Gələrsən-görərsən” qalası Kişlilər ona Qız, gah da Qızlar qalası deyirlər. Qız alınmalıq və məğlubedilməzlik anlamını ifadə edir. Bu qala barəsində məlumat verən yeganə mənbələr Kərim ağa Fatehin “Şəki xanlarının müxtəsər tarixi” və Hacı Seyid Əbdülhəmid Əfəndinin “Şəki xanları və onların nəsilləri” əsərində bəhs olunmuşdur. Həmin mənbələrdə bu qala “Qız(lar)” adı ilə deyil, “Gələrsən-görərsən” adı ilə xatırlanır. Hadisələri diqqətlə izlədikdə “Gələrsən-görərsən” adının Qız(lar) qalasına sonradan, daha doğrusu, 1743-cü il hadisələri ilə əlaqədar olaraq verildiyi anlaşılır. Şah Təhmasibin 1551-ci ilindəki məlum hücumundan qorunmaq üçün Şəkililərin həm Kişin özündə yerləşən Kiş qalasında, həm də Qız(lar) qalasında müdafiə olunduqlarını hər iki mənbə açıq və aydın şəkildə təsdiq etməkdədir.
Qız(lar) qalası Kiş kəndinin şimal-şərqində Böyük çayın qollarından biri olan Damarçın çayına bitişik, yüksək bir təpə üzərində qurulmuşdur. Arxadan, öndən və çay tərəfdən ona hücum etmək mümkün deyildir. Qız(lar) qalaı ilə Kiş kəndi arasındakı ərazi Qala düzü adlanır. Kiş kəndinin şimal-şərq qurtaracağı ilə Qala düzünü ayıran Doğrunca çayı elə orada da Böyük çaya qovuşur.
Mənbələr göstərir ki, Şəki Xanı Dərviş Məhəmməd xan 1551-ci ildə Qız(lar) qalasında müdafiə olunmuş və Kiş qalasının alındığını görüncə qaçmağa cəhd etmiş və şahın adamları tərəfindən qətlə yetirilmişdir. Onun kəsilmiş başını Şah Təhmasibin ayaqları altına atmışlar. Yenə həmin mənbələr 1743-cü ildə Nadir şahın hücumu ilə əlaqədar Qız(lar) qalasının adını kəçir. Dərviş Məhəmməd xanın qətlindən sonra Şəki xanlığı ləğv edilmişdi və artıq 192 il idi ki, Şəki şahın təyin etdiyi məliklər tərəfindən idarə olunurdu. 1743-cü ildə Hacı Çələbi xan oradakı mələyi və onun adamlarını qətlə yetirib Şəkini müstəqil xanlığa çevirdi. Yenidən Şəki şah ordusu ilə üzləşməli oldu. Nadir şahın qoşunları Qız(lar) qalasını fəsilələrlə mühasirədə saxlayır. Mühasirədə yaşamaq şəkili kişilər üçün çətin olsa da nəticə etibarı ilə Xorasanda şah öldürüblər və Hacı Çələbi Şəkini müstəqil xanlığa çevirə bilibdir.
Gələrsən-görərsən adı da bu hadisələrlə bağlıdır. Belə rəvayət edirlər ki, üzbəüz duran qoşunlar uzaqdan-uzağa qışqıra-qışqıra danışa bilirlərmiş. Bir dəfə Nadir şah özü danışığa girir və soruşur: “O necə qaladır ki, onu almaq olmur?” ona cavab verirlər: “Gələrsən-görərsən”. Elə o vaxtdan etibarən qala iki adla