Sevilməyi düşünmə, sevməyi öyrən


Üşüyürəm, məni bağrına bas, Lənət olsun o mavi gözlərinə! Sən ölümlə yaşamın dönüş nöqtəsisən: Qucağın əmniyyətdir,  gözün - terrorist!”(22)



Yüklə 0,59 Mb.
səhifə23/58
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#32437
1   ...   19   20   21   22   23   24   25   26   ...   58
Üşüyürəm, məni bağrına bas,
Lənət olsun o mavi gözlərinə!
Sən ölümlə yaşamın dönüş nöqtəsisən:
Qucağın əmniyyətdir, 
gözün - terrorist!”(22)

Əsərlərini yeni formada-sərbəst, yəni azad-modern şeir şəklində yazan Ərgininin poetik düşüncələrinə də müasirliyin-çağdaşlığın sirayət etdiyi apaydın yansıyır... Eynilə “Suçsuz” şeirində olduğu kimi:



Ağ vicdanları qarala,

Arı ürəkləri ləkələ,

Sağlam düşüncələri zədələ.

Səndə suç yox.

İnsanlar malik olmadıqlarına

düşmən olarlar...

Fikrin ifadəsi konkret və birbaşa... Mətləb məlum, məqsəd aydın... Yeni şeirin qısa, lakonik şəkli, fikrin bədiiliyin ecazkar tülünə bürünməyən sadə sözlərlə lakonik ifadəsi... Ənənəvi məzmunun yeni şeir formasında təqdimi: Oxucu ani olaraq, yəni, heç bir çətinlik çəkmədən müdrik bir atalar sözünü xatırlayır: “Pişiyin ağzı ətə çatmayanda deyər ki, iy verir.”

Poeziyanın əsas obyekti insandır, onun fikri, düşüncəsi, hiss və duyğuları, bir sözlə, əhatə olunduğu mühit və daxili dünyasıdır... Güney yazarlarının da şeirlərinin mayasında şair və onun daxili dünyası durur. Qeyd etdiyimiz kimi, onların əsərlərində aparıcı xətt-Güney Azərbaycan xalqının keşməkeşli taleyi, bu taleyin üzərindən qara yellər əsdirən şər qüvvələrə qarşı etiraz, qədərə üsyan və mövcud vəziyyətdən-xalqını və ana dilini köləlikdən qurtuluşa doğru aparan yeganə yola - mənəvi birliyə çağırışdır... Ərgin üzləşdikləri real duruma öz etiraz və üsyan duyğularını “Ulus var” şeirində orijinal müqayisələrə bükür. Lakin bu bükülmənin şərti olduğu ilk baxışdanca duyulur və ixtiyarsız olaraq şüurlarda hələlik susmuş, əslində isə hər an aktivləşə biləcək vulkan təsəvvürü yaradır:


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin