43
nəzdində isə, 9 nəfərdən ibarət yaradılan ekspert qrupları tərəfindən
araşdırılır.
Şikayəti araşdıran ekspert qrupunun üzvü şikayət şəxsən təqdim
edildikdə, şikayəti qəbul etməli və onun qeydiyyatını aparmalı,
şikayət edən şəxsə həmin şikayətə dair qəbz verilməlidir.
4
Ekspert qrupu üzvü şikayəti araşdırarkən şikayət üzrə əlavə məlumat
almaq üçün seçki komissiyası vasitəsilə müvafiq dövlət orqanlarına
müraciət edə, zəruri hallarda əlavə dəlillər əldə edə (video yazılar,
yazılı materiallar və s.) bilər.
Ekspert qrupu həmçinin, şikayət
qanunla müəyyən edilmiş
qaydaların pozulması ilə daxil olduqda, şikayətin onu təqdim edən
şəxsə geri göndərilməsinə dair rəy verir.
Ekspert qrupu şikayətdə göstərilən qanun pozuntularında
Cinayət
Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu
qənaətinə gəldikdə, həmin əməllər
barədə müvafiq prokurorluq
orqanına məlumat verilməsinə dair əsaslandırılmış qərar qəbul
edilməsi üçün dairə seçki komissiyasına rəy verməlidir (məlumata
şikayətin surəti əlavə edilməlidir);
Müvafiq ekspert qrupunun üzvü şikayəti verən vətəndaşı qane edə
biləcək
tədbirlər görmürsə, qrupun üzvünün hərəkətindən
(hərəkətsizliyindən) şikayət verilə bilər.
Şikayətin araşdırılması prosesində əlavə araşdırma tələb olunarsa,
müvafiq seçki komissiyası bu barədə qərar qəbul edə bilər.
Dostları ilə paylaş: