BİRFAZALI TRANSFORMATORUN IŞ PRINSIPI.
Ferromaqnit nüvəli birfazalı trasformator 1876-cı ildə rus alimi P.İ.Yabloçkov tərəfindən ixtira edilmişdir. Transformatorun iş prinsipi elektromaqnit induksiya qanununun təsirindən ibarət olan qarşılıqlı induksiya hadisəsinə əsaslanır.
Ən sadə transformator – birfazalı iki dolaqlı Transformatorun iş prinsipinə baxaq.
Transformator qapalı maqnit keçiricidən və onun çubuqlarında yerləşdirilmiş iki ədəd dolaqdan ibarətdir. Dolaqlar izolyasiyalı mis məftillərdən hər iki çubuqda konsentrik şəkildə yığılır.Maqnit itkilərini azaltmaq üçün maqnit keçirici elektrotexniki polad vərəqələrdən hazırlanır(qalınlığı 0,35 -05mm).Transformatorun birinci tərəf dolağı U1 dəyişən gərginlikli qidalanma mənbəyinə qoşulanda bu dolaqdan I1 cərəyanı axır. Həmin cərəyan maqnit keçiricidə dəyişən maqnit seli əmələ gətirir. Maqnit seli ikinci dolağın sarğılarına nüfuz edərək onları kəsir və bu dolaqda e2 e.h.q-si induksiyalayır. Elektromaqnit induksiya qanununa görə transformatorun dolaqlarında yaranan e.h.q-ləri
– dolaqların sarğılar sayıdır.
Dostları ilə paylaş: |