AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSTETİNİN nəzdində
BAKI QİDA SƏNAYESİ KOLLECİ
Sərbəst iş
Tələbə :Həsənova Xədicə
Kurs : İT-019
Mövzu: Əməyin və onun ödənilməsinin uçotu
Fənn : Mühasibat uçotu və kalkuliyasiya
Müəllim : Bağırova Anaxanım
Əməyin və onun ödənilməsinin uçotu
İstehsal prosesinin ən mühüm elementlərindən biri əməkdir. Hazırki şəraitdə müəssisələr nəinki ancaq maddi ehtiyatları, həm də əmək kollektivinin sayını müəyyən edirlər. Konkret vəzifələrə uyğun olaraq müəssisənin rəhbərliyi müvafiq qaydada müqavilələr rəsmiyyətə salınmaqla əmək kollektivini formalaşdırırlar. Ayrıca götürülmüş təşkilatda əmək fəaliyyəti daxili normativ sənədlər qəbul edilməsi yolu ilə tənzimlənir. Onlara fərdi əmək müqavilələri, kollektiv müqavilə, mülki hüquqi müqavilələr, lokal normativ aktlar və s. aiddir. Bazar münasibətlərinə keçid işçilərin əməyinin ödənilməsi və onların sosial müdafiəsi sahəsində də bir sıra dəyişikliyi səbəb olmuşdur.
Dövlətin bu sahədəki bir sıra funksiyaları müəssisələrə verilmişdir. Onlar əməyin ödənilməsinin forma, sistem və həcmini sərbəst sürətdə müəyyən edilər. Əmək zəhmətkeşlərin maddi və mənəvi tələbatının ödənilməsinin əsas mənbəyi hesab edilir.
Dostları ilə paylaş: |