Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 249,24 Kb.
səhifə102/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   98   99   100   101   102   103   104   105   ...   162

SÜLH MÜQAVILƏSININ MƏTNI


Tərəflər arasındakı bu münaqişə Imam (ə)-ın öz sözünü geri götürərək Peyğəmbər (s)-in yolunu seçməsi ilə sona çatdı. Əli (ə) öz mübarək adının "Əmirəl-möminin" ləqəbi olmadan yazılmasına razılıq verdi. Beləliklə, müqavilənin yazılması davam etdi. Onun ən mühüm maddələri aşağıdakılar idi:

1-Tərəflər razılaşdı ki, Quranın hökmünü qəbul etsinlər, onun göstərişlərindəki hüdudlardan kənara çıxmasınlar, Qurandan başqa heç nə onları birləşdirməsin və ixtilaflı məsələlərdə əvvəldən axıra kimi Quranı özlərinə hakim seçsinlər.

2-Əli və onun tərəfdarları Əbdüllah ibni Qeysi (Əbu Musa Əşərini), Müaviyə və onun tərəfdarları isə Əmr Ası özlərinə hakim seçsinlər.

3-Hər iki nəfərdən Allahın Öz bəndəsindən əhd-peyman aldığı ən yüksək səviyyədə əhd-peyman alındı ki, Allahın Kitabını özlərinə yolgöstərən seçsinlər, Onun hökmünü bildikləri vaxt ondan kənara çıxmasınlar, bilmədikləri vaxt Peyğəmbər (s)-in sirə və sünnəsini əsas götürsünlər, ixtilafa yol verməsinlər, həvayi-nəfsə tabe olmasınlar və şübhəli işlərə qarışmasınlar.

4-Əbdüllah ibni Qeyslə Əmr Asın hər biri öz rəhbərindən ilahi bir peyman aldılar ki, onların Kitab və Peyğəmbər sünnəsi əsasında olacaq qəzavətlərinə razı olsunlar. Onların malı, canı və namusu hər iki tərəf haqdan çıxmayıncaya qədər toxunulmazdır.

5-Əgər qazilərdən biri öz vəzifəsini yerinə yetirməzdən qabaq ölsə, həmin tərəfin rəhbəri qabaqkı şərtlərlə yenidən adil bir şəxsi onun yerinə seçə bilər. Əgər rəhbərlərdən biri qəzavət yerinə yetirilməzdən qabaq ölsə, tabeçiləri onun yerinə bir nəfər seçə bilərlər.

6-Hər iki hakimdən əhd-peyman alındı ki, bu yolda ciddi səy etməkdə heç nəyi əsirgəməsinlər, nahaq hökm verməsinlər. Əgər öz əhd-peymanlarına əməl etməsələr, ümmət hər ikisinin qəzavətindən bezarlıq elan etsin, bu halda artıq onların qarşısında heç bir iltizam yoxdur.

Bu müqaviləyə əməl etmək bütün əmirlərə, qazilərə və ümmətə vacibdir. Bundan sonra, o əhd-peymanın müddəti qurtarana kimi camaatın mal, can və namusları əmin-amanlıqdadır. Silahlar yerə qoyulmalı, yollarda təhlükəsizlik bərqərar edilməlidir. Bu barədə həmin məclisdə hazır olanlarla qaiblər arasında heç bir fərq yoxdur.

7-Hər iki qazi Iraqla Şam arasında yerləşən bir məntəqədə düşərgə salmalı, onların istədiklərindən başqa heç kim orada olmamalıdır. Onlara mübarək Ramazan ayının axırına kimi möhlət verilir, bu müddətdə qəzavət işini sona çatdırmalıdırlar, istəsələr ondan tez də qəzavət edə, yaxud həcc mövsümünə qədər uzada bilərlər.

8-Əgər hər iki qazi Allahın Kitabı və Peyğəmbərin sünnəsinə müvafiq şəkildə qəzavət etməsələr, müsəlmanlar müharibəni davam etdirəcəklər və bu halda artıq tərəflər arasındakı müqavilə ləğv olunacaq, heç bir əhdnamə mövcud olmayacaqdır. Islam ümmətinə vacibdir ki, bu əhdnamədə yazılanlara əməl etsinlər, hamılıqla zorakılıq etmək, yaxud əhdnaməni pozmaq istəyənlərin qarşısında vahid bir ümmət olsunlar.211

Təbərinin nəql etdiyinə görə hər iki tərəfdən on nəfər şahid kimi həkəmiyyət əhdnaməsini (müqaviləsini) imzaladılar. Imam (ə)-ın tərəfindən: Əbdüllah Ibni Abbas, Əşəs ibni Qeys, Malik Əştər, Səid ibni Qeys Həmdani, Xəbbab ibni Ərrət, Səhl ibni Hənif, Əmr ibni Həmiq Xəzai, Imam (ə)-ın iki oğlu–Həsənlə (ə) Hüseyn (ə) gözə dəyirdi.212 Əhdnamə 37-ci ilin səfər ayının 17-də, çərşənbə günü, axşamçağı yazıldı və tərəflər onu imzaladılar.213

Hər iki qazi qərara aldı ki, Şamla Hicazın sərhəddində yerləşən Əzrəh adlı yerə gedib orada qəzavətə başlasınlar; həmçinin hər iki tərəfdən dörd yüz nəfər də onlarla getdi ki, bir nəzarətçi kimi qəzavətə nəzarət etsinlər.



Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin