ШәР’и суаллара ҹаваб


Təqlidin müxtəlif məsələləri



Yüklə 1,08 Mb.
səhifə11/249
tarix04.01.2022
ölçüsü1,08 Mb.
#54587
1   ...   7   8   9   10   11   12   13   14   ...   249

Təqlidin müxtəlif məsələləri


Sual 36: Bir müctəhidin fətvasına uyğun olaraq əməl etdiyim məsələlər sonrakı müctəhidin fətvası ilə müxalif olarsa, qayıtmaq lazımdırmı? Bir müctehidin fətvasına yuğun edilən əməllər, sonrakı müctəhidin fətvası ilə müxalif olarsa, əməlləri yenidən yerinə yetirmək lazımdırmı?

Cavab: Qayıtmaq lazım deyil.

Sual 37: Əcir tutulan şəxs əcir tutanın kimin müqəllidi olmasını soruşmalıdırmı?

Cavab: Xeyr, öz vəzifəsinə uyğun əməl etməlidir.

Sual 38: Bir şəxs mə’lumatlı mö’mindən bir məsələ soruşsa, cavab verən onun cavabını öz təqlid etdiyi müctəhidin fətvasına uyğun şəkildə verə bilərmi?

Cavab: Əgər özünün və sual edənin təqlid etdiyi müctəhidin bir olduğunu, həmçinin təqlid etdiyi öz müctəhidinin ə’ləm olması sabit olarsa, edə bilər. Amma ehtimal versə ki, sual verənin təqlidi səhihdir və özünün təqlid etdiyi müctəhidin ə’ləm olması sübuta yetməyib, gərək onun müctəhidinin fətvasını desin.

Sual 39: Həddi-büluğun ilkin vaxtlarında təqlid məsələsinə diqqət etməyən bir şəxs bir sıra əməllər yerinə yetirmişdir. Həmin şəxs hal-hazırda sizə təqlid edir. Onun vaxtilə yerinə yetirdiyi əməllərin hökmü necədir?

Cavab: Əgər onun əməlləri təqlidi lazım olan müctəhidin fətvası ilə uyğun olarsa, səhihdir.

Sual 40: Bir müctəhidə təqlid edən şəxs, onun ölümündən sonra diri müctəhidin icazəsi ilə onun təqlidində qalmışdır. Öz dini vergilərini (xüms, zəkat kimi ) gərək kimə ödəsin?

Cavab: Müraciət etdiyi diri müctəhidə ödəməlidir.

Sual 41: Atasının oruc və namazının qəzasını yerinə yetirən, təqlid etdiyi müctəhidin fətvasına əməl etməlidir, yoxsa atasının təqlid etdiyi müctəhidin fətvasına?

Cavab: Özünün təqlid etdiyi müctəhidin fətvasına əməl etsin.

Sual 42: Namaz, oruc, həcc kimi ibadətlərin yerinə yetirilməsində naib tutulan şəxs özünün, yoxsa naib tutanın təqlid etdiyi müctəhidin fətvasına əməl etməlidir?

Cavab: Əgər razılaşmada qeyd olunmayıbsa ki, naib tutanın mərcəyi-təqlidinin fətvasına əməl edilsin, gərək öz müctəhidinin fətvasına uyğun əməl etsin. İmkan olan surətdə bir cür əməl etməlidir ki, onların hər ikisinin fətvasına uyğun olsun.

Sual 43: Bir şəxs ibadətlərindən birini qürbət qəsdi ilə yerinə yetirmişdir. Amma təqlid etdiyi müctəhidin fətvasına uyğun olaraq batildir. Bu müctəhidin vəfatından sonra ə’ləm müctəhidə müraciət etmişdir. Qeyd olunan əməllər ikinci müctəhidin fətvasına uyğun olaraq səhih olsa, onları yenidən yerinə yetirmək lazımdırmı?

Cavab: Suala əsasən yenidən yerinə yetirmək lazım deyil.

Sual 44: Bir yerdə bir ruhani alimin camiuş-şərait müctəhiddən təqlid etmədiyinə yəqinimiz vardır. Ona camaat namazı, kəbin və dini vergilər kimi işlərdə müraciət etmək olarmı?

Cavab: Əgər onun əməlləri camaatın təqlid etdiyi müctəhidin fətvası ilə müvafiq olsa səhihdir və dini vergiləri camaatın təqlid etdiyi müctəhidin yanına göndərib onlar üçün qəbz alırsa, maneəsi yoxdur.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin