Sərbəst mövzu Müəllim: Fərhadova İmarət


Maliyyə menecmentinin əsas vəzifələri



Yüklə 17,62 Kb.
səhifə2/3
tarix10.10.2022
ölçüsü17,62 Kb.
#118214
1   2   3
Menecment- Zemfira

2.Maliyyə menecmentinin əsas vəzifələri. 
Maliyyə menecmenti maliyyə nəzəriyyəsi ilə mühasibat uçotu arasında əlaqələndirici həlqədir. Başqa sözlə, maliyyə menecmentinə gedən yolun başlanğıcı mühasibat uçotundan keçir. Maliyyə menecmentinin mühasibat uçotu ilə sıx qarşılıqlı əlaqəsi aşağıdakı səbəblərlə izah olunur: 
• bəzi təsərrüfat subyektlərində, xüsusilə kiçik müəssisələrdə maliyyə meneceri və mühasib vəzifəsi birləşdirilir;
• maliyyə xarakterli qərarlar mühasibat uçotunun informasiyaları əsasında qəbul edilir; 
• maliyyə menecmenti müəssisənin maliyyə fəaliyyətinin yaxşılaşdırılması və müəyyən maliyyə nəticələrinin əldə edilməsi məqsədilə həyata keçirilən prosesdir; 
• maliyyə xarakterli bir çox vacib qərarların əsaslandırılması uçot obyektinin fəaliyyətinin bu və ya digər aspektlərinin başa düşülməsinin adekvat səviyyəsindən bilavasitə asılıdır; 
• maliyyə menecmentinin strukturlaşma məntiqi və onun əsas bölmələrinin məzmunu ən yaxşı halda mühasibat balansına əsaslanır. 
ntinin məzmununa qarşılıqlı əlaqəli aşağıdakı məsələlər aid edilir: 
• ümumi maliyyə təhlili və planlaşdırma; 
• pul vəsaitlərinin cari idarə edilməsi; 
• istehsalın rentabellik səviyyəsinin yüksəldilməsini təmin edən maliyyə fəaliyyətinin idarə edilməsi; 
• investisiya fəaliyyətinin idarə edilməsi; 
• maliyyə resursları mənbələrinin idarə edilməsi. 
Maliyyə menecmentinin strateji məqsədi müəssisənin bazar dəyərini maksimum artırmaqdan ibarətdir. Maliyyə menecmentinin vəzifələrinə daxildir: 
maliyyə hesabatının təhlili; 
pul vəsaitinin proqnozlaşdırılması; 
səhm buraxılışı;
kredit və borcların alınması; 
investisiyalarla əməliyyatlar; 
firmaların birləşmə və sərfetmə əməliyyatlarıının qiymətləndirilməsi Maliyyə menecmentinin digər məqsədlərinə aiddir:` 
• 1.Müəssisənin rəqabət mübarizəsi şəraitinə tab gətirə bilməsi
• 2. müflisləşmə və böyük maliyyə uğursuzluğundan qaçmaq 
• 3. rəqiblərlə mübarizədə liderlik 
• 4. müəssisənin iqtisadi potensialının artım tempinin dayanaqlılığı
• 5. Istehsal və satışın artim tempi 
• 6.xərclərin minimumlaşdırılması
• 7.Rentabellik fəaliyyətinin təmin edilməsi 

Maliyyə menecmenti elm kimi müasir maliyyə nəzəriyyəsi və maliyyə bazarlarındakı meyllərin mahiyyətini, maliyyə xarakterli qərarların qəbul edilməsi məntiqini, kəmiyyət təhlilinin bu və ya digər metodlarının tətbiqinin əsaslandırılmasını başa düşmək üçün xidmətedici metodoloji əsas çərçivəsində hazırlanmış fundamental konsepsiyalara əsaslanır. Konsepsiya hər hansı təzahürlərin şərhi üçün əsas ideyaları ifadə edən, onların başa düşülməsinin, traktovkasının müəyyən üsuludur. 


Maliyyə menecmentinin kateqoriya sisteminə amil, model, stavka, faiz, diskont, maliyyə aləti, pul axını, risk, gəlir və s. aiddir.
Baza konsepsiyası maliyyə menecmentinin məntiqini və praktikada onun tətbiqi metodları və üsullarının istifadəsini müəyyənləşdirir. 
Maliyyə prosesləri. Maliyyənin idarə edilməsi iki eyni proseslərin səfərbəretmə, yəni vəsaitlərin cəlb edilməsi və onların axınlar və investisiyalaşdırma, yəni vəsaitlərin qoyuluşu və onların axınları münasibətində qəbul edilən qərarların sonsuz əvəz edilməsi şəklində reallaşdırılır. 
Elmi-praktiki instrumentariya (apparat) – təsərrüfat subyektlərinin maliyyə fəaliyyətinin idarə edilməsinin ümumi elmi və konkret elmi üsullarının məcmusudur. Bazar iqtisadiyyatında maliyyə mexanizmlərinin əsas növləri maliyyə bazarları, institutları və alətləri hesab edilir.
Təminedici sistemlər. Maliyyə menecmentinin konseptual əsaslarının bu elementi onun praktiki reallaşdırılması imkanlarını müəyyənləşdirir.
Maliyyə menecmentinin fundamental konsepsiyalarına pul axınları konsepsiyasını; pul resurslarının müvəqqəti dəyərini; risk və gəlir arasında kompromisi; əməliyyat və maliyyə risklərini; kapitalın dəyərini; kapital bazarının effektivliyini; informasiyanın asimmetrikliyini (uyğunsuzluğu); agentlərin münasibətini; alternativ xərcləri; təsərrüfat subyektinin fəaliyyətinin müvəqqəti qeyri-məhdudluğunu; təsərrüfat subyektinin əmlak və hüquqi ayrılmasını aid etmək olar. 

Yüklə 17,62 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin