Sual 462. Sahiblərinin gücünə bir məscidin tikilməsi iddia olunur, onun yeri də çox soyuqdur, Sentyabr ayından sonra orada namaz qılmaq olmur, onu qızdırmaq da mümkün deyil. Bu məsciddən iki yüz metr aralı başqa bir münasib məscid vardır. Məscidi söküb onun yerini əkin yeri edib, gələn gəliri yeni məscidə sərf etmək olarmı?
Cavab:Məscidi heç bir adla və heç bir şərait altında sökmək düzgün deyil və daha yaxşıdır imkan olan surətdə namaz o məsciddə qılınsın.
Sual 463. Heç bir ehtiyac və zərurət olmadan yaşıl meydan yaratmaq üçün məscidi sökmək isətyirlər. Qeyd olunan halda məscidin qalması mümkündürsə, bu iş caizdirmi?
Cavab: Verilən suala əsasən məscidi sökməyə heç bir zərurət yoxdur, məqsəd meydan düzəltməkdir, şər’i göstərişlərə əsasən məscidi sökmək caiz deyil.
Sual 464. Bir kəndin içməli suyu yoxdur. Su qazma idarəsi bir yerdə dərin bir quyu qazmışdır. Sonradan mə’lum olub ki, o yerdə məscid olub və zəlzələ nəticəsində dağılıb, aradan gedib. İndi məscidin yerindən istifadə olunmur, quyudan istifadə etmək caizdirmi?
Caiz olan halda onu qorumaq üçün ətrafını hasara almaq olarmı?
Cavab: Verilən suala əsasən sudan istifadə etmək caizdir. Yerdə və quyuda boru və su motorları birləşdirmək üçün şəriət hakiminə müraciət olunsun.
Sual 465. Keçmiş vaxtlarda məscid və Hüseyniyyəni mədrəsə ediblər. Bu iş caizdirmi?