Strategiya və Siyasət: Strategiya və siyasət idarəetmə sahəsində bir-biriylə çox qarışdırılan iki anlayışdır. Siyasət, yol göstərmə və təyin olunmuş məqsədlərə çatmaq üçün izlənilən yol və ya ümumi plandır. Bu baxımdan tətbiqi zamanı qanunlar silsiləsini və qaydaları meydana gətirir. Strategiya gələcəkdə meydana gələ biləcək bütün vəziyyətlərin əvvəlcədən təxmin edilə bilmədiyi qeyri-müəyyən şəraitlərdə alınan qərar növüdür. Halbuki siyasət yetəri qədər və lazımlı informasiya ilə təchiz edilmiş müəyyənlik mühitində alınan qərarlar silsiləsidən meydana gəlir. Strategiya bir şirkətin məqsədlərinin və siyasi yönəlmələrinin cəmini meydana gətirir. Siyasət isə müəyyən olunmuş məqsədlərə çatma yolları olaraq təyin olunur. Bu halda strategiya siyasəti də əhatə edən daha ümumi bir anlayışı meydana gətirir. Hər nə qədər bu şərhlər nəticəsində qəti bir birləşmə imkanı olmasa da strategiya, siyasətin üzərində, daha çox hazırlama və gələcəyi nəzərdə tutma və ya sezmə ilə əlaqədar bir anlayışdır. Siyasət ilə strategiya arasında ən əhəmiyyətli fərq; siyasətlərin qərar vermədə bir düşünmə rəhbəri olduğu, strategiyanın isə bu istiqamətdə məqsədlərin yaradılması və resursları istifadə etmə qərarlarının verilməsini təmin etdiyidir. Qısaca siyasət, şikətlərin prinsiplərini ifadə edir, strategiya isə məqsədləri çatmaq üçün və prinsipləri yerinə yetirmədə istifadə ediləcək vasitələri təqdim edir.