13. Nəcəfli, G.C. İrəvan xanlığı: İrəvan qalası- qəhrəmanlıq qalası.-Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016.-47 s.
Kitabçada 4 yüz ildən artıq tarixə malik olan, dəfələrlə yadelli yürüşlərinə sinə gərmiş, XIX əsrin I yarısında Azərbaycan xalqının çar Rusiyası işğalçılarına qarşı apardığı şanlı mübarizə mərkəzlərindən birinin - İrəvan qalasının qəhrəmancasına müdafiəsindən bəhs olunur.
14. Nəcəfli, G.C. İrəvan xanlığı: İrəvan xanlığının mahalları.- Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2017.-39 s.
Kitabçada oxuculara Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz parçası olan İrəvan bölğəsinin, o cümlədən Çuxursəd bəyləribəyliyinin və İrəvan xanlığının inzibati bölgüsü təqdim edilmişdir. İnzibati bölgüdə adı çəkilən yer-yurd adlarının mütləq əksəriyyətinin Azərbaycan türkcəsində olması həmin ərazilərin köklü sakinlərinin azərbaycanlılardan ibarət olması faktını bir daha təsdiqləyir.
15.Nəcəfli, G.C. İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan qalaları.-Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2017.-41 s.
Kitabça İrəvan bölgəsində mövcud olan və erməni vandalları tərəfindən amansizcasına məhv edilən Azərbaycan qalalarının tarixinə, o cümlədən məşhur İrəvan və Sərdarabad qalalarının XIX əsrin birinci rübündə baş vermiş Rusiya-İran müharibəsi zamanı yadelli işğalçılara qarşı apardığı şanlı mübarizə tarixinə həsr olunmuşdur.
16. Nuriyeva, İ.T. Azərbaycan tarixi (Ən qədim zamanlardan-XXI əsrin əvvəllərinədək):Ali məktəblər üçün dərslik.-Bakı: Mütərcim, 2015.-336 s.
Dərslikdə ən qədim zamanlardan-XXI əsrin əvvəllərinədək Azərbaycan torpaqlarında cərəyan edən tarixi və siyasi proseslər tədris planında mühazirə və məşğələ üçün müəyyən olunmuş mövzular üzrə ardıcıl olaraq şərh edilmişdir.