Məqsəd: Mövcud maliyyə mənbələrindən maksimum faydalanmaqla bələdiyyənin gəlirlərini artırmaq və maliyyə potensialını gücləndirmək.
Strateji istiqamətlər
Məqsəd: Mövcud maliyyə mənbələrindən maksimum faydalanmaqla bələdiyyənin gəlirlərini artırmaq və maliyyə potensialını gücləndirmək.
Strateji istiqamətlər Hal-hazırda Mingəçevir Bələdiyyəsi inkişaf etməkdə olan şəhər ərazisini əhatə etsə də bələdiyyənin maliyyə-iqtisadi göstəriciləri aşağıdır. Bələdiyyə ərazisində çoxsaylı problemlər mövcuddur və bələdiyyənin mövcud səlahiyyətləri və maliyyə potensialı bu problemləri həll etmək iqtidarında deyildir. Lakin biz mövcud imkanlarımızı səfərbər edərək və gələcəyi düşünərək icmamızı narahat edən prioritet problemləri əsas götürməklə öz strategiyamızı müəyyənləşdirmişik. Biz çoxtərəfli təhlil və ekspertlərlə məsləhətləşmələr nəticəsində 4 əsas istiqamət müəyyənləşdirmişik. İnanırıq ki, icmamızla birgə səyimiz strateji hədəflərimizə nail olmağa imkan verəcək. Əsas strateji sahələr bunlardır:
Vergi daxilolmalarının artırılması
Ödənişlər üzrə daxilolmaların artırılması
Dövlət büdcəsindən daxil olan maliyyə yardımlarının artırılması
Donor təşkilatlarından daxil olan qrant vəsaitlərinin həcminin artırılması
Biz hər bir strateji istiqamət üzrə məqsədlərimizi, ona uyğun vəzifələrimizi müəyyənləşdirməklə fəaliyyətlərimizi həmin vəzifələrin yerinə yetirilməsi üçün daha səmərəli qurmaq niyyətindəyik.