Salyan Rayon Təhsil Şöbəsi
«Yeni dövr» qəzetinə qarşı
Azərbaycan Mətbuat Şurasının Rəyi
Şikayətin baxlma tarixi: 9 aprel 2008-ci il
Şikayətin məzmunu:
Salyan rayon təhsil şöbəsinin müdiri Ələsgər Mehdiyevin Azərbaycan Mətbuat Şurasına ünvanladığı müraciətdə «Yeni dövr» qəzetinin 19 fevral 2008-ci il tarixli sayında yoxlanılmamış, obyevtiv faktlara, real mülahizələrə əsaslanmayan «Salyan təhsilini kim xilas edəcək?» sərlövhəli yazı dərc olunduğunu bildirib. Şikayətdə məqalədəki «Rayondan aldığımız xəbərlərə görə, təhsil şöbəsinin müdiri Ə.Mehtiyevi yalnız bir amal düşündürür. Yəni, necə etməli ki, daha çox var-dövlət toplamalı. Məhz bu niyyətlə də rayonun orta məktəblərinə qənim kəsilən Ələsgər müəllim hətta çoxlarının ürək eləyib etmədiyi əməlləri də həyata keçirir. Belə ki, bizi məlumatlandıran etibarlı mənbəmizin dediyinə görə, orta məktəblərinə təmirinə ayrılmış vəsaiti mənimsəyən Ələsgər Mehtiyev bununla kifayətlənməyərək daha bir orijinal mənimsəmə üsulu tapmışdır», «amma təəssüf ki, narahatçılıq hissi ilə qeyd etməliyik ki, ümumiyyətlə təhsil adına yaraşmayan, fundamental vəzifə səlahiyyətlərindən başqa nəyi desən bacaran şəxslər bu gün də təhsilimizdə meydan sulamaqdadırlar. Özü də daha nümayişkəranə şəkildə. Belələrinə misal olaraq, Salyan rayon təhsil şöbəsirnin müdiri Ələsgər Mehtiyevi göstərə bilərik», «hətta biz deyərdik ki, Ələsgər Mehtiyevin Salyan təhsilinə vurduğu zərbə Kürün Salyana vurduğu ziyanla müqayisədə çox böyük görünür», «Belə ki Ələsgər müəllimə yaxınlığı ilə seçilən bu tikinti firmasının rəhbəri əslində radikal müxalifətlə çox böyük işbirliyi olan bir şəxsdir», «Apardığımız araşdırmaların nəticəsinə görə qeyd etmək olar ki, radikal müxalifətlə bu və ya digər şəkildə əlaqəsi olan Ələsgər Mehtiyev dolayı yolla həm də onları maliyyələşdirməklə məşğuldur», «maraqlı cəhət burasındadır ki, Salyan rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirovun gözü qarşısında həyata keçirilən bu antidövlət və korrupsiya əməliyyatları hələ də davam etməkdədir» kimi fikirlərə diqqət yönəldilib. O, konkret sənədlər əsasında Salyan təhsilinin ümumrespublika səviyyəsində qazandığı yüksək uğurları misal çəkərək həmin şər, böhtan və təhqir nümunəsinin qəzet səhifəsinə çıxarılmasının kökündə peşə fəaliyyəti ilə bir araya sığmayan məqamların üstünlük təşkil etdiyini vurğulayıb. Ə.Mehdiyev Mətbuat Şurasından məsələnin müzakirə olunarq müvafiq ölçü götürməsini xahiş edib.
Cavabdehin izahatı:
Cavab təqdim olunmayıb. Lakin Mətbuat Şurası «Yeni dövr» qəzeti rəhbərliyi ilə söhbətdə bu nəşrdə son vaxtlar gedən bir sıra məqalələrdə, o cümlədən «Salyan təhsilini kim xilas edəcək?» sərlövhəli yazıda etik prinsiplərin kobud şəkildə pozulduğunu, həmçinin peşə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlər barədə ayrı-ayrı şəxslər tərəfindən şikayətlər olunduğunu baş redaktor Hikmət Nəcəflinin nəzərinə çatdırıb.
Azərbaycan Mətbuat Şurasının Rəyi
Azərbaycan Mətbuat Şurası Salyan təhsil şöbəsinin müdiri Ələsgər Mehdiyevin «Yeni dövr» qəzetinin 19 fevral 2008-ci il tarixli sayında dərc olunmuş «Salyan təhsilini kim xilas edəcək?» sərlövhəli yazı ilə əlaqədar müraciətini və şikayətlə bağlı toplanmış materialları müzakirə edərək belə rəyə gəlib ki, həmin məqalə «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir sıra prinsiplərinə sayğısızlıqla təqdim olunub. Yazıda faktlara, sənədlərə, qarşı tərəfin mövqeyinə istinad olunmadığından şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yol verilib. Mətbuat Şurası bütün bunları müzakirə edərək rəyə gəlib ki, etik prinsiplərdən kənara çıxma halları, peşə davranışı ilə bir araya sığmayan hərəkətlərdə nəşrin belə yanlış nümunənin təqdimatında əsas rol oynayıb. Eyni zamanda «Yeni dövr» qəzeti ilə bağlı müxtəlif şəxslərdən alınan şikayətlərdə də bu məqamların qabardılması həmin KİV-in fəaliyyətində «reket» jurnalistikaya xas cəhətlərin özünü qabarıq biruzə verdiyi vurğulanıb ki, bu da nəşr rəhbərliyinin nəticə çıxarmasını, belə halları aradan qaldırmasını şərtləndirməkdədir. Mətbuat Şurası bunu «Yeni dövr» qəzeti rəhbərliyinin nəzərinə çatdırıb. MŞ belə qənaətə gəlib ki, yazıda gedən «Rayondan aldığımız xəbərlərə görə, təhsil şöbəsinin müdiri Ə.Mehtiyevi yalnız bir amal düşündürür. Yəni, necə etməli ki, daha çox var-dövlət toplamalı. Məhz bu niyyətlə də rayonun orta məktəblərinə qənim kəsilən Ələsgər müəllim hətta çoxlarının ürək eləyib etmədiyi əməlləri də həyata keçirir. Belə ki, bizi məlumatlandıran etibarlı mənbəmizin dediyinə görə, orta məktəblərinə təmirinə ayrılmış vəsaiti mənimsəyən Ələsgər Mehtiyev bununla kifayətlənməyərək daha bir orijinal mənimsəmə üsulu tapmışdır», «amma təəssüf ki, narahatçılıq hissi ilə qeyd etməliyik ki, ümumiyyətlə təhsil adına yaraşmayan, fundamental vəzifə səlahiyyətlərindən başqa nəyi desən bacaran şəxslər bu gün də təhsilimizdə meydan sulamaqdadırlar. Özü də daha nümayişkəranə şəkildə. Belələrinə misal olaraq, Salyan rayon təhsil şöbəsirnin müdiri Ələsgər Mehtiyevi göstərə bilərik», «hətta biz deyərdik ki, Ələsgər Mehtiyevin Salyan təhsilinə vurduğu zərbə Kürün Salyana vurduğu ziyanla müqayisədə çox böyük görünür», «belə ki Ələsgər müəllimə yaxınlığı ilə seçilən bu tikinti firmasının rəhbəri əslində radikal müxalifətlə çox böyük işbirliyi olan bir şəxsdir», «Apardığımız araşdırmaların nəticəsinə görə qeyd etmək olar ki, radikal müxalifətlə bu və ya digər şəkildə əlaqəsi olan Ələsgər Mehtiyev dolayı yolla həm də onları maliyyələşdirməklə məşğuldur», «maraqlı cəhət burasındadır ki, Salyan rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirovun gözü qarşısında həyata keçirilən bu antidövlət və korrupsiya əməliyyatları hələ də davam etməkdədir» kimi fikirlərdə AJPDQ-nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı 1-ci prinsipinin 1.1 bəndinin “jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır”, 1.2 bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir”, “İnformasiya qaynaqlarına sayğılı yanaşma” adlı 2-ci prinsipinin 2.2 bəndinin “qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır”, “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.2 bəndinin “jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır”, 3.4 bəndinin “jurnalist və kütləvi informasiya vasitəsi buraxdığı səhvi, həmin səhvi kimin müəyyən etməsindən asılı olmayaraq, maksimum qısa müddətdə və tam həcmdə aradan qaldırmalıdır” tələblərini pozub. MŞ rəyə gəlib ki, etik prinsiplərin gözlənilmədiyi bu nümunənin təqdimatında AJPDQ-nın “Jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması” adlı 4-cü prinsipinin 4.2 bəndinin “jurnalist redaksiyada çalışdığı vaxtda onun və ya işlədiyi informasiya orqanının reputasiyasına kölgə salan, obyektivliyinə inamı azaldan hər hansı başqa işlə məşğul olmaqdan çəkinməlidir”, 4.3 bəndinin “redaksiya tağşırığı qanunlara və peşə əxlaqına zidd olduqda, jurnalistin həmin tapşırıqdan imtina etmək hüququ var” tələblərinin gözlənilməməsi də öz rolunu oynayıb. «Yeni dövr» qəzeti bu kimi sayğısızlıq hallarının aradan qaldırılması üçün qarşı tərəfdən üzr istəməli, təkzib verməlidir.
Azərbaycan Mətbuat Şurası bütün bunları nəzərə alaraq Rəyə Gəlib:
1. «Yeni dövr» qəzetinin 19 fevral 2008-ci il tarixli sayında dərc olunmuş «Salyan təhsilini kim xilas edəcək?» sərlövhəli yazıda AJPDQ-nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı 1-ci prinsipinin 1.1 bəndinin “jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır”, 1.2 bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir”, “İnformasiya qaynaqlarına sayğılı yanaşma” adlı 2-ci prinsipinin 2.2 bəndinin “qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır”, “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.2 bəndinin “jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır”, 3.4 bəndinin “jurnalist və kütləvi informasiya vasitəsi buraxdığı səhvi, həmin səhvi kimin müəyyən etməsindən asılı olmayaraq, maksimum qısa müddətdə və tam həcmdə aradan qaldırmalıdır”, “Jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması” adlı 4-cü prinsipinin 4.2 bəndinin “jurnalist redaksiyada çalışdığı vaxtda onun və ya işlədiyi informasiya orqanının reputasiyasına kölgə salan, obyektivliyinə inamı azaldan hər hansı başqa işlə məşğul olmaqdan çəkinməlidir”, 4.3 bəndinin “redaksiya tağşırığı qanunlara və peşə əxlaqına zidd olduqda, jurnalistin həmin tapşırıqdan imtina etmək hüququ var” tələbləri pozulub.
2. «Yeni dövr» qəzetinə bu nəşrin 19 fevral 2008-ci il tarixli sayında dərc olunmuş «Salyan təhsilini kim xilas edəcək?» sərlövhəli yazı ilə əlaqədar şikayətçi tərəfdən - Salyan təhsil şöbəsinin müdiri Ələsgər Mehdiyevdən üzr istəməsi, təkzib verməsi tövsiyyə olunsun.
Azərbaycan Mətbuat Şurasının sədri: Əflatun Amaşov
Dostları ilə paylaş: |