ŞİRKƏTLƏr arasi rəqabəT



Yüklə 0,81 Mb.
səhifə42/97
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#107406
1   ...   38   39   40   41   42   43   44   45   ...   97
Rəqabət Kitabı (3)

UYĞUN KEYFİYYƏT

MÜŞTERİ MƏMNUNİYYƏTİ

MÜŞTƏRİ BAĞLILIĞI

MÜŞTƏRİ DƏYƏRİ

-Söz verileni Təkif Etmə

-Müştərilərin istədiyinii təklif etmə

-Müştəri davamlılığını təmin etmə

-Hədəf müş­tə­rinin ehtiyac­larını qarşılama

-Standartları qarşılama

-Müştəri şikayətlərinə cavab vermə

-Müştəri tək­liflərinə diqqət etmə

-Rəqibləri qa­baq­lama

-Yeni və xüsusu faydalar təklif etmə


Qlobal Bir Stratejik Baxış Meydana Gətirmək

Bütün sistemi əhatə edən rəqabət həqiqəti qloballaşma ilə birlikdə açıqlanmağa çalışıldığında, universal düşünmə ehtiyacı ortaya çıxır. Qlobal miqyasda dəyişmələrə ayaq uy­dura bilmələri və gələcəyin rəqabətində üstünlük əldə edə bil­mələri üçün qlobal bir strateji baxış meydana gətirmə eh­tiyacı ortaya çıxır. Bu baxımdan stratejik baxış, qlobal are­na­da, gə­ləcəyin idarə altında tutulması, rəqabət üstünlüyü üçün ya­ra­dıcı strategiyaların inkişaf etdirilməsi, performans və məh­suldarlığa bağlı müsbət dəyişmələrin təmin edilməsi və məc­bur olunmağa qarşı bir çıxış yolu kimi fikirləşmək lazımdırr.

Müasir dövrümüzdə uğurlu şirkətlər stratejik baxış­la­rını qlobal rəqabət həqiqəti içində tutaraq; məlumat və qa­bi­liyyət müstəvisində işlərini reallaşdırırlar. Beləcə "iş dəyəri yaratmaq və bir rəqabət üstünlüyü doğuracaq təşkilat məlu­ma­tının idarə olunması" hədəflənir. Məlumat və qabiliy­yət­ləri idarə etmək, şirkətlərin əsas iş qabiliyyətlərindən daha çox dəyər yaratmaq və daha çox dəyəri əlində tutma səla­hiy­yəti verir. Səlahiyyət, qlobal arenada şirkətə, rəqiblərinə qarşı üstünlük təmin etmədə köməkçi olur və rəqabətçi üstünlüyün davam etdirilməsində əhəmiyyətli bir amili ifadə edir.

Ümumiyyətlə stratejik baxış arzulanan gələcəkdə ya­şa­mağa bağlı bir rəsmin çəkilməsi və paylaşılması mənasını verir. Yaradılacaq baxış, çalışanlara kim olduqlarını, şirkət içindəki vəzifələrini, rəqabətçi dəyişmə və inkişaf üçün ata­caq­ları addımları göstərən sadə bir təsvirləmədir. Stratejik ba­xış, insanların və şirkətlərin fokuslandıqları hədəfləri real­laşdıra biləcəkləri yeganə zehini modeldir və idealizmi təsvir edir. Gələcək isə, inandırıcı və cazibədar stratejik baxışla yük­lənən idealizm və optimizm tərəfindən idarə olunar. Stra­tejik baxış, insan və ya təşkilatların geniş bir zaman dilimi içində və ifadə edilən şərtlərdə gələcəyini reallaşdırma anal­yışıdır. Stratejik baxış, şirkətlərin gələcəyini təyin etmədə, təşkilat mədəniyyətinin dəyişməsində və ekoloji dəyişməyə uyğunlaşma istiqamətində ehtiyac duyulan bir rəhbərdir. Stratejik baxış, paylaşılan inanc və dəyərlər üçün əsas təşkil edir, dəyişmə ehtiyacına olan marağı artırır.

Təsirli bir qlobal stratejik baxış, şirkətlərin dəyiş­mə­sində ilham qaynağını meydana gətirərkən, güclü bir stratejik baxışın əskikliyi də şirkətlərin dəyişmə istiqamətindəki səylə­rini nəticəsiz buraxır. AT&T Communications Sistems-in keş­miş rəhbəri Arch McGill, iş dünyasında dəyişmənin, qlobal bir stratejik baxış meydana gətirməklə başladığını söyləyir.

Stratejik baxış, qloballaşan və sürətlənən dəyişmə pros­sesi içindəki şirkətlər üçün bir yol xəritəsi vəzifəsini görür. Dəyişmə çabala­rının müvəffəqiyyətsizliyə uğramasının səbə­bi, ümumiyyətlə bir stratejik baxışın olmamasıdır. Stratejik baxış, şirkətin bürokratik bir quruluşdan, elastik bir quruluşa keçərkən yaşadığı müddəti asanlaşdırıcı bir idarəetmə vasi­tə­sidir. Dəyişməyə ayaq uydura bilməyən şirkətlərdə və bu şirkətlərin liderlərində görülən ortaq bir xüsusiyyət, zamanı yaxşı istifadə etməmələriı səbəbiylə, dünyadakı dəyişmələrə uyğunlaşmaqda göstərdikləri çatışmamazlıqdır. Bu şirkət və fərdlər, gələcəyi görməyə çalışmazlar. Baxış sahibi olmadıq­ları üçün gələcəyə hazırlıq görmələri də qeyri-mümkündür.

Stretajik baxışın, rəhbərlik etməsi üçün yaradılmasının ardından, paylaşılan hala gətirilməsi və nəticəyə istiqamətli, tətbiq istiqamətli düşünülməsi lazımdır. Paylaşılan stratejik baxışın, şirkətə aid olma duyğusu yaradar, məqsədlərin ardı­cıl­lı­ğını təmin edər, bir müvəffəqiyyət ölçüsü ehtiva edər, gün­dəlik problemlərin kənarına keçməyi təmin edər, liderlərə və çalışanlara hərəkətə keçmə gücü verər. Paylaşılan bir stra­tejik baxış, insanlarla şirkətlərin məqsədi arasında bir bağ mey­dana gətirərək, onlara iş şövqü verər.

Təşkilatın strukturu daha geniş və üfüqi hala gel­dikçe, qərarlar da gedərək mərkəzdə deyil, vahidlərdə alınır. Bu vəziyyətdə dəqiq bir stratejik baxış, sanki kompas vəzifəsini yerinə yetirir. Əgər stratejik baxış lazım olduğu kimi hazır­lanmış və tətbiqə qoyulmuşsa, bu sayədə insanlar, qaydalar müəyyən olmadığında, kimsə onlara nəzarət etmədikdə belə, nəyə görə və necə qərar alacaqlarını bilərlər. Şirkətin ən üst rəhbər işçiləri şirkət vizionunu təsirli bir şəkildə çalışanlara çatdırdıqlarında, iş təmininin, şirkətə bağ­lılığın, sədaqətin, şirkət ruhunun, təşkilatın dəyərləri mövzusundakı məlumat səviyyəsinin, gördüyü işdən qürur duymanın, məhsuldarlığın və motivasiyanın artdığını görürlər. General Electric-in Müdiri Jack Welch bunu bu şəkildə açıqlayır: 'Yaxşı liderlər bir vizion yaradar, vizionunu dilə gətirər, ona ehtirasla bağlanar və ona çatmaq üçün dayanıb istirahət etmədən səy göstərər'. Digər bir ifadəylə, aydın olan bir stratejik baxış, insanla­ra çalışdıqları təşkilatı dünya səviyyəsində bir quruluş halına gətirmək, qısaca qlobal bir təşkilat yaratmaq üçün ilham və enerji verir.

Müasir iş dünyasına hakim olan qloballaşmanın və dəyişən rəqabət şərtlərində əvvəlcə qlobal bir stratejik baxışa ehtiyac var­. Qlobal bir stratejik baxışı olmayan şirkətlərin dəyişmə səyləri nəticəsiz qalacaq. Buna görə də, şirkətlər qloballaşan dünyada regional fəaliyyət göstərən şirkətlər kimi qalacaqlar və dünya miqyasında mövcud bazarlardan istifadə edə bilməyəcəklər.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin