Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-iqtisadi Kollec
Sərbəst mövzu
Müəllim: Fərhadova İmarət Fənn: Menecment Mövzu: Maliyyə menecmenti Tələbə: Məmmədli Zemfira Kurs: III Qrup: 574 İxtisas: Mühasibat uçotu BAKI 2021/2022
Plan
1.Maliyyə menecmentinin mahiyyəti və məzmunu. 2.Maliyyə menecmentinin əsas vəzifələri.
1.Maliyyə menecmentinin mahiyyəti və məzmunu Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrində XX əsrin 60-cı illərində xüsusi kapitalın idarə edilməsi metodlarının ümumiləşdirilməsini və inkişafını nəzərdə tutan maliyyənin neoklassik nəzəriyyəsinin surətlə inkişafı müstəqil sistemləşdirilmiş elmi-praktiki istiqamət kimi maliyyə menecmentinin təşəkkülünə gətirib çıxarmışdır. Sonrakı illərdə orta və iri şirkətlərin maliyyə resurslarının idarəetmə sistemi kimi maliyyə menecmentinin inkişafına xüsusi önəm verildi və bu zaman yeni peşə-maliyyə meneceri peşəsi yarandı. Maliyyəmeneceri – mühasib və maliyyəçi funksiyalarını özündə birləşdirən, maliyyə alətləri ilə işləməyi, mühasibat (maliyyə) hesabatlarını təhlil etməyi, aktivlərin, kapitalın və öhdəliklərin idarə olunmasını bacaran mütəxəssisdir.
Maliyyə menecmenti – müəssisənin strateji və taktiki məqsədlərinə nail olmaq üçün rasional mənbələrdən maliyyə resurslarının cəlb edilməsi və onlardan daha səmərəli istifadə olunması yolu ilə pul axınlarını effektiv idarə edən elmdir. Maliyyə menecmenti müəssisələrin maliyyə fəaliyyətinin , yəni onların kapital və gəlirlərinin formalaşması və istifadəsi ilə əlaqədar pul münasibətlərinin idarəetmə məharətidir. İdarəetmə məharəti biznesin daxili və xarici mühitinin diaqnostikasının köməyilə səmərəli maliyyə strategiyası və taktikasının işlənib hazırlanmasında təzahür edir. Biznesin daxili mühitinin diaqnostikası müəssisənin aktivlərinin xüsusi və borc kapitalının səmərəli idarə olunması üzrə kompleks tədbirlərin işlənib hazırlanmasını nəzərdə tutur.
Maliyyə menecmentinin predmetinikapitalın hərəkətini əks etdirən pul axınları təşkil edir. Maliyyə menecmenti maliyyə, idarəetmə, uçot və təhlil sahəsindəki nəzəri işləmələri və onun çərçivəsində hazırlanmış yanaşmaların praktiki tərəflərini müvəffəqiyyətlə əlaqələndirən iqtisad elminin ən perspektiv istiqamətlərindən biridir.