Bey-j ləqan şəhəri» adlı monoqrafıyası işıq üzü gördü və bu samballı tədqiqat əsəıi orta əsr Azərbaycan şəhərinin öyrənilməsində arxeologiyanın əhəmiyyətinil əyani nümayiş etdirirdi.

80-ci illərin əvvəlləri Şirvanın orta əsr şəhərlərinə həsr olunmuş bir ne-j çə monoqrafıyanın çap olunması ilə əlamətdar oldu. Şirvanm paytaxt şəhəri Şamaxıda 1979-cu ilədək aparılan arxeoloji qazıntıların nəticələri H.Ə.Cid-dinin 1981-ci ildə nəşr olunmuş monoqrafiyasmda ümumiləşdirilərək yazılı qaynaqları cəlb etməklə təhlil olunur, şəhərin, bütövlükdə isə Şirvanşahlar dövlətinin sosial-iqtisadi, siyasi və mədəni inkişafına dair mühüm nəticələr irəli sürülür (14). Elə həmin ildə l.A.Babayev və Q.M.Əhmədovun Qəbələ şəhərinin tarixi-arxeoloji tədqiqinə həsr etdikləri kitab işıq üzü görür (15)|



Azerbaijan Archeology Vol.: 8 Num.: 1-4

Dərbənddə aparılmış arxeoloji qazmtıların yekunu olaraq A.A.Kudryavtsevin 1982-ci ildə iki monoqrafiyası nəşr olunur. Moskvada çap olunan monoqra-fıyada Dərbəndin qədim dövrdən başlamış ta X əsrə qədərki tarix və mədəniyyətinin məsələləri araşdırılır (16). Maxaçkalada çap olunmuş mo-noqrafıyada isə şəhərin əsasən islam dövrü, monqol işğalına qədərki dövrü öz əksini tapmışdır (17).

A.A.Kudryavtsevin Dərbənd limanı, Dərbəndin ticərət əlaqələri üzrə apardığı tədqiqatlar da uğurlu olmuşdur. O, sualtı arxeoloji tədqiqatlarla bu limanın X əsrdə Xəzər dənizinin ən böyük limanı olduğunu, həmin çağda şəhərin beynəlxalq ticarətdə vasitəçi rol oynadığını sübuta yetirmişdir.

Yuxarıda qeyd olunan bu və digər tədqiqatlar Azərbaycanın orta əsr şə-hərləri haqqmda təsəvvürləri xeyli genişləndirdi. Şəhərlərin topoqrafıyası, plan quruluşuna aydınlıq gətirildi, şəhər tikililərinin xarakteri müəyyənləşdi-rildi, onların kifayət qədər abad olduğu, küçə və meydanların, həyətlərin dö-şəndiyi, mükəmməl su təchizatı sisteminin, sanitariya-gigiyena qurğularmm mövcudluğu təsdiqləndi. Bəlli oldu ki, şəhərlərin iqtisadi əsasını sənətkarlıq və ticarət təşkil etmiş, sənətdaxili ixtisaslaşma kifayət qədər dərinləşmişdir. Şəhərlər ölkənin başlıca mədəni-dini mərkəzləri olmuşlar.

Nəzərdən keçirilən illərdə Azərbaycanın orta əsr qəsr və qalalarınm öyrənilməsində də əməli işlər görülür, Gülüstan qalasmda, Bayıl qəsrində qazıntılar aparıhr, Qəbələ bölgəsinin istehkam tikililəri tədqiqata cəlb olu-nur, Əlincəqalada, Cənubi Azərbaycanm bir sıra qəsr və qalalarında kəşfiy-yat xarakterli ilkin tədqiqat işləri görülür. Geniş arxeoloji qazıntılar Gülüstan qalasında aparılır. Xınıslı arxeoloji ekspedisiyasınm C.Ə.Xəlilovun rəhbər-liyi, H.Ə.Ciddinin fəal iştirakı ilə 1958-ci ildən Gülüstan qalasmda başladığı arxeoloji qazıntılar 1961-ci ilə qədər ardıcıl davam etdirilir. Şirvanşahlar dövlətinin müdafıə sistemində mühüm rol oynamış bu qalanm memarlığı və tarixi ilə bağlı bir çox məsələlərə aydınlıq gətirən xeyli faktiki materiallar əl-də olunur. Qazıntılarm gedişatı və nəticələri haqqında H.Ə.Ciddi məqalələr yazır, qalanın tarixi-arxeoloji tədqiqinə həsr olunmuş dissertasiyanı uğurla müdafıə edir, bir qədər sonra onu monoqrafıya şəklində çap etdirir(18).

Şirvanın maraqlı abidələrindən hesab olunan Bayıl qəsrində 1962- və 1969-cu illərdə Ö.Ş.Ismizadə arxeoloji tədqiqatlar aparır, qazmtıların nəticə-ləri haqqında ittifaq və respublika elmi orqanlarmda məqalələr çap etdirir, onun Qız qalası ilə əlaqəli olduğunu qeyd etməklə Bakı şəhərini dənizdən müdafiə etmək üçün tikildiyini bildirir. Müəllif eyni zamanda bu arxeoloji kompleksin vaxtilə kömrükxana kimi istifadə olunması ehtimalmı da istisna etmir(19;20).

60-70-ci illərdə Qəbələ bölgəsinin istehkam tikililərinin - qüllə, qəsr və qalalarının tədqiqi sahəsində xeyli işlər görülür, arxeoloji tədqiqatların nəticələri F.V.Qədirovun monoqrafiyasında ümumiləşdirilir (21).


Azerbaijan Archeol Vol.: 8 Nurn.: I

Keçən əsrin 80-ci illərində Azərbaycan arxeologiyasının mühüm nai| yətlərindən biri orta əsr məskənlərinin əksəriyyətini təşkil edən kənd t' yaşayış yerlərinin genişsahəli arxeoloji qazıntılarla öyrənilməsinə başla masıdır. 80-ci illərə qədər bu qəbildən olan abidələrdə, Dərəzarat və Qa təpə yaşayış yerləri istisna olmaqla, əsasən kəşfıyyat xarakterli ilkin tədqiqatları apanlmışdır. 1983-1989-cu illərdə Quba-Xaçmaz arxeoloji e pedisiyası Xaçmaz rayonunda, Ağçayın sahilində Sərkərtəpə yaşayış yef vo Quba şəhərinin kənarında Sandıqtəpə yaşayış yerlərində geniş arxeol qazıntılar aparır. llk dəfə olaraq Azərbaycanın orta əsr kəndinin həyat m zərəsini təsəvvür etməyə imkan verən faktiki materiallar üzə çıxarıhr (22).

Azərbaycanın orta əsr abidolərinin öyrənilməsində «Azərbaycanın xeoloji abidələrinin külliyyatı» ekspedisiyasınm fəaliyyəti məhsuldar olm dur. C.Ə.Xəlilovun rəhbərlik etdiyi ekspedisiya 1976-1980-cı illərdə Şim Sərqi Azərbaycanda digər dövrlərlə yanaşı orta əsrlərə aid 30-dan artıq abi - şəhərgah, qala qalıqları, kənd tipli yaşayış yerləri qeydə almış, onla ölçülərini müəyyənləşdirmiş, topoplanını və fotosunu çəkmiş, stratiqra xarakterli yoxlama qazmtı işləri görmüş, abidələrin təsvirini vermiş, xron loji çərçivəsini təyin etmiş, abidələrin xəritosini tərtib etmişdir. Aparılan tə qiqatlar barədə mütəmadi olaraq respublika və ittifaq elmi orqanlarında mə-lumatlar çap olunmuşdur. Bir qədər sonra, 1991-ci ildə isə ekspedisiyanınl tədqiq etdiyi abidələrin külliyyatı nəşr edilmişdir (23).

Q.O.Qoşqarlının rəhbərlik etdiyi etdiyi «Talış-Muğan» arxeoloji eks-j pedisiyası isə 1985-1990-cı illərdə Azərbaycan Respublikasının cənub-şərq! bölgəsində eyni tədqiqat işlərini aparaq müxtəlif dövrlərə, o cümlədən ortJ əsrlərə aid onlarla abidəni qeydə alaraq onlarda ilkin çöl tədqiqatlarıni aparmış, bölgənin arxeoloji xəritəsini tərtib etmişdir.

Cənubi Azərbaycanın orta əsr abidələrinin aşkarlanıb xəritələşdirilmə-sində 1968-1978-ci illərdə Iranda fəaliyyət göstərmiş Alman arxeoloji eks-pedisiyasınm axtarış və tədqiqatları məhsuldar olmuşdur. V.Klaysın Şərqi və Qərbi Azərbaycan əyalətlərində apardığı çöl tədqiqatlarının hesabatları ardı-cıl olaraq çap olunmuşdur (24; 25; 26). Bunu da qeyd edək ki, XX əsrin üçüncü rübündə Cənubi Azərbaycanın Təxti Süleyman abidəsində alman ar-xeoloji ekspedisiyasının apardığı qazıntılar orta əsr şəhərlərinin öyronilməsi nöqteyi-nəzərindən də əhəmiyyətli olmuşdur.

Azərbaycanın orta əsr abidələrinin təbliği nöqteyi-nəzərindən 1985-1986-cı illərdə Azərbaycanın maddi mədəniyyəti seriyası ilə ayrı-ayrı abidə-lərə həsr olunmuş kitabçaların nəşr olunmasını də əhəmiyyətli hadisə kimi qiymətləndirmək olar.

50-80-ci illərdə Azərbaycanın orta əsr arxeologiyasının mühüm uğurla-nndan biri sənətkarlığın müxtəlif sahələrinə dair zəngin faktiki materialların toplanması və ayrı-ayrı sənət sahələrinin tədqiqinə başlanması, bu problem


Azorbaycan Arxeologiyası 2006

üzrə ilk ümumiləşdirici əsərlərin yazılmasıdır. Bu mənada N.V.Minkeviç-Mustafayevanın orta əsr Beyləqan şəhərinin sənətkarlığına həsr oiunmuş çoxsaylı məqalələri əhomiyyətli olmuş, arxeoloji qazmtılarm işığında sənət-kar məhollələrinin səciyyəsi, buradakı emalatxanaların xüsusiyyətləri, ayrı-ayrı sənət sahələrinin durumu və inkişaf dinamikası, sənət istehsalının orta əsr şəhərinin iqtisadiyyatında tutuduğu yer və s. məsələlər araşdırılmışdır. Q.M.Əhmədov Beyləqan materialları əsasında Azərbaycanın orta əsr dulus-çuluq sənətinin bir sahəsini, şirsiz saxsı məmulat istehsalını tədqiqat obyekti seçmiş, bu sahədə mövcud olmuş istehsal prosesini təsvir etmiş, ilk dəfə olaraq IX-XIII əsrlərin saxsı məmulatınm geniş tipoloji təsnifatı vermişdir (27). Qeyd edək ki, saxsı məmulatı arxeoloji qazıntılar zamanı aşkarlanan kütləvi material olduğundan, çeşidli saxsı məmulatmın əhalinin məişətində mühüm yer tutduğundan dulusculuğun ayrı-ayrı məsələlərinin araşdırılması-na daha çox diqqət yetirilmiş, çoxsaylı məqalə və ümumiləşdirici monoqra-fıyalar yazümışdır (28; 29).

Bu illərdə metalişləmə sənəti ilə bağlı ayn-ayn məqalələr və ilk ümu-miləşdirici monoqrafıya işıq üzü görür (30). Metalişləmə sənətində tətbiq olunan istchsal texnologiyasının öyrənilməsində təbiət və dəqiq elmlərin im-kanlarmdan istifadə olunur. Əlvan metallarm spektral analizləri, qara metalın mctalloqrafik analizləri istehsal texnologiyasınm bir çox tərəflərinə aydınlıq gətirdi. Bu sahədo I.R.Səlimxanov vo onun ardıcıllan M.N.Rəhimova, Ə.Hə-sənovanm tədqiqatları əhəmiyyətli olmuşdur.

XX əsrin son qərinəsində şüşə istehsalının öyrənilməsində mühüm irəli-ləyişlər qeydə alınır. Kimyəvi və miqdan spektral analizlərin tətbiqi ilə Bey-ləqan, Qəbələ, Şabran kimi şəhərlərdə istehsal olunan şüşənin tərkibi, onun səciyyəvi xüsusiyyətləri üzə çıxarılır. Ayrıca bir şəhərin, Şabran şəhərinin şüşə istehsah tədqiqat obyekti seçilərək həmin monoqrafik tədqiqat işi elmlər namizədə dissertasiyası kimi müdafrə olunur (31).

50-80-ci illərdə respublika ərazisində aparılmış arxeoloji qazıntılar nəti-cəsində üzə çıxarılan tikili qahqları orta əsr Azorbaycan memarhğınm öyrə-nilmosi üçün mühüm mənbə olmuş, arxeoloji materiallar əsasında yazılmış, qədim və orta osr memarlığına həsr olunmuş tədqiqat əsərləri işıq üzü gör-müşdür. Bu qəbildən olan əsərlər arasında K.M.Məmmədzadənin uzun illər ərzində apardığı tədqiqatları ümumiləşdirən sanbalh monoqrafıyası diqqətə-layiqdir (32).

Orta əsr arxeologiyasının tədqiq etdiyi məsələlər arasında ticarət yolları və ticarət əlaqələrinin öyrənilməsi də özünəməxsus yer tutur. Bu məsələyə ayrı-ayrı məqalələr həsr olunmuş, monoqrafıyalarda ayrıcı paraqraf və ya bənd ayrılmışdrr.

50-80-ci illərdə Azərbaycanın orta əsr abidələrinin arxeoloji qazıntıla-rından xeyli sikkə tapmtıları və dəfınələr əldə edilmiş, onlar Y.A.Paxomov,



A.V.Rəhimov, Ə.M.Rəcəbli, M.Ə.Seyfəddini, L.Əzimova tərəfındən ö) nilmiş, sikkə zərbi və pul dövriyyəsi üzrə aparılan tədqiqatlar intensivləşr bu istiqamətdə çoxsaylı məqalələr, bir neçə monoqrafiya nəşr olunmuşdıı Müəyyən edilmişdir ki, IX-XIII əsrin əvvəllərində Azərbaycanda yerli şe hərlərdə və Xilafətin başqa şəhərlərində zərb olunmuş Abbasi pulları, baycan feodal hökmdarlarının - Sacilərin, Şəddadilərin, Şirvanşahların, El-dənizlərin, Dərbənd məliklərinin pulları dövriyyədə olmuşdur. Böyük Səl-cuq sultanlarının, Kiçik Asiya səlcuq hökmdarlarının, Bizans imperatorla-rınm, gürcü çarlarınm zərb etdirdikləri və digər pullara da rast gəlinir. XIII-XVII əsrlərdə Azərbaycanda Hülakilərin, Cəlairilərin, Teymurilərin, Qara-qoyunlu və Ağqoyunlu hökmdarlarının dirhəm və təngələri, XVI-XVII əsr lərdə isə Səfəvilərin zərb etdikləri şahı, əşrəfi, məhəmmədi, Abbasiləri I dövriyyədə hakim olmuşdur.

Orta əsrlərə aid epiqrafık əsasən ictimai və dini binalarda, məzar daş-1 larmda, mədəni-məişət əşyaları üzərində rast gəlinir. Arxeoloji qazmtılır 1 aparılan şəhər xarabalıqlanmn əksəriyyətində epiqrafık abidələr üzə çıxarıl-1 mışdır. Azərbaycanın arxeoloji epiqrafikası M.S.Nemətova, A.M.Rəhimov, S.Kərimzadə, L.T.Gözəlyan tərəfindən tədqiq edilmişdir.

Yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə nəticəyə gəlmək olar ki, XX əsrin 50-80-ci illərində Azərbaycanm orta əsr şəhər və qalalarının, kənd tipli yaşayış yerlərinin arxeoloji öyrənilməsində kəmiyyət və keyfıyyət dəyişiklikləri baş vermis, Azərbaycanın orta əsrlər arxeologiyası ayrıca bir istiqamət kimi formalaşmışdır.


ƏDƏBlYYAT:

  1. Джафарзаде И.М. Археологические раскопки городища Оренгала в 1951 г. // Труды Института истории и философии АН Азерб.ССР. t.IV. Баку, 1954.

  2. Материалы и исследования по археологии СССР. №67. Москва, 1959.

  3. Иессен А.А. Работы Азербайджанской экспедиции в 1953 году. // КСИИМК, 1957, вып.69.

  4. Иессен А.А. Азербайджанская экспедиция в 1956 году. // КСИИМК, 1959, вып. 73.

  5. Иессен А.А. Работы Азербайджанской экспедиции в 1957 г. // КСИИМК, 1960, вып. 78.

  6. Материалы и исследования по археологии СССР. №133. Москва, 1965.

  7. Əhmədov Q.M. Orta əsr Beyləqan şəhəri. Bakı, 1979.

  8. Османов Ф.Л., Ибрагимов Ф.А., Гусейнова СБ., Алыджанов М.С. Средневековое городище «Шехергях» на территории Кюрдамирского района. // Известия АН Азерб. ССР, сер. ИФП, 1984, №2.

  9. Агаев Г.Д. Некоторые данные о средневековом городище «Дибрар». // Материалы научной сессии по итогам научно-исследовательских работ. Баку, 1974.

Azəı 200

10.


п.

12.
13. 14. 15.

16. 17.
18


Azərbaycan Arxeologiyası 133 Azerbaijan Archeology


2006 Vol.: 8 Num.: 1-4

  1. Azərbaycanın maddi mədəniyyəti. V cild. Bakı, 1964.

  2. Алиев А.А. Исследование городища Мунджуглутепе. // АО 1985 г. Москва, 1987.

  3. Алиев А.А., Асадов В.А., Аббасова Ф. Работы Еникендской экспедиции. // АО 1988 г. Москва, 1988.

  4. Ашурбейли СБ. Очерки истории средневекового Баку. Баку, 1964.

  5. Джидди Г.А. Средневековый город Шемаха IX-XVII вв. Баку, 1981.

  6. Babayev 1.А., Əhmədov Q.M. Qəbələ. Bakı, 1981.

  7. Кудрявцев А.А. Древний Дербент. Москва, 1982.

  8. Кудрявцев А.А. Великий город на Каспии. Дербенд в эпоху феодализма. Махачкала, 1982.

  9. Ciddi Н.Э. Gülüstan qalası. Bakı, 1967.

  10. Исмизаде О.Ш. Крепостные сооружение в Бакинской бухте. // Советская археология, 1966, №1.

I 20. Исмизаде О.Ш. Археологические раскопки 1969 года в Баил-гесри (Баиловский замок). // Известия АН Азерб. ССР, 1971№ 2.

  1. Qədirov F.V. Azərbaycanın şimal müdafiə istehkamları. Bakı, 1984.

  2. Достиев T.M. Средневековые археологические памятники Северо-Восточного Азербайджана (IX - середина XIII века). Баку, 1999.

  3. Халилов Дж.А., Кошкарлы К.О., Аразова Р.Б. Археологические памятники Северо-Восточного Азербайджана. Баку, 1991.

  4. Kleiss W. Bericht uber Erkundungsfahrten in Nordwest Iran. // AMI, Bd. 2. Berlin, 1969.

  5. Kleiss W. Bericht uber Erkundungsfahrten in Iran im Jahre 1970. // AMI, Bd. 4. Berlin, 1971.

  6. Kleiss W. Bericht uber Erkundungsfahrten in Iran im Jahre 1971. // AMI, Bd. 4. Berlin, 1972.

  7. Əhmədov Q.M. Azərbaycanın şirsiz saxsı məmulatı. Bakı, 1959.

  8. Исмизаде О.Ш., Ибрагимов Ф.А. Художественная штампованная керамика средневекового Баку. Баку, 1983.

  9. Наджафова Н.Н. Художественная керамика Азербайджана XII-XV вв. Баку, 1964.




  1. Ibrafıimov A.Ə. Azərbaycanın orta əsr şəhərlərində metalişləmə sənəti. Bakı, 1988.

  2. Гаджиев Г.А. Стеклянные изделия Шабрана (XI-XIII вв.). Автореф. дисс. канд. ист. наук. Кемерово, 1990.

  3. Мамедзаде К.М. Строительное исскуство Азербайджана. Баку, 1983.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin