AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
NAXCİVAN MUƏLLİMLƏR İNSTİTUTU
TƏBİƏT VƏ İNCƏSƏNƏT
ALİ RİYAZİYYAT VƏ İNFORMATİKA KAFEDRASI
1 KURS BİOLOGİYA MUƏLLİMLİYİ İXTİSASI
FƏNNİN ADI: FİZİKA
MƏRUZƏCİ: fizika uzrə fəlsəfə doktoru AYGUN SUİTANOVA
MOVZU: 1.MEXANİKA FƏNNİ .MEXANİKİ HƏRƏKƏT
PLAN: 1. Mexaniki hərəkət
2 Kinematika
3. Vektorlar haqqında.
Ədəbiyyat siyahısı
N. Qocayev - Mexanika Bakı 1978
N. Qocayev - Optika Bakı 1983
Kalasnikov - Elektrik bəhsi Bakı 2001
Friş və Timoryeva – Fizika kursu
E.Şposki – Atom fizikası Bakı 1961
6.A.Əmiraslanov Umumi fizika praktikumu
Mexanika fənni. Mexaniki hərəkət
Mexanika- hərəkətlər və qüvvələr haqqında elmdir. Mexanika-maddi nöqtə,
cisim və cisimlər sisteminin hərəkət qanunlarını və hərəkəti dəyişdirən səbəbləri,
həmçinin, cisim və cisimlər sisteminin tarazlıq şərtlərini öyrənməklə məşğuldur.
Bu baxımdan mexanika 3 bölməyə ayırmaq olar: 1.Kinematika, 2. Dinamika, 3. Statika
Kinematika bəhsində mexaniki hərəkətin qanuna uyğunluqları öyrənilir.
Dinamika hərəkəti onu dəyişdirən səbəblə əlaqədar olaraq öyrənir. Onun əsasını Nyutonun 3 qanunu təşkil edir.
Statika isə cisim və cisimlər sisteminin tarazlıq şərtlərini öyrənməklə məşğuldur.
Fəzada zaman keçdikcə bir cismin digər cisimlərə nəzərən hərəkətini dəyişməsinə mexaniki hərəkət deyilir.
Mexaniki hərəkət dedikdə bir cismin digər cismə və ya cisimlər sisteminə nəzərən, həmçinin, eyni cismin ayrı-ayrı hissələrinin zaman keçdikcə bir-birinə
nəzərən fəzada yerdəyişməsi başa düşülür. Mexaniki hərəkət nisbidir. Mütləq sükunət olmadığı kimi mütləq hərəkət də yoxdur. Mexanikanın əsas vəzifəsi
cismin fəzada zamanın istənilən anında vəziyyətini təyin etməkdən ibarətdir.
Cismin vəziyyəti verilmiş koordinant sistemində koordinantlarla təyin olunur. Cismin vəziyyətini təyin edərkən hesablama cismi seçilir. Verilmiş cismin
vəziyyətini hansı cismə nəzərən təyin edilərsə, buna hesablama cismi deyilir.
Cismin hərəkətinin xarakterindən asılı olaraq onun vəziyyətini təyin etmək üçün müxtəlif koordinant sistemindən istifadə olunur. Hesablama sisteminə bağlı olan
koordinant sistemi və vaxtı ölçən cihaz saat birlikdə hesablama sistemi adlanır.
Əgər cisim bir düz xətt üzrə hərəkət edisə, onun vəziyyətini təyin etmək üçün bir
oxdan ibarət olan koordinant sistemindən ibarət olunur. Burada cismin vəziyyəti
bir koordinantla işarə olunur. Sıfır hesablama başlanğıcı adlanir. Hesablama
başlanğıcından verilmiş nöqtəyə qədər olan məsafəyə koordinant deyilir. Əgər
cisim müstəvi üzrə hərəkət edirsə, koordinant sistemi bir-birinə perpendikulyar olan iki oxdan ibarət olur. Bu zaman cismin vəziyyəti iki koordinantla təyin
olunur. Əgər cisim fəzada hərəkət edirsə, onun vəziyyəti üç koordinantla təyin olunur. Buna fəza koordinant sistemi deyilir.
Dostları ilə paylaş: |