Dastandan parça: “Basat qapıların birindәn çıxdı. Tәpәgöz әlini künbəzə soxdu. Elә vurdu ki, künbəz alt-üst oldu. Tәpәgöz dedi: “Oğlan, qurtuldunmu?” Basat dedi: “Tanrım qurtardı”. Tәpәgöz dedi: “Sәnə ölüm yoxmuş! O mağaranı görürsәnmi?” Basat dedi: “Görürəm!”. Dedi: “Orada iki qılınc var: biri qınlı, biri qınsız. Mәnim başımı o qınsız qılınc kәsәr. Get, götür, mәnim başımı kәs!” Basat mağara qapısına getdi. Gördü bir qınsız qılınc durmadan enir-qalxır. Basat fikirləşdi: “Bununla eһtiyatlı olmalıyam!” Öz qılıncını çıxardı, qarşısına tutdu. Qılıncı iki para oldu. Getdi, bir ağac gәtirdi, qılıncın qabağına tutdu. Onu da iki para eylәdi. Sonra yayını әlinә aldı. Oxla o qılınc asılan zәnciri vurdu. Gәlib dedi: “Ay Tәpәgöz, necәsәn?” Tәpәgöz dedi: “Ay oğlan, yenә ölmәdinmi?” Basat dedi: “Tanrım qurtardı”. Tәpәgöz dedi: “Sәnә ölüm yoxmuş!”
Basat yerindәn durub gәldi. Tәpәgözü nәr dәvə kimi dizi üstünә çökdürdü. Tәpәgözün öz qılıncı ilә boynunu vurdu. Qalın Oğuz ellərinә xəbәr çatdı. At ağızlı Aruz qocanın evinә çapar gәldi. Ona Basatın sevinc xəbәrini verdi: “Muştuluq! Oğlun Tәpәgözü öldürdü!” Qalın Oğuz bәylәri yetişdilәr. Salaxana qayasına gəldilәr. Tәpәgözün başını ortaya gətirdilәr.
“Bəkil oğlu İmranın boyu”
Boyun əsas ideyası Oğuz igidlərinin qarşılıqlı münasibətindən, onların qonşularla əlaqəsindən, doğma yurdun sərhədlərini qorumaqdan ibarətdir. Boydakı hadisələr real tarixi hadisələri yada salır. Həqiqətən də Oğuz eli Gürcüstanla həmsərhəd idi. Hər il Gürcüstanın doqquz vilayətindən Qazan xana xərac gələrdi. Sərhəd həyatının çətinliyi diqqət mərkəzində durur, çünki hər il qonşulardan basqın gözlənilirdi. Boyda atası Bəkili əvəz edən İmranın qəhrəmanlığı, yadlarla vuruşu təsvir edilir. Burada ilk dəfə olaraq feodalizmdə Oğuz elində hökm sürməyə başlayan feodal münasibətləri də göstərilir. Dastandan aydın görünür ki, Oğuz bəyləri azad və sərbəst idilər, xan ancaq ayrı-ayrı bəylərə istiqamət verərdi.
Dostları ilə paylaş: |