magistrol.blogspot.com
1
I FƏSİL
İNFORMATİKA VƏ ONUN ƏSAS ANLAYIŞLARI
Bu fəsildə İnformatika elmi və bu elmin öyrəndiyi informasiya anlayışı ilə tanış olacağıq. Fəsil tam olaraq TQDK qəbul proqramı əsasında hazırlanmışdır. Proqramdan kənar 1 cümlə belə yoxdur. Ona görə də oxuyarkən diqqətlə oxuyun və heç nəyi gözdən qaçırmayın. Əgər belə etsəz bu bölmədən qəbul düşəcək bütün sualları cavablayacağınıza arxayın olun. Sizə UĞURLAR...
İnformatika_elmi,_onun_predmeti_və_əsas_tərkib'>İnformatika elmi, onun predmeti və əsas tərkib hissələri
İnformatika sözü iki sözün birləşməsindən əmələ gəlmişdir: İnformasiya və Avtomatika.
İnformatika termini ilk dəfə fransızlar tərəfindən avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq məqsədi ilə istifadə olunub. İngilis dilli ölkələrdə İnformatika termini əvəzində Computer Science (Kompyuter Elmi) termini işlədilir. İnformatika İnformasiya və onun proseslərini öyrənir. İnformasiya və prosesləri haqda bir qədər sonra daha ətraflı danışacağıq. İndi isə çox mühüm anlayışlardan olan İnformatikanın tərkib hissələrini şərh edək.
İnformatikanın 3 əsas tərkib hissəsi var:
Hardware (aparat, cihaz təminatı)-informatikada qurğularla bağlı nə varsa hamsı bu bölməyə daxildir. Qurğuların öyrənilməsi, qarşılıqlı əlaqəsi və s. (qurğu dedikdə: monitor, prosessor, siçan, printer və s. başa düşülür)
Brainware (alqoritm təminatı)-alqoritm müəyyən əmrlər ardıcıllığıdır. Kompyuterdə hər hansı məsələ həll olunduqda müəyyən ardıcıllığa riayət olunmalıdır ki, həmin ardıcıllıqlar da alqoritmdir. Biz gündəlik həyatımızda da alqoritmlərdən istifadə edirik. Məsələn bu gün axşamdan səhərki günümüzü planlaşdırırıq. Cızdığımız bu plan özü də bir alqoritmdir.
3. Software (proqram təminatı)-kompyuterdə olan bütün proqramların toplusu bu bölməyə aiddir. Həmçinin proqramların öyrənilməsi və yeni proqramların hazırlanması da bu bölmənin əsas məsələlərindəndir.
Kitabda şərh edəcəyimiz mövzuların çoxsu bu 3 tərkib hissənin üzərində qurulur. Növbəti II fəsil Harware tərkib hissəsinə, ondan sonrakı III fəsil Brainware tərkib hissəsinə, sonrakı IV-XI fəsillər isə Software tərkib hissəsinə həsr olunub. Nəhayət sonuncu iki fəsildə şəbəkələr və İnternet qlobal şəbəkəsi şərh olunub.
Dostları ilə paylaş: |