ŞİRKƏTLƏr arasi rəqabəT



Yüklə 0,81 Mb.
səhifə11/97
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108785
1   ...   7   8   9   10   11   12   13   14   ...   97

Əvəzedici Məhsul

Eyni istehlakçılar üçün bənzər funksiyaları yerinə ye­ti­rən məhsullar bir-birinin əvəzedicisi olaraq qəbul edilir. İqti­sad­çılar bu vəziyyəti "çarpaz tələb elastikliyi" anlayışıyla açıq­­layırlar. Əgər bir məhsulun qiymətindəki yüksəliş başqa bir məhsulun tələbində yüksəlişə gətirib çıxarırsa, bu iki məh­sul bir-birinin əvəzedicisidir. Məsələn, təyyarə bilet qiymət­lə­rinin yüksəlməsi avtobus səfərinə olan tələbi yüksəldirsə, bu iki xidmət bir-birinin əvəzedicisidir. Məhsulların eyni funk­si­yanı yerinə yetirib yetirmədiyini təyin etmədə məhsulların fi­ziki xüsusiyyətləri deyil, istehlakçının hansı ehtiyacını qar­şı­ladığı əhəmiyyətlidir. İqamə məhsullar bəzi sektorların geri­lə­məsinə səbəb ola bilərlər. Məsələn, plastik boru istehsalının yayılması dəmir boru istehsalına əhəmiyyətli dərəcədə təsir etmişdir.

Ümumiyyətlə, əvəzedici məhsullar bənzər funksiyaları yerinə yetirən fərqli məhsullar baxımından düşünülməlidir. Ancaq, aşağıdakı vəziyyətləri də əvəzedici məhsul olaraq diqqət mərkəzində saxlamaq lazımdır:


  • Bir məhsul digər bir məhsuldan daha geniş funk­siyaları yerinə gətirə bilər. Məsələn, çap maşınkalarının bir əvəzedicisi olan kompyüter­lər mətni dəyişdirmə və saxlama baxımından əla­və funksiyaları yerinə yetirir. Bu amil çap ma­şınları istehsalının tamamı ilə yox olmasına səbəb oldu.

  • İstehlakçının müəyyən bir funksiyanı özünün yerinə gətirmək istəməsi, əvəzedici ola bilər. Məsələn, mağazadan almaq yerinə fabrikdən almağı seçən bir istehlakçı, paylama kanallarına bir əvəzedici meydana gətirər.

  • İstifadə edilmiş, dəyişdirilmiş və ya yenilənmiş məhsulların da əvəzedici olaraq qəbul edilməsi lazımdır. Məsələn, istifadə edilmiş kitablar yeni kitablar üçün bir əvəzedicidir və mətbəə üçün əhəmiyyətli bir təhdid meydana gətirir.

Bir sektorda şirkətlər, bilvasitə, əvəzedici məhsullar çı­xaran digər şirkətlərlə də rəqabət edirlər. Sektor məhsu­lu­nun qiymətinin yüksəlməsi vəziyyətində, istehlakçılar əvə­z­edici məhsullara yönələ biləcəyi üçün, əvəzedici məhsullar sek­tordakı şirkətlərin tətbiq edə biləcəyi üst qiymətləri məh­dud­laşdıraraq, sektorun potensial gəlirliliyinə təsir edə bi­lər­lər. İqamə məhsulların sektor qiymətlərini, bu səbəbdən sek­tor gəlirliliyinə təsir etmə potensialı başlıca üç mənbəədən gəlir:

  • İqamə məhsulun sektor məhsuluna görə fayda-qiymət-keyfiyyət xüsusiyyətləri: fayda-qiymət-key­fiyyət xüsusiyyəti istehlakçının bir məhsul üçün ödədiyi qiymətlə, bu məhsuldan əldə edə­cəyi fayda ilə müqayisə edilməsidir. Fayda-qiy­mət-keyfiyyət xü­susiyyətləri daha yaxşı olan bir əvəzedici məh­sul, sektor məhsulunu təhdid edir. Ancaq, məh­sulların performanslarını ölçmənin çətinliyi fayda-qiymət-keyfiyyət müqayisə et­mə­lərini çətinləşdirir.

  • Dəyişdirmə xərcləri: İstehlakçı üçün bir məh­su­lun yerinə başqa bir məhsulun istifadə edilməsi, əsasən dəyişdirmə xərclərini ehtiva edir. Bu xərc­lər nə qədər yüksək olsa, yerinə qoymaq o qə­dər çətinlə­şir. Dəyişdirmə xərcləri, əksər hal­larda, həm satıcı­ları həm də məhsulun yerinə ye­tirdiyi funksiyanın şəklini dəyişdirmə xərc­lə­rini ehtiva edir. Bu xərclərə nümunə olaraq yeni satıcıları təyin etmə, bunları qiymətləndirmə, ye­nidən öyrənmə xərcləri və müvəffəqiyyətsiz ol­ma riski verilə bilər.

  • Dəyişən istehlakçı meylləri: İstehlakçılar müəy­yən fayda-qiymət-keyfiyyət xüsusiyyətlərinə fərq­li reak­siyalar göstərə bilərlər. Başqa bir ifa­də ilə, istehlakçıların satın alma davranışlarını nə dərəcə­də bu faktorlara bağlı olaraq dəyiş­dir­mək istədik­ləri əhəmiyyətlidir. Əgər isteh­lak­çıların dəyişdir­mə­yə qarşı istəkləri qüvvətli isə, əvə­zedici məh­sullar sektor məhsulları üçün ciddi bir təhdid mey­dana gətirə bilər.

Ən çox diqqət yetirilməsi lazım olan əvəzedici məhsullar bun­lar­dır:



  • Sektor məhsuluna görə fayda-qiymət-keyfiyyət xüsusiyyətləri daha sürətli inkişaf meyli gös­tərən əvəzedici məhsullar.

  • Yüksək gəlirliliyi olan sektorlar tərəfindən çıxa­rı­lan əvəzedici məhsullar. Bu sektorlarda za­man­la rə­qabətin artması nəticəsində, qiy­mət­lərdə düş­mələr və ya keyfiyyətdə yüksəlmələr görülə bilər.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin