Ədəbiyyat siyahısı
N. Qocayev - Mexanika Bakı 1978
N. Qocayev - Optika Bakı 1983
Kalasnikov - Elektrik bəhsi Bakı 2001
Friş və Timoryeva – Fizika kursu
E.Şposki – Atom fizikası Bakı 1961
6.A.Əmiraslanov Umumi fizika praktikumu
1.İş. və vahidləri
Təbiətdə hərəkətdə olan bir cisim hər hansı müqavimətlə rastlaşır , bu müqaviməti yox etmək üçün cismə müəyyən bir qüvvə tətbiq olunmalıdır. Məsələn , bir cisim başqa bir cismin səthi üzərində hərəkət etdikdə , meydana çıxan sürtünmə qüvvəsini yox etmək üçün cismə qüvvə tətbiq olunmalıdır. Cismi yuxarı qaldırdıqda ağırlıq qüvvəsinə üstün gəlmək üçün cismə qüvvə təsir etməlidir. Bu zaman deyirlər ki , cismə tətbiq olunan qüvvə iş görür. Qüvvənin təsiri ilə cisim yerinə dəyişmiş olarsa , onda bu qüvvənin təsiri iş deyilən xüsusi fiziki kəmiyyətlə xarakterizə olunur.
Deməli , mexaniki iş cisimlər arasında qarşılıqlı təsir zamanı baş verir. Cismə qüvvə təsir etdikdə o , sükunətdə qalırsa , deməli iş görülmür. İş görmək üçün hökmək qüvvənin təsiri ilə cisim yerdəyişmə əldə etməlidir. Məsələn , elektrovoz , hərəkət edən vaqon, qaldırıcı kran , hərəkət edən su iş görür.
Yerdəyişmə ilə əlaqədar olaraq görülən iş mexaniki iş adlanır. Əgər təsir edən qüvvənin istiqaməti gedilən yol istiqamətində olarsa , onda görülən iş , qüvvə ilə gedilən yolun hasili ilə ölçülür.
( 1)
Təbiətdə elə hal olur ki , cimsin hərəkət istiqaməti təsir edən qüvvə istiqamətində olmur. Tutaq ki , cismə təsir edən qüvvəsi yerdəyişmənin istiqaməti ilə bucağı təşkil edir ( şəkil 1). Bu zaman qüvvəsinin yolunda gördüyü işi hesablamaq üçün təsir qüvvəsini yolun
F2 F
F1 S
Şəkil1
istiqamətində və yolun istiqamətinə perpendikulyar toplananlarına ayıraq. qüvvəsi yol istiqamətində cismə yerdəyişmə verə bilməz , yerdə-yişmə ancaq qüvvəsi tərəfindən yarana bilər. qüvvəsinin gördüyü iş :
( 2)
Şəkildən görünür ki , . Bu niyməti ( 2) – də yerinə yazaq :
. ( 3)
Bu düstur daha ümumi olub ( 1) ifadəsi bu ifadədən bir xüsusi hal kimi alınar . ( 3) ifadəsindən görünür ki , işi mənfi də ola bilər . - bucağı iti və qüvvəsi hərəkət istiqamətində olduqda , qüvvə cismin hərəkət sürətini artırır.Bu zaman görülən iş müsbət olur. Məsələn cisim sərbəst düşdükdə , onda ağırlıq qüvvəsi cismin hərəkət sürətini artırır və qüvvənin gördüyü iş müsbət olur. - bucağı kor bucaq və qüvvəsi hərəkətin əksinə yönəlmiş olarsa , onda qüvvə hərəkətin sürətini azaldır və görülən iş mənfi olur. Məsələn , yuxarı atılmış cismin hərəkətində ağırlıq qüvvəsinin istiqaməti hərəkətin əksinə yönəlib. Ağırlıq qüvvəsinin gördüyü iş ilə təyin olunur. Burada - ağırlıq qüvvəsi , isə cismin Yerin səthindən olan hündürlüyüdür.
Cismə eyni zamanda bir neçə qüvvə təsir etdikdə görülən ümumi iş ayrı – ayrı qüvvələrin gördüyü işlərin cəbri cəminə bərabərdir.
SQS vahidlər sistemində sm olduğundan iş vahidi olar. Hərəkət istiqamətində təsir edən bir dina qüvvənin bir santimetr yolda gördüyü iş SQS sistemində iş vahidi qəbul edilir və erq adlanır.
Beynəlxalq vahidlər sistemində ( ingilis alimi Coulun şərəfinə olaraq bu ad verilmişdir ) . Hərəkət istiqamətində bir Nyuton qüvvənin 1 metr yolda gördüyü iş bir couldur.
2.Güc və vahidləri
. Ayrı – ayrı dəzgahların , maşanların işgörmə qabiliyyətini xarakterizə etmək üçün görülən işin miqdarından əlavə həmin işin yerinə yetirilən müddətini də bilmək lazımdır.
Müxtəlif qurğuların gördüyü işləri müqayisə etmək üçün vahid zamanda görülən iş götürülür. Vahid zamanda görülən işlə ölçülən kəmiyyətə güc deyilir :
Təsir edən qüvvə sabit və bununla əlaqədar olaraq hərəkət sürəti sabit olarsa , onda güc belə təyin edilir :
( 4)
Dəyişən hərəkətdə güc tez – tez dəyişir , ona görə də hər bir anda ani güc seçmək tələb olunur. Bu ani gücü həmin ani sürətə görə ( 4) ifadəsindən hesablamaq olar. Yolun hər hansı bir hissəsində orta gücü hesablamaq tələb olunursa , yenə həmin ( 4) ifadəsində orta sürtəi götürüb hesablamaq olar.
Şəraitdən asılı olaraq maşının mühərriki müxtəlif güc hasil edir. Ona görə də maşın üçün mühərrikin düzgün seçilməsi mühüm texniki məsələlərdən biridir. Hər bir maşın üçün maşının gücünə uyğun mühərrik seçmək lazımdır.
SQS sistemində güc vahidi götürülür , yəni 1 saniyədə 1 erq iş görə bilən qurğunun gucu SQS sistemində güc vahidi qəbul olunur.
Beynəlxalq sistemdə yəni 1 saniyədə bir coql iş görə bilən qurğunun gucu bir vatt qəbul olunur.
3.Enerji.
Mexaniki iş müxtəlif proseslər ( məsələn , istilik , elektrik və s.) hesabına görülə bilər. Bununla əlaqədar olaraq fizikada enerji deyilən kəmiyyətdən istifadə olunur ki , bu da cisim bir vəziyyətdən başqa vəziyyətə keçdikdə onun işgörmə qabiliyyətini xarakterizə edir. Cisim və ya cisimlər sisteminin iş görmə qabiliyyətinə enerji deyilir .
Mexaniki enerji iki şəkildə olur – kinetik enerji və potensial enerji. Mexaniki hərəkətdə olan cismin , yaxüd zərrəciyin enerjisi kinetik enerjidir.
Enerji termini ilk dəfə 1807- ci ildə ingilik fiziki Tomas Yunq tərəfindən daxil edilmişdir. Həmin vaxta qədər kinetik enerji « canlı qüvvə » adlanırdı. Əgər cismə təsir edən qüvvə təcil yaradırsa , onda bu qüvvənin gördüyü işi kütlə və son sürət vasitəsi ilə göstərmək olar. Həqiqətən Nyutonun ikinci qanununa əsasən , başlanğıc sürtəi olmayan bərabəryeyinləşən hərəkətin sürət düsturundan
Görülən iş . Həmin bu iş onu kinetik enerjisinə çevrildiyindən
Kinetik enerji ədədi qiymətcə kütlə ilə sürətin kvadratı hasilinin yarısına bərabərdir.
Potensial enerji bir – birilə qarşılıqlı təsirdə olan cisimlərin malik olduqları enerjidir. Potensial enerji - cismin bir vəziyyətdən başqa vəziyyətə keçdikdə görə biləcəyi işlə ölçülən kəmiyyətdir. Potensial enerji ehtiyat enerjisi ( gizli enerji ) olub , ancaq cisim öz vəziyyətini dəyişdikdə aşkar olur. Cismin iki müxtəlif vəziyyətləri müqayisə olunduğu zaman potensial enerji fiziki məna daşıyır. Divar saatının zəncirindən asılmış daşı yuxarı qaldıranda o , potensial enerjiyə malik olur. Sonra bu enerji əqrəb və çarxları hərəkətə gətirməklə iş görür. Orta məktəb kürsündan məlumdur ki , yer səthindən hündürlükdə olan cismin potensial enerjisi , çəkisi ilə hündürlüyü hasilinə bərabərdir.
Hər hansı qüvvə sahəsində cismi hərəkət etdirmək üçün sahənin təsir qüvvəsinə qarşı iş görmək lazımdır. Görülən bu iş cismin potensial enerjisinin artmasına sərf olunur. Əksinə cisim sahənin təsir qüvvəsi sayəsində yerini dəyişib iş görərsə , onda onun potensial enerjisi azalar.
MOVZU:6 MAYELƏRİN QƏRARLAŞMIŞ AXINI
Dostları ilə paylaş: |