Tədbir 1: Ehtimalları və riskləri, çağırışları və imkanları müəyyən etmək üçün mövcud vəziyyətin təhlili Peşə standartları Peşə standartı - işçinin yerinə yetirməli olduğu vəzifə və fəaliyyətlərin, həmçinin tələb olunan bilik, bacarıq və işə yanaşmaların təsviridir. Peşə standartı işçinin işdəki rolunu təyin etməyə, işəgötürən tərəfindən işçinin fəaliyyətini qiymətləndirməyə, eləcə də, təkmilləşmə və peşə yüksəlişi üçün vasitə və üsulları təsbit edir. Peşə standartları ISCO 88/08-ə və Məşğulluq Təsnifatına uyğun olaraq təsnifatlaşdırılır.
2010-2013-cü illər ərzində Dünya Bankı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə tikinti (33), turizm (33), emal sənayesi (41), energetika (3), kənd təsərrüfatı (13), nəqliyyat (17), ticarət, biznesin idarəedilməsi və fərdi xidmətlərin göstərilməsi (60) sahələri üzrə aparıcı müəssisələrin iştirakı ilə 200 peşə standartı GOPA Consulatants və SEFT Consulting tərəfindən hazırlanıb. Ümumilikdə, Azərbaycanda əmək bazarının tələblərinə uyğun olaraq 5000 peşə üzrə standartın hazırlanmasına ehtiyac vardır.
Peşə standartları əmək bazarının tələblərinin öyrənilməsi, bu tələblərə uyğun gənclərin peşə yönümünün və kadr hazırlığının təşkili (kurikulumların hazırlanması), işəgötürmə prosesinin səmərəli şəkildə qurulması və işçilərin fəaliyyətinə çevik nəzarətin həyata keçirilməsi üçün baza rolunu oynayır.