Nyutonun birinci qanunu Birinci qanun təbiətin ən ümumi qanunu olub, ikinci qanunun xüsusi halıdır. Cismə başqa bir cisim təsir etmirsə, yəni F=0 isə o zaman onun sürəti qiymət və istiqamətcə dəyişmir, yəni təcil sıfıra bərabər olur. Məsələn: stol üzərində olan kitaba bir tərəfdən cəzbetmə qüvvəsi, digər tərəfdən isə dayağın kitaba göstərdiyi təziq qüvvəsi təsir edir. Kitaba olan hər iki təsir bir-birini tarazlaşdırdığına görə o sükunətdə qalır.
Tərif: Cismə başqa cisimlər təsir etmirsə, o cisim sükunətdədirsə, öz sükunət
halını yaxud bərabərsürətli düzxəttli hərəkətdədirsə, öz hərəkət halını saxlayır.
Bu Nyutonun birinci qanunudur. Bu qanun ətalət qanunu da adlanir və
hesablama sistemi üçün ödənilmir. Müəyyən edilmişdir ki, hərəkəyin xarakteri hesablama sisteminin seçilməsindən asılıdır. Bütün bu hərəkətlər nisbidir. Tədqiq olunan bir cisim eyni bir zaman ərzində bir hesablama sisteminə görə
sükunətdə, başqa bir hesablama sisteminə görə düzxəttli bərabərsürətli hərəkətdə, digər bir hesablama sisteminə görə isə təcilli hərəkətdə olur. Ona
də ətalət qanunu ixtiyari hesablama sistemi üçün ödənilməyə bilər.Birinci qanunun ödənildiyi hesablama sistemi ətalət( inersial sistem) adlanır. Cismin
onun kütləsi ilə xarakterizə olunur.