Cavab: Meyyitin vəlisi, əməlləri öz müctəhidinin fətfasına uyğun yerinə yetirsin.
Sual 11
səhifə 7/249 tarix 04.01.2022 ölçüsü 1,08 Mb. #54587
Cavab: Meyyitin vəlisi, əməlləri öz müctəhidinin fətfasına uyğun yerinə yetirsin.
Sual 11 . Yaxşını və pisi başa düşməyən körpə uşağın vəlisi kimin fətvası ilə onu məhrəm etsin və onun əməllərini yerinə yetirsin?
Cavab: Özünün təqlid etdiyi müctəhidin fətvasına uyğun əməl etsin və daha yaxşıdır ki, ixtilaflı məsələlərdə ehtiyat etsin.
Sual 12 . Qızımın yaşı doqquza çatmışdır. Amma təqlid məsələsini və kimə təqlid etməsini bilmir. Onun vəzifəsi nədir?
Cavab: Təqlid və mərcəiyyət məsələsinə əsasən , ona yol göstərin və başa salın ki, təqlid hökümlərini bilməyən şəxslərin alimə müraciət etməsidir.
Sual 13 . Müctəhidin fətvasını bilən bir alimdən sual olunarsa , cavab verməsi vacibdirmi?
Cavab: Bilməyənləri başa salmaq və məsələləri bəyan etmək vacibdir , yalnız o halda imtina edə bilər ki , müəyyən üzrü olsun.
Sual 14 . Mən mübarək Ramazan ayında (təbliğdə olarkən) bir məsələni səhv demişəm ; indi səfərdən qayıtmışam, səhvimi başa düşəndən sonra vəzifəm nədir?
Cavab: Əgər bir hökmü məsələn , vacibi müstəhəbb yerinə , haramı məkruh yerinə demişsinizsə , camaat da sizin sözünüzə əməl edib vacibi tərk və ya harama mürtəkib olublarsa, imkan olan surətdə qayıdıb onları başa salmaq lazımdır.
Sual 15 . Mən İmam Xomeyninin (r. ) vəfatından sonra həddi-büluğ olmuşam. İndi İmamın ə’ləm olmasına yəqinlik tapmışam. Həzrətdən təqlid etməyim düzgündürmü?
Cavab: Dünyadan köçmüş müctəhiddən təqlidə başlamaq ə’ləm olsa da belə , səhih deyildir.
Dostları ilə paylaş: