SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə34/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   30   31   32   33   34   35   36   37   ...   200
Dinlərlə tanışlıq

SUAL VƏ TAPŞIRIQLAR 
1. Veda ayini Hindistana ilk dəfə kim tərəfindən yayılmışdır? 
2. Ən mühüm Veda allahlarının adlarını sadalayın. 
3. Hansı Veda allahları başqa allahlardan daha üstün sayılır? 
Aqni-hutra mərasimini izah edin. 
“Maya”nı izah edin. 
Müəllimin istiqamətləndirməsi ilə, əqaid dərsinin tovhid və şirk məsələləri ilə və 
bu dərsdə öyrəndiyiniz bəhslərə diqqət yetirməklə vedalıların müşrik olub-
olmamasını araşdırın.


54 
SƏKKİZİNCİ DƏRS 
VEDA AYİNİ (2) 
MÜQƏDDƏS KİTABLAR - VEDA 
Veda dinində “Veda” adlanan dörd müqəddəs kitab vardır. Hind-ariya xalqlarının 
ən qədim sənədləri olan, ariyalıların Hindistana köçməsi, orada yaşamaları, tarixi 
keçmişləri, mədəniyyətləri, yaşayış tərzləri, ticarət və məşğuliyyətləri, əxlaq, ədəb, 
ictimai və fərdi həyat tərzlərinin şərh edildiyi bu kitablar onların dini və e'tiqad 
qayda-qanunları sayılır. 
Vedalıların tarixi ən azı miladdan 1200 il əvvələ gedib çıxır. Bu kitablar əvvəllər 
kahinlər vasitəsilə ustad-şagird üslubunda və şifahi surətdə sonrakı nəsillərə 
ötürülürdü. Qədim hindlilərin inancına görə, veda nəğmələri onları hərf, söz və kitab 
çərçivəsinə salmaqdan daha müqəddəsdirlər. Belə ki, o kitab halına salınarsa öz zati 
bərəkət və fəzilətlərinin yarısını itirəcəkdir. Amma vedalar nəhayət, miladdan əvvəl 
altıncı əsrdə yazı halına salındı. 
“Veda” sözü bilmək mə'nasını verir, bu söz xüsusi ali elm və mə'rifət mə'nasında 
işlədilir. Vedaya “Apaverşiya”, yə'ni “fövqəl-insan” da demişlər. Hindusların 
əqidəsinə görə bu nəğmələr heç bir məxluq, şair təfəkkürünün məhsulu deyil və onlar 
yalnız qeyri-adi bir varlıqdan, vəhydən qaynaqlanır. Buna görə də vedaları “nazil 
olma” mə'nasında işlənən, ilahi feyzdən qaynaqlanaraq qədim hind şəxsiyyətlərinin 
qəlbinə süzülən və onların varlıqlarının ayrılmaz bir hissəsinə çevrilən “Səruti” 
mətnlərinin bir hissəsi hesab edirlər. Buna görə də hinduslar veda məcmuəsinin heç 
bir şəxs tərəfindən qələmə alınmadığına inanırlar. Tarixi sənədlər də bu müqəddəs 
kitabların kimlər tərəfindən yazıldığına aydınlıq gətirmir. Dörd veda kitabı 
aşağıdakılardan ibarətdir: 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin